Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən NUHÇIXAN-a verilən məlumata görə, imtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 62 binada aparılacaq.

İmtahanların idarə olunmasına 229 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2603 nəzarətçi-müəllim cəlb olunacaq.

Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılmışdır. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

İmtahanda 33139 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 28055 abituriyent I qrup üzrə, 5084 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 30356 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 25841, IV qrup üzrə 4515 nəfər), 2783 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2214, IV qrup üzrə 569 nəfər) məzunudur. Abituriyentlərin 20108 nəfəri oğlanlar (I qrup üzrə 18554 nəfər, IV qrup üzrə 1554 nəfər), 13031 nəfəri isə qızlardır (I qrup üzrə 9501 nəfər, IV qrup üzrə 3530 nəfər). 26675 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6464 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 81 nəfər ali təhsil müəssisələrinin, 828 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 137 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-cü ildəndir.

Bakı şəhərində 15077, Naxçıvanda 975, Gəncədə 3438, Sumqayıtda 2162, Mingəçevirdə 1555, Şəkidə 2029, Bərdədə 1193, Göyçayda 1492, Şirvanda 1739, Lənkəranda 1983, Xaçmazda isə 1496 abituriyentin imtahan verəcəyi gözlənilir.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər aprelin 30-dan etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Deyzi Strausa: Naxçıvanın qədimliyi və gözəlliyi insanı heyran edir

24-05-2018-20-45 Xəbərlər

Deyzi Strausa: Naxçıvanın qədimliyi və gözəlliyi insanı heyran edir

Naxçıvanda təşkil olunan “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festiv...

Sədərəkdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

24-05-2018-20-20 Xəbərlər

Sədərəkdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sədərək rayon təkilatı Azər...

Şərurlu məktəblilər mükafatlandırılıb

24-05-2018-20-05 Xəbərlər

Şərurlu məktəblilər mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Ko...

Prezident Naxçıvanlı sahibkarları təltif etdi

24-05-2018-19-43 Xəbərlər

Prezident Naxçıvanlı sahibkarları təltif etdi

Prezident İlham Əliyev may ayının 24-də Azərbaycanda sahibkarlıq fəaliyyəti və...

Muxtar Babayev Naxçıvanın ekologiyasından danışdı-VİDEO

24-05-2018-19-20 Xəbərlər

Muxtar Babayev Naxçıvanın ekologiyasından danışdı-VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən  a...

“Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb

24-05-2018-18-46 Rəsmi

“Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliy...

“Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsə çevrildi - SƏRƏNCAM

24-05-2018-18-21 Xəbərlər

“Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsə çevrildi - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 24-də Naxç...

Sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən bir qrup şəxs təltif edilib

24-05-2018-18-14 Xəbərlər

Sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən bir qrup şəxs təltif edilib

Prezident İlham Əliyev Azərbaycanda sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş...

Ali Məclisin Sədri sərəncam imzaladı

24-05-2018-18-07 Xəbərlər

Ali Məclisin Sədri sərəncam imzaladı

Mayın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “N...

2020-ci il Avropa Liqasının final matçı Polşada təşkil olunacaq

24-05-2018-17-50 Xəbərlər

2020-ci il Avropa Liqasının final matçı Polşada təşkil olunacaq

2020-ci ildə UEFA Avropa Liqasının final oyunu Polşanın Qdansk şəhərində təşki...

Ağbulaq sakini yeni texnika ixtira edib - VİDEO

24-05-2018-17-38 Xəbərlər

Ağbulaq sakini yeni texnika ixtira edib - VİDEO

Şahbuz rayonunun Ağbulaq kənd sakini, astronomiya üzrə fəlsəfə doktoru Həsən T...

“Caspian Energy Forum Nakhchivan – 2018” iyunun 14-də keçiriləcək

24-05-2018-17-25 Xəbərlər

“Caspian Energy Forum Nakhchivan – 2018” iyunun 14-də keçiriləcək

NUHÇIXAN xəbər verir ki, iyunun 14-də Naxçıvan Muxtar Respublikasında keçirilə...

“Qarabağ” klubu doqquz futbolçu ilə yollarını ayırıb

24-05-2018-16-57 Xəbərlər

“Qarabağ” klubu doqquz futbolçu ilə yollarını ayırıb

“Qarabağ” klubu doqquz futbolçu ilə yollarını ayırıb.

Tələbə və müəllim heyəti Türkiyədə təcrübə kursu keçib

24-05-2018-16-45 Xəbərlər

Tələbə və müəllim heyəti Türkiyədə təcrübə kursu keçib

Naxçıvan Tibb Kollecinin müxtəlif ixtisaslar üzrə tələbə və müəllim heyəti Türki...

2020-ci il Çempionlar Liqasının final oyunu İstanbulda keçiriləcək

24-05-2018-16-31 Xəbərlər

2020-ci il Çempionlar Liqasının final oyunu İstanbulda keçiriləcək

2020-ci ildə UEFA Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul şəhərində...

Fransa parlamentinin rəsmi jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi nömrəsi dərc olunub

24-05-2018-16-15 Xəbərlər

Fransa parlamentinin rəsmi jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi nömrəsi dərc olunub

NUHÇIXAN xəbər verir ki, Fransa Milli Assambleyasının “Le journal du Parlement” ...

Hülya Sezgin: Naxçıvan diyarı öz tarixi, zəngin mədəniyyəti ilə hər bir rəssamın diqqətini cəlb edir

24-05-2018-15-56 Xəbərlər

Hülya Sezgin: Naxçıvan diyarı öz tarixi, zəngin mədəniyyəti ilə hər bir rəssamın diqqətini cəlb edir

Üçüncü dəfədir ki, Naxçıvanda təşkil olunan “Naxçıvan – bəşəriyyətin beşiyi” Bey...

LG ikimetrlik displeyini nümayiş etdirib

24-05-2018-15-41 Xəbərlər

LG ikimetrlik displeyini nümayiş etdirib

LG şirkəti Los-Ancelesdə öz istehsalı olan dünyanın ilk ikimetrlik bükülən OLED ...

ABŞ prezidenti: “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq”

24-05-2018-15-29 Xəbərlər

ABŞ prezidenti: “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq”

“Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, b...

Milli Məclisin elm və təhsil komitəsinin növbəti iclası keçirilib

24-05-2018-15-17 Xəbərlər

Milli Məclisin elm və təhsil komitəsinin növbəti iclası keçirilib

Mayın 24-də Milli Məclisin elm və təhsil komitəsinin növbəti iclası keçirilib.

Azərbaycan damaçısı Avropa çempionu olub

24-05-2018-15-07 Xəbərlər

Azərbaycan damaçısı Avropa çempionu olub

Polşanın Nidzitsa şəhərində xüsusi qrup insanlar arasında dama üzrə beşinci Avro...

Prezident İlham Əliyev Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib

24-05-2018-14-55 Xəbərlər

Prezident İlham Əliyev Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib

Mayın 24-də Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun aç...

Nazir: Azyaşlı şagirdlərin yükü azaldılacaq, summativlərdə dəyişiklik ediləcək

24-05-2018-14-29 Xəbərlər

Nazir: Azyaşlı şagirdlərin yükü azaldılacaq, summativlərdə dəyişiklik ediləcək

Gələn tədris ilindən Azərbaycanda orta məktəblərdə azyaşlı şagirdlər üçün kiçik ...

Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər

24-05-2018-14-18 Xəbərlər

Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər

Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzr...

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı hökumətə təqdim olunub - YENİLƏNİB

24-05-2018-14-05 Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı hökumətə təqdim olunub - YENİLƏNİB

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı mayın 24-də Naz...

BVF: Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir

24-05-2018-13-43 Xəbərlər

BVF: Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir

Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir. Bu faktı təsdiqləyən məlumatlar Be...

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən əyləncəli idman oyunlarına yekun vurulub

24-05-2018-13-26 Xəbərlər

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən əyləncəli idman oyunlarına yekun vurulub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə ...

Qiyabiçi tələbələrin yaz imtahan sessiyası başlayır

24-05-2018-12-50 Xəbərlər

Qiyabiçi tələbələrin yaz imtahan sessiyası başlayır

NUHÇIXAN-a Naxçıvan Dövlət Üniversitetindən verilən məlumata görə, 2017-2018-ci ...