Sədərəyi muxtar respublika sakinlərinin sıx birliyi xilas etdi

Sədərəyi muxtar respublika sakinlərinin sıx birliyi xilas etdi

1990-cı il yanvarın 19-da Sədərəyi ağır artilleriya, o cümlədən top atəşinə tutan ermənilərin məqsədi təkcə, bu qədim oğuz yurdunu deyil, ümumilikdə muxtar respublikanı işğal etmək idi.

Ermənistandakı keçmiş Sovet ordusunun silahları ilə başdan-ayağa silahlandırılmış ermənilərin planına görə, onlar həmin gün axşam muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində qədim diyarı işğal etmələri münasibəti ilə bayram şənlikləri keçirməli idilər. Lakin qəhrəman naxçıvanlılar ermənilərin bu çirkin niyyətlərini ürəklərində qoydular. Muxtar respublikanın əli silah tutan əhalisi bir yumruq kimi birləşərək yurdumuzun müdafiəsinə qalxdı. Düşmən Sədərəkdə çox güclü bir müqavimətə rast gəldi.

14 dəfə erməni hücumuna məruz qalan, 108 igid eloğlumuzun şəhidlik zirvəsinə ucaldığı Sədərəyə ermənilər 300-ə yaxın top mərmisi atsalar da bir addım irəliləyə bilmədilər. Düşmən ardıcıl artileriya atəşi ilə burada 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıdaraq əhalidə xof yaratmağa çalışdı. Buna baxmayaraq, sədərəklilər evlərini tərk etmədilər, muxtar respublika sakinləri isə gecə-gündüz bura lazimi yardımları və köməyi göstərdilər. Sonda elə bir vəziyyət yarandı ki, ermənilər artıq Naxçıvanın döyüşçülərindən necə xilas olacaqları barədə düşünməyə başladılar.

Yurda bağlılığın nümunəsini göstərən sədərəklilər həmin o dəhşətli günləri indi də kədər və iftixarla xatırlayırlar. Naxçıvan televiziyasının əməkdaşı Elnarə Heydərovaya müsahibəsində Sədərək kənd sakini İsmayıl İsmayılbəyliqeyd edir ki,1988-ci ildən başlayaraq Qarabağa və Naxçıvana qarşı  iddialarla çıxış edən ermənilərin ilk hədəfi Kərki kəndi, daha sonra isə Sədərək oldu. Yanvarın 18-də ermənilərin ərazi cəhətdən muxtar respublikanın sərhədindən bir qədər uzaqda olan Kərki kəndini işğal etmələri, daha sonra yanvarın 19-a keçən gecə Sədərəyə qarşı hücuma keçmələri, sanki,  20 Yanvar faciəsinin ilk xəbərcisi idi.

İsmayıl İsmayılbəyli deyir: “Yanvarın 18-dən 19-na keçən gecədən başlayaraq gözləmədiyimiz halda ermənilər Sədərəyi top atəşinə tutmağa başladılar. Əhali müdafiə olunmaq üçün silaha böyük ehtiyac duyurdu. Əlimizdə olan silah isə daha çox ov tüfəngləri idi. Sədərəklilər əllərinə balta alaraq düşmənə müqavimət göstərməyə hazırlaşırdılar. İlk köməyə Ordubad və Şərur rayonlarından 40 könüllü gəldi. Çox qısa zamanda muxtar respublikanın bütün bölgələrindən onlarla könüllü Sədərəyin müdafiəsinə qoşuldu. İnsanlarımız bir yumruq kimi birləşdilər. Qızıldaşda ermənilər 14 yerdə top qoymuşdular. Hava yolu məsafəsi 14 kilometr olan Qızıldaşdan Sədərək güclü top atəşinə tutulurdu. Bizimkilər isə 2 ədəd TOZ-8, 2 ədəd pulemyot, 4 ədəd ov silahı ilə ermənilərin qarşısını alırdılar”.

Sədərək kənd sakini Teymur Quliyev isə o günləri belə xatırlayır: “Həmin günlərdə əlimizdə silah-sursat az olsa da, bizim geri çəkilmək, kəndi tərk etmək fikrimiz yox idi. Hər kəsin ümumi fikri bu idi ki, əliyalın olsaq da, sona qədər döyüşərək öləcəyik, ancaq bir qarış da torpağı düşmənə verməyəcəyik. Belə də etdik. Ulu öndərimiz Heydər Əliyev Naxçıvana gələndən sonra artıq tam əmin idik ki, düşmən bizə qalib gələ bilməyəcək. Çünki əhali dahi şəxsiyyətin ətrafında sıx birləşdi, Naxçıvanda ordu quruculuğuna başlanıldı. Bu, bizə inam, cəsarət verdi, səngərlərdə daha inamla dayandıq, düşmənə həddini bildirdik. Sədərək məğlubedilməzlik simvoluna çevrildi”.

Həmin hadisələr zamanı Ermənistanla sərhəddə yerləşən yüksəkliklərdən Sədərək kəndinə tərəf baxarkən kəndin tüstü-duman içində olduğunu deyən Teymur Quliyev bildirir ki, biz fikirləşirdik ki, müharibənin qanunudur, yəqin əks tərəfdən atılan silahlar düşdüyü yeri yandırır. Ancaq  kənddən döyüşçülərə köməyə gələn, çörək, su gətirən könüllülər bunu kənd qadınlarının etdiyini dedilər. Onlar həm ocaqları, həm də təndirləri ona görə qalayıblar ki, kənd tüstu, duman içində olsun və ermənilər mühüm obyektləri, yəni baxçanı, məktəbi, inzibati binaları hədəf seçə bilməsinlər. Bu yolla vətənpərvər qadınlar həmin obyektləri top atəşlərindən qismən də olsa xilas edə bilmişdilər.

Şərur rayonunun Kərimbəyli kənd sakini, Sədərək döyüşlərinin iştirakçısı Vidadi Həsənov deyir ki, şiddətli döyüşlərin getdiyi bir vaxtda rayon ərazisindəki Əyyub mağarası, Cin təndiri, Yetimlər, Həsənqulu bağı, Qaraağac, Qurdbaba, Nadirin düzü kimi ərazilər sədərəklilərin səngərinə çevrilmişdi. İlk düşmən gülləsinə tuş gələn sədərəkli iki qardaş – Malik və Elvin oldu. Onlar hələ məktəbə də getmirdilər. Sədərəklilərin güc aldıqları yeganə qüvvə ulu öndərimiz Heydər Əliyev idi.  Naxçıvana qayıdan ulu öndərimizin döyüşlərin davam etdiyi illərdə dəfələrlə Sədərəyə gəlməsi, bölgə sakinlərinin yanında olması təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu. Bu gündən sabaha ümidləri olmayan sədərəklilər və bütün naxçıvanlılar dahi şəxsiyyətin ətrafında sıx birləşdilər, düşmənə müqavimət göstərdilər.

Vidadi Həsənovun fikrincə, 1990-cı ilin yanvar döyüşlərində Sədərəyin düşmənə ciddi müqavimət göstərməsinin əsas səbəbi əhalidə vətənpərvərlik hisslərinin, Vətənə bağlılığın yüksək olması idi. Bu hisslər könüllülərə güc, qüvvət verirdi.

Bəli, 20 Yanvar faciəsinin başvermə səbəbləri haqqında müxtəlif fikirlər söylənsə də, artıq həmin vaxtadək dünya tarixində analoqu olmayan qətliamın törədilməsindən keçən 27 il ərzində tam sübut olunub ki, qırmızı imperiyanın bu terror aktını törətməkdə digər dəhşətli planı Bakıya qoşun yeridərək diqqəti paytaxta yönəltmək idi. Keçmiş sovet rəhbərliyi anklav şəraitində yaşayan, köməksiz qalan Naxçıvanın Ana Vətən ilə əlaqəsini kəsməklə bu qədim diyarın ermənilər tərəfindən işğal olunmasına şərait yaratmağa çalışıb. Lakin tarix sübut etdi ki, birlik, inam, Vətən sevgisi olan yerdə məğlubiyyətdən söhbət belə gedə bilməz.

Rauf Əliyev

NTVxəbər

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“A.S. Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi olub

15-02-2019-21-37 Xəbərlər

“A.S. Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Tarix Muzeyində Reyhan Mirzəzadənin“ A....

AMEA Naxçıvan Bölməsinin kollektivi Heydər Əliyev muzeyini ziyarət edib

15-02-2019-20-39 Xəbərlər

AMEA Naxçıvan Bölməsinin kollektivi Heydər Əliyev muzeyini ziyarət edib

NUHÇIXAN-nın verdiyi məlumata görə muzeyin direktoru Ramin Orucəliyev bildirib k...

Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

15-02-2019-19-07 Xəbərlər

Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzin...

Şərur rayonunda dezinfeksiya tədbirləri aparılır

15-02-2019-17-40 Xəbərlər

Şərur rayonunda dezinfeksiya tədbirləri aparılır

Son vaxtlar Şərur rayon əhalisi arasında yuxarı tənəffüs yollarının katarı və mü...

Könül işığı” jurnalının xüsusi buraxılışı işıq üzü görüb

15-02-2019-17-00 Xəbərlər

Könül işığı” jurnalının xüsusi buraxılışı işıq üzü görüb

NUHÇIXAN xəbər verir ki, brayl əlifbası ilə ayda bir dəfə nəşr edilən  “Könül ...

Babək tərxunu - VİDEO

15-02-2019-14-58 Xəbərlər

Babək tərxunu - VİDEO

Babək qəsəbəsində yaşayan Mehdi Hacıyevə məxsus ailə təsərrüfatında tərxun bitki...

Muxtar respublikada meyvə bağlarının sahəsi artıb

15-02-2019-14-34 Xəbərlər

Muxtar respublikada meyvə bağlarının sahəsi artıb

Ötən il Naxçıvan şəhəri üzrə 5, Şərur rayonu üzrə 12, Babək rayonu üzrə 16, Ordu...

Bəxtiyar Əsgərov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

15-02-2019-14-15 Xəbərlər

Bəxtiyar Əsgərov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Tamaşaçıları valeh edən sənətkar: Xədicə Qazıyeva - FOTOLAR

15-02-2019-13-27 Xəbərlər

Tamaşaçıları valeh edən sənətkar: Xədicə Qazıyeva - FOTOLAR

Bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk pe...

Ötən il muxtar respublikada 1448 ton bal istehsal edilib

15-02-2019-12-50 Xəbərlər

Ötən il muxtar respublikada 1448 ton bal istehsal edilib

2018-ci ildə muxtar respublikada 1448 ton bal istehsal olunub. Bu isə 2008-ci il...

Maliyyə Tədris Mərkəzinin bir illik fəaliyyəti uğurlu olub

14-02-2019-20-41 Xəbərlər

Maliyyə Tədris Mərkəzinin bir illik fəaliyyəti uğurlu olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 fe...

Gənclər Mərkəzində "Nəsimi" poemasının müzakirəsi olub

14-02-2019-20-19 Xəbərlər

Gənclər Mərkəzində "Nəsimi" poemasının müzakirəsi olub

NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində “Nəsimi” həftəsi çərçivəsində Azərba...

Təqaüdçülər üçün konsert verilib

14-02-2019-20-01 Xəbərlər

Təqaüdçülər üçün konsert verilib

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan Şəhər Mədəniyyət  Şöbəsinin təqaüdçülər klubu...

Culfa rayonunda yer fıstığı bitkisinin becərilməsi üçün münbit şərait var

14-02-2019-19-40 Xəbərlər

Culfa rayonunda yer fıstığı bitkisinin becərilməsi üçün münbit şərait var

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Saltaq kəndində “Ailə təsərrüfatlarının...

Naxçıvan Müəllimlər İnstitutunda sərgi açılıb

14-02-2019-19-22 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda sərgi açılıb

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanasında “Naxçı...

Qocaman operator öz avadanlıqlarını muzeyə verib - VİDEO

14-02-2019-19-00 Xəbərlər

Qocaman operator öz avadanlıqlarını muzeyə verib - VİDEO

Uzun  illər  Naxçıvan Televiziyasının və eyni zamanda Aztv-nin “Günün ekranı” xə...

Ali Məclisin Sədri yeni təyinatla bağlı Fərman imzaladı

14-02-2019-18-39 Xəbərlər

Ali Məclisin Sədri yeni təyinatla bağlı Fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  fevralın 14 –də...

Şərur rayonunun Kərimbəyli kəndi də abad kəndlər sırasına qoşulub - VİDEO

14-02-2019-17-45 Xəbərlər

Şərur rayonunun Kərimbəyli kəndi də abad kəndlər sırasına qoşulub - VİDEO

“Muxtariyyət ili” olan 2019-cu ildə də muxtar respublikanın şəhər, qəsəbə və kən...

Karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

14-02-2019-16-26 Xəbərlər

Karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Mux...

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə sərgi həsr edilib

14-02-2019-15-31 Xəbərlər

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə sərgi həsr edilib

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...

Ailə, qadın və uşaq hüquqları qorunur

14-02-2019-12-29 Xəbərlər

Ailə, qadın və uşaq hüquqları qorunur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇ...

Sədərəkdə Ana dili günü ilə bağlı tədbir təşkil edilib

14-02-2019-11-35 Xəbərlər

Sədərəkdə Ana dili günü ilə bağlı tədbir təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Sədərək rayonunun Sədərək kəndində  “21 fevral Beynəlxa...

Sədərək rayonunun Heydərabad qəsəbəsində su monitorinq laboratoriyası tikilib

14-02-2019-11-17 Xəbərlər

Sədərək rayonunun Heydərabad qəsəbəsində su monitorinq laboratoriyası tikilib

Sədərək rayonunun Heydərabad qəsəbəsində su monitorinq laboratoriyası tikilib. L...

Culfa rayon məktəbliləri arasında voleybol yarışı olub

14-02-2019-10-42 Xəbərlər

Culfa rayon məktəbliləri arasında voleybol yarışı olub

NUHÇIXAN xəbər verir ki, Culfa Rayon Əbrəqunus kənd tam orta məktəbinin idman za...

Ötən günün mənzərəsi - VİDEO

14-02-2019-10-07 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Muxtar respublikada nəqliyyatın intensiv hərəkəti təmin edilir

14-02-2019-09-00 Xəbərlər

Muxtar respublikada nəqliyyatın intensiv hərəkəti təmin edilir

Naxçıvan Muxtar Respublikası  Dövlət Nəqliyyat Xidmətinin mətbuat xidmətindən NU...

Sağlamlıq imkanları məhdud daha bir uşaq distant təhsilə cəlb edilib - FOTOLAR

13-02-2019-20-01 Xəbərlər

Sağlamlıq imkanları məhdud daha bir uşaq distant təhsilə cəlb edilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Mü...

Naxçıvan şəhər sakinləri keyfiyyətli içməli su ilə təmin olunurlar - VİDEO

13-02-2019-19-31 Xəbərlər

Naxçıvan şəhər sakinləri keyfiyyətli  içməli su ilə təmin olunurlar - VİDEO

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən Naxçıvan Şəhər Su An...

Ordubadda multikultural dəyərlər qorunur

13-02-2019-18-59 Xəbərlər

Ordubadda multikultural dəyərlər qorunur

NUHÇIXAN xəbər verir ki, Ordubad rayon İcra Hakimiyyətində “İslam dini milli-mən...

Nemətullah Naxçıvaniyə həsr edilən beynəlxalq konfrans keçiriləcək

13-02-2019-18-28 Xəbərlər

Nemətullah Naxçıvaniyə həsr edilən  beynəlxalq konfrans keçiriləcək

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...