Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  Vasif Talıbov aprelin 16-da Anar Babayevin Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Naxcivantv.az-ın məlumatına görə, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru təyin edilsin”.

Xatırladaq ki, Anar Babayev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş şöbəsində baş məsləhətçi vəzifəsində  çalışıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2018-ci il martın 27-də “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalamışdı. Həmin fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılmışdı.

www.naxcivantv.az