Vətən müqəddəsdir, ülvidir. Onun  dağı, daşı, torpağı, suyu, havası, göyü bizim üçün doğmadır.

Vətən əldən gedərsə, bütün milli-mənəvi dəyərlər onunla birlikdə məhv olar. Yaxşı yadımdadır, rəhmətlik babam Vətən həsrətilə gözlərini yumdu. Son günlərində elə hey “Qürbət cənnət olsa da, ölməyə Vətən yaxşı” sözlərini pıçıldayırdı. Son nəfəsinə kimi də o sözləri pıçıldadı. Dünyadan köçməmiş vəsiyyət etdi ki, “yurdumuzu düşməndən azad edəndə bir ovuc torpağından gətirib məzarıma tökün. Onda məzarda rahatlıq tapacam”. Babam  Dərələyəz mahalından idi. Düşmən onları öz yurd-yuvasından didərgin salanda babam uşaq olmuşdu. Amma 85 yaşınacan öz doğma yurdunun həsrətilə yaşadı, haçansa öz doğma yurduna qayıtmaq ümidini itirmədi. Mən yurd nisgilli babama baxanda ataların nəyə görə “Gözsüz yaşamaq olar, Vətənsiz yox”, “Yad ocağın alovundan Vətən ocağının tüstüsü gözəldir”, “Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”,– dediyini daha yaxşı anlayırdım.

Doğma Vətənimizin yerləşdiyi ərazi, münbit torpaqları, yeraltı və yerüstü sərvətləri, mineral bulaqları, zəngin florası və faunası düşmənin diqqətini hər zaman cəlb edib. Elə ona görə də zaman-zaman Vətənimizə düşmən hücumları olmuş, torpaqlarımızın bir hissəsi işğal olunmuşdur. Həmin işğal edilən ərazilərdən biri də Naxçıvan MR Şərur rayonunda yerləşən Günnüt kəndi idi. Tarixi mənbələrə görə kəndin adı əvvəllər Günnüt Cəfərli olub. Deyilənə görə bu kəndi Cəfərli nəslinə mənsub ailələr Günnüt adlı yerdə salmışlar. Toponimiyada günnüt sözünü “çəmən, düzən”, günnük sözünün təhrif forması kimi “gün vuran yer”, “güzdək, son bahar yaşıllığı, payız otlağı” mənaları və nəhayət monqolların tərkibində Naxçıvana gəlmiş günnüt tayfasının adı ilə bağlayırlar. Günnüt kəndi Naxçıvan-Sədərək magistral yolunun sağında, Şərur rayonunun mərkəzindən iyirmi iki kilometr məsafədə, Şərur düzənliyində yerləşir. Günnüt kəndinin ərazisi on bir min hektardan artıq torpaq sahəsindən ibarətdir. Kəndin torpağı dəmyə əkini üçün əvəzedilməzdir, ərazi yabanı bitki və heyvanat aləmi ilə də çox zəngindir. Dağlarında musson, bəbir, dağkeçisi, bir neçə növ kəklik və digər bir çox növdə qiymətli heyvanlar yaşayır.

90-cı illərdə erməni silahlı qüvvələri öz himayədarlarının köməyi ilə torpaqlarımıza soxulmağa çalışırdılar. Həmin döyüşlər zamanı Sədərək və Şərur rayonunun Günnüt, Havuş, Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Günnüt kəndi 1992-ci ildə qızğın döyüşlər gedən zaman Ermənistan silahlı qüvvələri tərəfindən güclü atəşə məruz qaldı. Kənddəki yaşayış binaları, məktəb, kitabxana, tibb məntəqəsi, məscid və qəbiristanlıq dağıdıldı. Bu hadisədən sonra kənd əhalisi məcbur olaraq Şərur rayonunun digər kəndlərində və xüsusilə də Mahmudkənd kəndində məskunlaşdı. İllərdir yurd, Vətən həsrəti çəkən Günnütlülərə nəhayət  ki, xoş xəbər gəldi: “Günnüt düşməndən azad edilib”.

2018-ci ilin may ayında cəbhədən Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində Günnüt kəndinin ətrafındakı erməni mövqelərinin məhv edildiyi və kəndə nəzarətin tam olaraq Azərbaycan Ordusunun əlinə keçməsi xəbərləri yayıldı. Az sonra rəsmi açıqlama ilə bu xəbər öz təsdiqini tapdı. Məlum oldu ki, may ayının 20-dən 27-sinə kimi Günnüt əməliyyatı keçirilib və döyüşlər zamanı ordumuz Naxçıvan Muxtar Respublikasındakı işğal altında olan bəzi əraziləri işğaldan azad edib. Bu xəbər bir andaca bütün ölkəyə yayıldı, hər kəs ordumuzun bu uğurundan qürurlandı.

Günnüt döyüşlərinin detalları tam açıqlananda məlum oldu ki, bu əməliyyat həcminə görə 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi əməliyyatdır. Düşmənin Naxçıvan Muxtar Respublikasının işğalına qarşı hücum planının qarşısının alınması məqsədilə, Azərbaycan tərəfindən  Şərur rayonu istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Bununla da ermənilərə öz çirkin niyyətlərini həyata keçirməyə imkan verilməyib. “Günnüt əməliyyatı” zamanı Şərur rayonunun Günnüt kəndi, Xunut dağı, Ağbulaq yüksəkliyi, İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verən Qızılqaya dağı və Mehridağ azad edilib, Dərələyəz mahalının Arpa kəndi ordumuzun tam nəzarəti altına keçib.  Şanlı ordumuzun Naxçıvanda düşmən işğalından azad etdiyi ərazi həqiqətən də çox böyük əhəmiyyətə malikdir. İşğaldan azad edilən ərazilər bir zamanlar kənd təsərrüfatının, əkinçiliyin, arıçılığın, həm də turizm sahəsinin yüksək şəkildə inkişaf etdiyi yerlərdir. Günnüt əməliyyatının önəmi haqda qısaca bir açıqlama:

  1. Şərur, Sədərək rayonlarını tam şəkildə və Kəngərli rayonunun bir hissəsini su ilə təmin edən Arpaçay Su Dəryaçasına artıq tam olaraq ordumuz nəzarət edir. Həmin dəryaça ermənilər üçün həmişə maraqlı olmuş və dəfələrlə həmin dəryaçanı partlatmaq istəmişlər. Dəryaça şirin su ehtiyatına malikdir və Şərur, Sədərək və Babək rayonunun əkin sahələrinin bir hissəsini suvarmaq üçün istifadə edilir;
  2. Naxçıvanı 14 % elektrik enerjisi ilə təmin edən “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyası artıq təhlükədə olmayacaq;
  3. “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) tam olaraq ordumuzun nəzarətindədir və ermənilər bundan təşvişə düşərək qorxu keçirirlər;
  4. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Gələcəkdə bu yolla ərazilərimizə müdaxilə etmək istəyən hər hansı texnikanın və canlı qüvvənin qarşısı müvəffəqiyyətlə alınacaqdır;
  5. Azad edilən ümumilikdə 11 min hektara yaxın ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə ,dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Həmin ərazilərdə həm taxılçılıq, üzümçülük, həm də maldarlıq, qoyunçuluq və arıçılığın inkişaf etdirilməsi üçün münbit şərait vardır;
  6. Düz 26 ildir ki, düşmən nəzarətində olan Günnüt kəndi işğaldan azad olunub və kənd sakinləri doğmalarının, əcdadlarının məzarlarını, həm də yurd yerlərini ziyarət ediblər. Günnütlülər üçün yaxınlarının, doğmalarının məzarını ziyarət edə bilməmək və doğma yurdlarına həsrət qalmaq çox ağır idi. Ordumuzun gücü sayəsində bir kəndin, bir elin, bir obanın, bir yurdun sakinləri 26 il həsrət qaldığı dədə-baba ocağına qovuşdu. Doğma yurdun torpağının bir qarışı belə dəyərlidir, uğrunda ölməyə dəyər;
  7. Azərbaycan Ordusunun həm 2016-cı ilin aprelindəki uğurlu əməliyyatı, həm də 2018-ci il may ayında Günnüt əməliyyatı ermənilərdə ruh düşkünlüyü yaratmış və onlar Ermənistan hakimiyyətini bacarıqsızlıqda ittiham etməyə başlamışlar. Ermənilər gec-tez işğal etdikləri ərazilərdən qovulacaqlarını artıq başa düşürlər.

Hazırda Günnüt kəndinin sakinləri sevinc içindədir. Onlar kəndə köçəcəkləri günü səbirsizliklə gözləyirlər. Azad edilmiş ərazilər minalardan təmizləndikdən sonra kəndin ən müasir şəkildə bərpa olunacağı şübhəsizdir. 26 illik Günnüt həsrəti tezliklə sona çatacaq və Günnütlülər bundan sonra öz doğma yurdlarında ocaqlarını yandıracaqlar. Bütün bu uğurlu əməliyyatların arxasında isə sözsüz ki, Dövlət başçımızın iradəsi və  Azərbaycan ordusunun qüdrəti dayanır.

Yaşasın Azərbaycan Ordusu!

Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə!

 

AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat”şöbəsinin

aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru

Əpoş Vəliyev

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Nazirlik və prokurorluq əməkdaşlarının iştirakı ilə praktiki seminar

24-05-2019-18-50 Xəbərlər

Nazirlik və prokurorluq əməkdaşlarının iştirakı ilə praktiki seminar

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Qeyri- hökumət təşkilatları həm də vətəndaş cəmiyyəti institutlarıdır

24-05-2019-18-15 Xəbərlər

Qeyri- hökumət təşkilatları həm də vətəndaş cəmiyyəti institutlarıdır

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Muzeylərlə əməkdaşlıq güclənir

24-05-2019-17-23 Xəbərlər

Muzeylərlə əməkdaşlıq güclənir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Çili mətbuatında Naxçıvanla bağlı yazı dərc olunub

24-05-2019-17-06 Xəbərlər

Çili mətbuatında Naxçıvanla bağlı yazı dərc olunub

NUHÇIXAN xəbər verir ki, Çilinin geniş oxucu kütləsinə malik epicentrochile.com ...

Naxçıvanlı tələbələr Çində təcrübə keçəcəklər

24-05-2019-16-30 Xəbərlər

Naxçıvanlı tələbələr Çində təcrübə keçəcəklər

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat ...

Muxtar respublikada yeni təsis edilən Prezident təqaüdlərinin ödənilməsinə başlanılıb

24-05-2019-14-31 Xəbərlər

Muxtar respublikada yeni təsis edilən Prezident təqaüdlərinin ödənilməsinə başlanılıb

Sosial müavinətlərin artımı ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 20...

Ali təhsil ocağında “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib

24-05-2019-13-30 Xəbərlər

Ali təhsil ocağında “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Naxçıvanda bir ayda dəmir yolundan 14 mindən çox sərnişin istifadə edib

24-05-2019-11-51 Xəbərlər

Naxçıvanda bir ayda dəmir yolundan 14 mindən çox sərnişin istifadə edib

Bu ilin aprel ayında muxtar respublikada dəmir yolu nəqliyyatı vasitəsilə ayrı-a...

“1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə tədbir keçirilib

24-05-2019-11-32 Xəbərlər

“1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs...

Sosial şəbəkələrdə Naxçıvanla bağlı paylaşımlar yer alıb - VİDEO

24-05-2019-10-52 Xəbərlər

Sosial şəbəkələrdə Naxçıvanla bağlı paylaşımlar yer alıb - VİDEO

Artıq bir neçə müddətdir ki, Naxçıvan Televiziyasının efirində “Sosial şəbəkələr...

“Heydər Əliyev kuboku”nun sahibi məlum olub

24-05-2019-10-38 Xəbərlər

“Heydər Əliyev kuboku”nun sahibi məlum olub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

Ötən günün mənzərəsi - VİDEO

24-05-2019-10-11 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda sabaha olan hava proqnozu

24-05-2019-09-53 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvan Muxtar Respublikasının Duzdağ ərazisinin halofit bitki müxtəlifliyi araşdırılıb

23-05-2019-22-49 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Duzdağ ərazisinin halofit bitki müxtəlifliyi araşdırılıb

“Springer” nəşriyyatında çap olunan “Ekofiziologiya, abiotik stressə davamlılıq ...

Xalq yazıçısı Ədəbiyyat Muzeyində anılıb

23-05-2019-21-22 Xəbərlər

Xalq yazıçısı Ədəbiyyat Muzeyində anılıb

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Duzdağ Fizioterapiya Mərkəzinin 40 illiyi qeyd olunub

23-05-2019-20-57 Xəbərlər

Duzdağ Fizioterapiya Mərkəzinin 40 illiyi qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Duzdağ Fizioterapiya Mərkəzinin yaranmasının 40 illiyi ...

Darıdağ Arsenli Su Müalicəxanasının ətrafı yaşıllaşdırılır

23-05-2019-20-20 Xəbərlər

Darıdağ Arsenli Su Müalicəxanasının ətrafı yaşıllaşdırılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

“Doğma yurdum Naxçıvan” adlı rəsm müsabiqəsi

23-05-2019-19-54 Xəbərlər

“Doğma yurdum Naxçıvan” adlı rəsm müsabiqəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub - FOTOLAR

23-05-2019-19-22 Rəsmi

“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il mayın 16-da “Duzdağ...

Oğlanqalada tədqiqat işlərinə başlanılıb

23-05-2019-18-10 Xəbərlər

Oğlanqalada tədqiqat işlərinə başlanılıb

NUHÇIXAN xəbər verir ki, ABŞ-Azərbaycan müştərək beynəlxalq arxeoloji ekspedisiy...

Tələbələrə “Naxçıvan yallıları” haqqında məlumat verilib

23-05-2019-17-51 Xəbərlər

Tələbələrə “Naxçıvan yallıları” haqqında məlumat verilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşün...

Ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin də rolu var

23-05-2019-17-30 Xəbərlər

Ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin də rolu var

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Culfa rayon sahibkarları ilə görüş

23-05-2019-17-08 Xəbərlər

Culfa rayon sahibkarları ilə görüş

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...

Aztəminatlı ailələrə köməklik göstərilib

23-05-2019-16-32 Xəbərlər

Aztəminatlı ailələrə köməklik göstərilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfin...

Sağlamlıq imkanları məhdud uşaqlar arasında rəsm müsabiqəsi

23-05-2019-15-57 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlar arasında rəsm müsabiqəsi

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Mü...

Müəllim və tələbələrə 5G LTE texnologiyaları ilə bağlı geniş məlumat verilib

23-05-2019-15-38 Xəbərlər

Müəllim və tələbələrə 5G LTE texnologiyaları ilə bağlı geniş məlumat verilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat ...

Sədərəkdə şahmat yarışı olub

23-05-2019-12-54 Xəbərlər

Sədərəkdə şahmat yarışı olub

NUHÇIXAN xəbər verir ki,  Şahmat Federasiyasının Sədərək rayon bölməsinin və Ray...

Muxtar respublikada xalq teatrlarının festivalı başlanıb

23-05-2019-12-37 Xəbərlər

Muxtar respublikada xalq teatrlarının festivalı başlanıb

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Ötən günün mənzərəsi - VİDEO

23-05-2019-10-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

"Naxçıvanı Tanıyaq" devizi altında ekskursiya

22-05-2019-22-23 Xəbərlər

"Naxçıvanı Tanıyaq" devizi altında ekskursiya

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...