Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Ərtoğrol Cavidin doğum günü qeyd olunur

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin oğlu, istedadlı bəstəkar  Ərtoğrol Cavidin doğum gününə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.

Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Cavidlər nəslinin nümayəndələrinin keçdiyi çətin, məşəqqətli, lakin şərəfli ömür yolundan söz açıb.

İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova çıxışında gözəl musiqi və rəsm əsərlərinin, ədəbi parçaların müəllifi olan Ərtoğrol Cavidin çoxşaxəli fəaliyyətindən danışıb.

Bildirilib ki,  24 il ömür sürməsinə baxmayaraq Ərtoğrol Cavid sənətə, ədəbiyyata, musiqiyə bağlı bir gənc olub, 200-dən çox el havalarını və xalq mahnılarını nota köçürüb, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya alıb, öz yaradıcılığında onlardan faydalanaraq 50-dən çox gözəl şeir və ecazkar musiqi əsərləri yaradıb.

Ərtoğrol Cavid 1943-cü ildə Naxçıvanda vəfat edib. Onun cənazəsi ölümündən 53 il sonra ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinə köçürülüb.

Tədbirin bədii hissəsində Naxçıvan MR Əməkdar müəllimi Nərminə Qədimovanın və baş müəllim Xalubər Namazovanın musiqili müşayiəti altında Ə.Cavidin “Eşq olsun” mahnı-marşı, “Skripka və fortepiano  üçün poema”sı,  “Səninlə olaydım”, “Melodiya”, “Doqquz variasiya” kimi musiqi əsərləri ifa olunub.

 

                                              Nərmin Cabbarova

NTV xəbər

www.naxcivantv.az