Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Behruz Kengerli Muzey

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycanın milli rəsm sənətinin tanınmış simalarından biri, ilk realist fırça ustası Bəhruz Kəngərlinin doğum günü münasibətilə rəsm sərgisi təşkil edilib.

 Tədbirdə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva rəssamın həyat və yaradıcılığı barədə ətraflı söhbət açaraq qeyd edib ki, Azərbaycan realist rəssamlıq məktəbinin inkişafında, istedadlı  rəssamlar nəslinin yetişməsində Bəhruz Kəngərlinin xüsusi yeri və əhəmiyyətli rolu olub.

Digər çıxış edənlər də rəssamın həyatı və yaradıcılıq fəaliyyəti barədə sərgi iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, incəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması məhz Bəhruz Kəngərlinin adı ilə bağlıdır.

Sonra sərgi iştirakçıları görkəmli sənətkarın yaradıcılıq yolundan bəhs edən videoçarxa baxıblar.

Muxtar respublika rəssamlarının Bəhruz Kəngərli irsini təbliğ edən rəsm əsərlərindən ibarət sərgi də maraqla qarşılanıb.

Bəhruz Kəngərlinin portretini xalça üzərinə ilmələrlə işləyən Rəssamlar Birliyinin gənc üzvü Türkanə Musayeva deyib ki, əsər iki aylıq zəhmətin bəhrəsidir və Ülviyyə Həmzəyevanın yaratdığı eskiz əsasında toxunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 noyabr tarixli Sərəncamına əsasən, Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılıb, rəssamın abidəsi ucaldılıb, 2016-cı il mayın 25-də III Beynəlxalq Rəsm Festivalı ərəfəsində istifadəyə verilib. Sərgi iştirakçıları həmin parka gələrək görkəmli rəssamın əziz xatirəsini ehtiramla yad ediblər.

Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli bizimlə söhbəti zamanı bildirib ki, bu gün təkcə rəssamların deyil, bütün sənətsevərlərin bayramıdır. O qeyd edib ki, Bəhruz Kəngərli irsinin təbliği, rəssama verilən ən böyük qiymətdir. Bir qərinəlik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli gələcək nəsillər üçün zəngin yaradıcılıq nümunəsini özündə ehtiva edən rəssamlıq məktəbi yaradıb.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1176-nax%C3%A7%C4%B1vanda-b%C9%99hruz-k%C9%99ng%C9%99rlinin-anadan-olmas%C4%B1n%C4%B1n-125-illiyi-m%C3%BCnasib%C9%99til%C9%99-r%C9%99sm-s%C9%99rgisi-t%C9%99%C5%9Fkil-edilib.html?tmpl=component&print=1&layout=default&page=#sigProId1427423606

Şahmərdan Əhmədli
NTVxəbər

www.naxcivantv.az