Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə yeniyetmə və gənclər arasında keçirilən boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda şəhər idmançıları ilə yanaşı, Kəngərli, Culfa və Şərur rayonlarının yetirmələri də mübarizə aparıblar.

Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 26 çəki dərəcəsində 70 idmançı rinqə çıxıb.

Yekun nəticəyə əsasən Məhəmməd Əliyev, Əli Seyidov, Kamran Rəsulov, Ucar Musayev, Turan Kərimsoy, Sinan Əliyev, Abbasəli Nəcəfli, Ziya Dünyamalıyev, Ayxan Heydərov, Ramil Babayev, Alişan İsmayılov, Miryusif Seyidov, Məhəmməd Seyidov, Hüseyn Hüseynov, Əli Seyidov, Teymur Abbasov, Mustafa Bəşirov, Nizami Novruzov, Ələsgər Ələkbərov, Hüseyn Hüseynov, Tural Süleymanov, Həsən Hüseynov, Nadir Cəfərov, Kamran Allahverdiyev və Sunay Orucov, qızlar arasında isə Duyğu Hüseynova öz çəki dərəcələrində bütün rəqiblərini məğlub edərək yarışın qalibi olublar.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılar diplomlarla mükafatlandırılıblar.

www.naxcivantv.az