Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Düşmənlə sərhəddə - Sədərəkdə şəhidlərimiz yad edilib

Bu gün muxtar respublkanın bütün rayon və şəhərlərində olduğu kimi, düşmənlə sərhəd ərazidə yerləşən Sədərək rayonunda da şəhidlərimizin xatirəsi yad olunub.

 Naxcivantv.az xəbər verir ki, rayon sakinləri Sədərək kəndində şəhidlərin uyuduğu Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarına al qərənfillər düzüblər.

Xatırladaq ki, keçmiş sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Bakıda qırğınlar törədilməmişdən 8 saat əvvəl, 1990-cı il yanvarın 18-dən 19-na keçən gecə Sədərəyə hücum edib, ilk şəhidlər verilib. Ümumilikdə isə mənfur erməni yaraqlıları 1990-1993-cü illərdə Sədərəyə 14 dəfə hücum edib, 1990-cı ilin martında bu sərhəd bölgəsinə 300-ə yaxın top mərmisi atıblar. Bu qeyri-bərabər döyüşlərdə 500-ə yaxın ev, məktəb binaları, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. Həmin ağır günlərdə sədərəklilərə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan kömək gəlib, döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 52 vətənpərvərin yurd yeridir. Onların xatirəsi Sədərəkdə daim uca tutulur.

                                                      Turab Hacızadə

NTVxəbər

www.naxcivantv.az