Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan məhsulları Almaniyada təşkil edilən beynəlxalq sərgidə - YENİLƏNİB

  Yanvarın 20-dən Naxçıvan məhsulları bu dəfə Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində  ənənəvi olaraq keçirilən “Beynəlxalq Yaşıl Həftə-2017” sərgisində nümayiş olunur. Sərgi 9 gün davam edəcək.

   Sərgiyə muxtar respublikada fəaliyyət göstərən 9 istehsalçı şirkətdən 18 növdə 54 çeşiddə məhsul çıxarılıb. Artıq sərgidə nümayiş olunan məhsullara Berlin şəhərinin  sakinləri və  alman iş adamları  kifayət qədər maraq göstərir. Gün ərzində milli stendimizə çoxlu sayda qonaqlar, həmçinin Almaniya Bundestaqının Cənubi Qafqaz parlament qrupunun sədri Karin Strents və bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri baş çəkiblər.

       Qeyd edək ki, Avropanın ən iri sərgilərindən biri hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70-ə yaxın ölkəsindən 1500-dən çox müəssisənin və 5 minədək media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyona yaxın insan tərəfindən ziyarət olunur.     

Xatırladaq ki, Naxçıvan məhsulları mütəmadi olaraq Avropanın bir çox şəhərlərində keçirilən sərgi və biznes forumlarda nümayiş olunur.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1171-nax%C3%A7%C4%B1van-m%C9%99hsullar%C4%B1-almaniyada-t%C9%99%C5%9Fkil-edil%C9%99n-beyn%C9%99lxalq-s%C9%99rgid%C9%99-yenil%C9%99nib.html?tmpl=component&print=1&layout=default&page=#sigProIdd27b1dec4e

                                                                        Ariz Cəfərov

NTVxəbər

www.naxcivantv.az