Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Prezident İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncam imzaladı

Prezident İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncam imzaladı.

 Naxcivantv.az-ın məlumatına görə, 2017-ci il 21 yanvar tarixli Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 31 avqust tarixli 3112 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 992) 1-ci hissəsi ləğv edilsin”.

www.naxcivantv.az