XATIRLATMA

Ötən əsrin 90-cı illərinin sərt sazağı Naxçıvanın təbiəti kimi insanlarının da sabaha olan ümidlərini dondurmuşdu. Dağa-daşa, buz bağlayan çaylara belə lal süküt hakim kəsilmişdi.

Ermənistan tərəfindən real işğal təhlükəsi, aclıq, çörəksizlik, dərin iqtisadi böhran həyatı iflic etmişdi. Ən pisi də o idi ki, həmişə sonda ölən ümidlər öz yerini ümidsizliyə verirdi. Qırılıb kömür peçlərində yandırılan ağacların da gücü ürəklərimizi isitməyə çatmırdı. Bir də o dövrdən yaddaşımızda xıs verə-verə yanan neft lampaları qalıb. Ölkəmiz dünyanın neft səltənəti olsa da Naxçıvan qonşu ölkələrdən zor-bəla ilə gətirilən bir qırıq neftin ümidinə qalmışdı.

Xəfif və nigaran-nigaran gözərən neft lampalarının…

TƏƏSSÜRAT

Naxçıvana dünən 14-cü səfərini edən Prezident İlham Əliyev 25 il əvvəlki yaxın tarixi vərəqləyir: Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni, biz o günləri yaxşı xatırlayırıq. Bu gün elektrik enerjisi ilə bağlı bütün problemlər həll olunub. Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək. Bu, dünya miqyasında bəlkə də yeganə belə bir hal olacaqdır”.

GÜC

Məktəbimizin (Cəhri kənd məktəbi) hərbi hazırlıq müəllimi, rəhmətlik Qəhrəman Novruzov bizə əliyalın, silah-sursatsız işğalçı ermənilərin qabağına necə çıxmalarından tez-tez danışardı. Və həmişə deyərdi ki, Heydər Əliyev olmasaydı Naxçıvan getmişdi. Nə texnika vardı, nə də bacarıqlı hərbi mütəxəssis. Bir dəfə birtəhər bir topçu tapıb gətirdik. O da düşmən səngərini nişan almaq əvəzinə tövləni vurub dağıtdı…

Və budur… Qəhrəman müəllimin dediklərindən 20 il keçir. İşğalçı ölkə mətbuatı demək olar ki, hər gün Naxçıvan ordusunun gücündən, yeni silahlarından, peşəkar hərbiçilərindən, döyüş təyyarələrindən, raket sistemlərindən yazır, bar-bar bağırıb bütün dünyaya car çəkir.

Prezidentimizin muxtar respublikaya son səfərindən. Sitat:

“Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.

SEVGİ

Böyük ququrculuq və inkişaf yolu keçərək dünyanın mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilən Naxçıvan bu il həm də İslam Mədəniyyətinin Paytaxtıdır. Min illərdir ki öz tarix və mədəniyyəti ilə könüllərdə taxt quran diyarımız bu adı qürurla daşıyır. İndi Naxçıvanı hamı sevir: sən də, mən də, turist də, qonaq da, can da, sirdaş da… Prezidentimizin Naxçıvan sevgisi öz sözləri ilə daha təsirlidi:

“Bu il Naxçıvan “İslam Mədəniyyətinin Paytaxtı” kimi şərəfli adı daşıyır…Bilirəm ki, bu gözəl hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var – bu məkanın adı Naxçıvandır”.

QİYMƏT

Bu gün konkret və mübaliğəsiz deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan naminə həyata keçirdiyi taleyüklü tədbirlərdən biri məhz Naxçıvan Muxtar Respublikasını özünün dövlətçilik məktəbində yetişib formalaşan Cənab Vasif Talıbova etibar etməsi idi. Gəlin, səmimi etiraf edək ki, Ali Məclisin Sədri Heydər Əliyev yoluna dərin sədaqət göstərərək Prezidentimizin yüksək diqqət və qayğısı ilə yeni bir Naxçıvan qurub yaratdı. Bir vaxt adı olub, lakin lazımi inkişaf və infrasturuktura sahib olmayan Naxçıvan Muxtar Respublikası indi inkişaf etmiş ölkələrə belə nümunə göstərilir. Qısası, cənab Vasif Talıbov həqiqi və çiçəklənən bir MUXTAR DÖVLƏT qurmağı bacardı. Özünün qətiyyəti, Vətənə dərin məhəbbəti ilə.

Cənab Prezidentimizin son səfərindəki qiymət:

“Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm…Yəni, bu mühüm işlərin görülməsi bir daha onu göstərir ki, Naxçıvanın çox böyük potensialı var. Bir daha demək istəyirəm ki, burada görülən işlər çox böyük qiymətə layiqdir”.

QAYĞI

Dünən etdiyi səfərlə Naxçıvana əsl bayram əhval-ruhiyyəsi yaşadan Prezidentimiz bu diyara davamlı qayğısını həm də imzaladığı 4 sərəncamla bir daha döstərdi. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha sürətlə davam etdirilməsi üçün  55 milyon manat ayrıldı. Və 16 may həm də tariximizə və yaddaşımıza ölkə başçımızın iştirakı ilə yeni sosial və hərbi təyinatlı bir neçə müasir obyektin açılışı ilə yazıldı.

SON SÖZ

Tarix şəxsiyyətləri yaratmır, şəxsiyyətlər tarixi yaradırlar.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ötən il Babək rayonunda 16 min 172 hektar sahədə əkin aparılıb

15-01-2019-20-33 Xəbərlər

Ötən il Babək rayonunda 16 min 172 hektar sahədə əkin aparılıb

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra yekunlarına və qarşıda duran vəzifələr...

Tibbi aksiyalar zamanı 219 cərrahi əməliyyat həyata keçirilib

15-01-2019-19-31 Xəbərlər

Tibbi aksiyalar zamanı 219 cərrahi əməliyyat həyata keçirilib

NUHÇIXAN xəbər verir ki, Babək, Şərur və Sədərək rayonlarında tibbi aksiyalara s...

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

15-01-2019-18-12 Xəbərlər

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2018-...

Muxtar respublika məhkəmələrinin fəaliyyəti müzakirə olunub

15-01-2019-17-32 Xəbərlər

Muxtar respublika məhkəmələrinin fəaliyyəti müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclis...

Tələbələrin ekskursiyası təşkil edilib

15-01-2019-16-15 Xəbərlər

Tələbələrin ekskursiyası təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfində...

Naxçıvanda daha bir bəbir ailəsi görüntülənib

15-01-2019-13-57 Xəbərlər

Naxçıvanda daha bir bəbir ailəsi görüntülənib

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu tərəfindən muxtar respublikanın qor...

Kollegiya iclası keçirilib

15-01-2019-12-55 Xəbərlər

Kollegiya iclası keçirilib

NUHÇIXAN  xəbər verir ki,  Naxçıvan Muxtar  Respublikasının Vergilər Nazirliyi v...

Qanunvericilikdəki dəyişikliklərlə bağlı təlimlər davam edir

15-01-2019-12-17 Xəbərlər

Qanunvericilikdəki dəyişikliklərlə bağlı təlimlər davam edir

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Ötən günün mənzərəsi - VİDEO

15-01-2019-11-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Şahmat Federasiyası Şərur rayonunda görüş keçirib

15-01-2019-11-38 Xəbərlər

Şahmat Federasiyası Şərur rayonunda görüş keçirib

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Şərur rayonunda fəaliyyət göstə...

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” adlı kitab nəşr olunub

15-01-2019-10-25 Xəbərlər

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” adlı kitab nəşr olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfi...

Culfa-Ordubad magistral avtomobil yolu yenidən qurulur

14-01-2019-22-58 Xəbərlər

Culfa-Ordubad magistral avtomobil yolu yenidən qurulur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il mayın 16-da ...

Dəstə kəndində yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

14-01-2019-22-35 Xəbərlər

 Dəstə kəndində yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

Dəstə kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən komple...

Dəstə kənd yolu yenidən qurulub

14-01-2019-22-20 Xəbərlər

 Dəstə kənd yolu yenidən qurulub

Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində Dəstə kənd ...

Həkim ambulatoriyasında müasir səhiyyə xidməti göstəriləcək

14-01-2019-22-05 Xəbərlər

Həkim ambulatoriyasında müasir səhiyyə xidməti göstəriləcək

Muxtar respublikada müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqların...

Dəstə Kənd Mərkəzinin açılışı olub

14-01-2019-21-50 Xəbərlər

Dəstə Kənd Mərkəzinin açılışı olub

NUHÇIXAN xəbər verir ki, yanvarın 14-də Dəstə Kənd Mərkəzinin açılışı olub.

İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi – müasir Azərbaycan kəndləri

14-01-2019-21-35 Rəsmi

İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi – müasir Azərbaycan kəndləri

Ordubad rayonunun Dəstə kəndində kompleks quruculuq işləri görülüb

Naxçıvan Dövlət Texniki Kollecində müşavirə keçirilib

14-01-2019-20-48 Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecində müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, 2018-ci ilin yekunlarına və beşinci çağırış Naxçıvan Mu...

YAP Şərur Rayon Təşkilatının şura iclası keçirilib

14-01-2019-19-12 Xəbərlər

YAP Şərur Rayon Təşkilatının şura iclası keçirilib

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının növb...

Ordubad rayonunun Dəstə kəndində kompleks quruculuq işləri görülüb - VİDEO

14-01-2019-18-11 Xəbərlər

Ordubad rayonunun Dəstə kəndində kompleks quruculuq işləri görülüb - VİDEO

Yanvarın 14-də Ordubad rayonunun Dəstə  kəndində kompleks quruculuq işlərindən s...

Naxçıvanda sabaha olan hava proqnozu

14-01-2019-17-22 Xəbərlər

 Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 15-nə gözlənilən hava proqnozu açıqlanı...

İğdır qəzeti Ali Məclis Sədrinin doğum günü münasibətilə məqalə yayımlayıb

14-01-2019-16-20 Xəbərlər

İğdır qəzeti Ali Məclis Sədrinin doğum günü münasibətilə məqalə yayımlayıb

Türkiyənin İğdır qəzetində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cən...

20 Yanvara həsr edilən sərgi təşkil olunub

14-01-2019-12-55 Xəbərlər

20 Yanvara həsr edilən sərgi təşkil olunub

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...

Babək rayonunda tibbi aksiya keçirilib

14-01-2019-12-40 Xəbərlər

Babək rayonunda tibbi aksiya keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb...

Naxçıvan Dövlət Teleradiosunun 2018-ci ildəki fəaliyyəti müzakirə olundu

14-01-2019-11-34 Xəbərlər

Naxçıvan Dövlət Teleradiosunun 2018-ci ildəki fəaliyyəti müzakirə olundu

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəs...

Atalar sözü, ağlın gözü

13-01-2019-20-48 Xəbərlər

Atalar sözü, ağlın gözü

Həmişə aqillərin sözünə ehtiyac duymuş, ağsaqqal nəsihəti ilə durub-oturmuşuq. “...

Qriboyedovun həyatında Naxçıvan

13-01-2019-17-29 Xəbərlər

Qriboyedovun həyatında Naxçıvan

Aleksandr Sergeyeviç Qriboyedov XIX əsrdə nəinki rus, həmçinin dünya ədəbiyyatın...

Tanrının sığal çəkdiyi məkan – Naxçıvan

13-01-2019-16-48 Xəbərlər

Tanrının sığal çəkdiyi məkan – Naxçıvan

Ömürlərin gözəlliklərini görməyə bəs etmədiyi, insanlığın ecazkarlığının yanında...

Ədəbi qəhrəmanlara həmişə ehtiyac var

13-01-2019-16-16 Xəbərlər

Ədəbi qəhrəmanlara həmişə ehtiyac var

Məşhur ingilis dramaturqu Uilyam Şekspirin “Hamlet” əsərində Hamletin bir sualı ...

Naxçıvanda sabaha olan hava proqnozu

13-01-2019-13-43 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 13-nə gözlənilən hava proqnozu açıqlanı...