Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvana avtomobil gətirmək istəyənlər – DİQQƏTLİ OLUN!

Muxtar respublikaya gətiriləcək xarici avtomobillər üçün avtomobilin istehsal ili minimum 2012-ci il olmalıdır. MDB istehsalı olan avtomobillər üçün isə bu kriteriya 2015-ci il müəyyən edilib.

 Naxçıvan MR DYP İdarəsinin əməkdaşı Ziya Zamanlının naxcivantv.az-a verdiyi məlumata görə, gətiriləcək yeni avtomobillər eyni zamanda bir sıra göstəricilərə malik olmalıdır: “Hidrogücləndirici sükan sistemi və xüsusilə AVRO-4 standartlarının  tətbiq edildiyi avtomobillərin muxtar respublikaya gətirilməsinə heç bir məhdudiyyət yoxdur. Vətəndaş istər xarici ölkədən, istərsə də ölkə daxilində dövlət qeydiyyatına alınan istənilən avtomobili qeyd olunan kriteriyalara uyğun olmaq şərtilə muxtar respublika qeydiyyatına keçirə bilərlər”.   

Həmçinin DYP əməkdaşı şəhərdə ikinci əl avtomobil hissələrinin – xüsusilə işlənmiş şinlərin satışına qoyulan qadağadan da danışıb.  Bildirib ki, bu növ şinlərin standartlara uyğun olmaması buz tutmuş yollarda sürücülərin və piyadaların xəsarət alması ilə nəticələnən qəza hallarının  baş verməsinə səbəb ola bilər.

Ziya Zamanlı əlavə olaraq qeyd edib ki, xüsusilə qış fəslində hava şəraiti ilə əlaqədar avtomobillərin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün piyada keçidləri xüsusi işıqlandırma sistemi ilə təchiz edilib. Burda əsas məqsəd gecə saatlarında baş verəbiləcək hər hansı bir hadisənin qarşını almaq, sürücülərin piyada keçidlərini daha uzaq məsafələrdən görməsini təmin etməkdir.

Ötən ildən muxtar respublikada avtomobil dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə də başlanılıb. Naxçıvan MR DYP İdarəsinin yol hərəkətinin təşkili üzrə baş mühəndisi Ziya Zamanlı bu məsələyə də aydınlıq gətirdi: “Bildiyiniz kimi dövlət qeydiyyat nişanları bölgələr üzrə dəyişdirilir. Artıq dövlət qeydiyyat nişanlarının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin Sərəncamının icrası ilə bağlı xeyli iş görülüb. Belə ki, ötən müddət ərzində 13550 avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirilib. Bir daha bildirək ki, nömrələrin dəyişdirilməsi üçün heç bir vaxt məhdudiyyəti və ödəniş tələb edilmir. Sadəcə vətəndaş şəxsiyyət vəsiqəsi və avtomobilin texniki passportunu götürməklə Naxçıvan MR DYPİ-nin Dövlət İmtahan və Texniki Baxış Şöbəsinə müraciət etməlidir. Müraciət etdiyi zaman nəqliyyat vasitəsinin sazlığı, ban və şassi nömrələrinin uyğunluğu yoxlanılır. Əgər bütün göstəricilər qaydasındadırsa avtomobilə yeni dövlət nömrə nişanı verilir”.

   

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1172-nax%C3%A7%C4%B1vana-avtomobil-g%C9%99tirm%C9%99k-ist%C9%99y%C9%99nl%C9%99r-%E2%80%93-diqq%C9%99tli-olun.html?tmpl=component&print=1&layout=default&page=#sigProId0bf20bb288

Yaqub İsayev

NTVxəbər

 

 

www.naxcivantv.az