Bizim nəslin gəncliyi Vətənimiz Azərbaycanın başı üzərini dumanların aldığı 90-cı illərə təsadüf edir. Həmin vaxt Naxçıvan taleyin ümidinə buraxılmış miskin obanı xatırladırdı.

Gecələri zülmət, gündüzləri isə ümidsizlik… Blokadanın ağırlığı, üstəlik mənfur ermənilərlə sərhəddə gedən döyüşlərin nigarançılığı da bir tərəfdən…

Yaxşı xatırlayıram ki, o döyüşlərə gedən oğullarımızın əllərindəki silahlar əsasən kiçik çaplı avtomatlar, bir də ov tüfəngləri idi.  Amma ürəklərinin atəşi ən dağıdıcı silahlardan belə uzağa gedəcək qədər güclü idi. Naxçıvanı işğal olunmaq təhlükəsindən qoruyan əsas  amil də məhz elə vətən uğrunda göz qırpmadan  ölümə gedənlərin fədakarlığı idi. Sədərəkdə və başqa döyüş bölgələrində qurban verdiyimiz şəhidlərlə yanaşı, Kərki, Günnüt kimi kəndlərimiz də düşmən nəzarətinə keçdi. Ötən illərin hər günü, hər anını o yurd yerlərinin həsrəti ilə yaşadıq.

Ötən 25 ildə Naxçıvan yaşadı, var oldu,  çiçəklənən, inkişaf edən bir diyar kimi özünü təsdiq etməyi bacardı. Qaranlıqdan işığa çıxmağın, tənəzzüldən yüksəlişə qalxmağın nümunəsini yaratdı. Buna paralel olaraq ordumuz da qüdrətləndi, 90-cı illərdən ürəyimizdə qalan torpaq nisgili yavaş-yavaş öz yerini sevinclərə verməyə başladı. Lələtəpədən, Cocuq Mərcanlıdan sonra, bu dəfə Günnütlə qürurlandıq.

Səmimi deyim ki, 90-cı illərin gəncləri üçün Günnüt qələbəsinin bir başqa anlamı var. Çünki onların ürəyindəki torpaq həsrəti düz 26 ilin ayrılığı idi. O torpaqlara ayaq basmaq arzusu onların hamısının ən ali istəyi idi. Sevinirəm ki, bu həyati istəyi reallaşanlardan biri də mən oldum. İşğaldan azad olunmuş Günnüt və ətraf ərazilərə ayaq basmaq şərəfini yaşadım. Bu şərəfi isə bizə Azərbaycan ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu yaşatdı. Bir də sadəcə bu yurdun iqbalı üçün çalışan rəhbər dəyanəti.

 …Biz Günnütə iyunun 8-i səhər erkəndən yol alacaqdıq. Naxçıvan televiziyası 26 il sonra Şərurun Günnüt kəndindən ilk reportajını yayımlayacaq və bu qələbə xəbərini hamıdan birinci bütün dünyaya çatdıracaqdı. O gecə yaşadığım sevinci sözlə ifadə etmək çətindir. Həmin axşam yuxuda zəhər dişi çəkilmiş və qarnı yarılmış gürzə ilanlar gördüm. Dedilər  ki, düşməndi, bu da təbiidi. Çünki düşmənlə üz-üzə yerləşən mövqelərimizə gedirdik. Və o,  düşmən indi məhz yuxuda gördüyüm zəhər dişi çəkilmiş ilanları xatırladırdı.

Qeyd edim ki, məsləyim gərəyi Naxçıvanı demək olar ki, qarış-qarış gəzmişəm. Günnütə uzanan yol xaric. Burada dağların, dərələrin rəngi, bir-biri ilə kəsişməsi tamamilə fərqlidir. Buradakı təbiət başqa yerdə təkrarlanmır.

Bu yolda dağlar bir-birinə arxa söykəyib, sanki düşmənə sipər olmaq istəyiblər. Bir qədər yuxarı qalxdıqda isə dağların başında göz işlədikcə uzanan yaşıl düzənlikləri görürsən. Məlumat aldıq ki, əvvəlki mövqelərimiz bu yerlərdən çox-çox geridə olub. İndi isə demək olar ki, Ermənistanla Sovetlər Birliyi dönəmində olan sərhəddə qədər ərazilərimizin çoxu ordumuzun nəzarəti altındadır. Əldə edilən qələbənin miqyasını görmək üçün sadəcə bu yerdə olmaq kifayət idi. Düşünəndə ki, bu geniş otlaqlar, əkinəyararlı torpaqlar, Naxçıvanın dilbər guşələri 26 il tapdaq altında olub məsələnin mahiyyətini dərindən dərk edirsən. İndi vətəndən çox-çox uzaqda oturub onun sevincinə şərik çıxmaq bir tərəfə, qələbəsinə şübhə edən insanların fərziyyələri, bu mühüm hərbi uğurumuzu şübhə altına alacaq açıqlamaları məhz o torpaqlarda olduğum üçün mənə çox gülünc görünür.

Tarixçi və etnoqrafların fikrincə, Günnüt toponimi son bahar yaşıllığı, payız otlağı anlamına gəlir. Amma mən Günnütdə son bahar yaşıllığı deyil, heç vaxt solmayacaq bahar rəngləri gördüm. Bu rənglər Günnütə Azərbaycan əsgəri ilə birgə qədəm qoyub və beləcə bu yurdun bitməyən baharı başlayıb.

Mən əsgərlərimizin yanında çox olmuşdum. Amma düşmənin bir addımlığında yerləşən döyüş mövqelərində, döyüş səngərlərində ilk dəfə idi ki, olurdum. Ön mövqelərdə yeni qazılan səngərlərdə, düşməndən azad edilən postlarda dayanan igidlərin hər biri sözün həqiqi mənasında vətən sevgisinin timsalı idi. O üzlərdə sadəcə səbr, dəyanət, təmkin, özünəəminlik, düşmənə meydan oxumaq cəsarəti oxunurdu. Onlar düşmən demədən, yağış demədən, isti demədən, tufan demədən, boran demədən irəliləmişdilər. İndi onlar ən hündür mövqeni- “Qızılqaya” yüksəkliyini düşməndən azad edib onun zirvəsindən Dərələyəz mahalının Arpa kəndinə,  İrəvan-Xankəndi yoluna nəzarət edirlər. İllər, zaman ötəcək bu əsgərlər bu yerlərin tarixinə çevriləcəklər. Günnütün qurtarıcıları, xilaskarları kimi həmişə şövqlə xatırlanacaqlar. Elə Günnüt əməliyyatında şəhid  olan Adil Tatarov kimi.  Onun şəhid olduğu  mövqedə post quran əsgərlərimiz qəhrəmanımızın adını da əbədiləşdirməyi unutmayıblar. Hərbi mövqelərimizin sırasına son günlər biri də əlavə edilib – “Tatar postu”…

Həqiqətən də bu yerdə ölüm qorxusu da anlamını itirir.  Bir addımlığında dayansa da, meydan oxuyursan ona. Düşmənlə üz-üzə dayanan çəkiliş qrupumuzu da tərk etmişdi bu hiss. Buna səbəb yanımızda sıralanan Azərbaycan əsgəri, əsgərlərimizin simasında kök salan qətiyyət idi.

Günnüt xarabalıqlarına baxanda  26 il öncəyə qayıtdım.

1992-ci ildə məcburən Günnütü tərk edib Mahmudkəndə sığınan Vəli müəllim deyir ki, bu torpaq bərəkətin özü idi. Kolxoz vaxtı əmək gününə 16 kiloqram taxıl bölürdük. 32 evlik kənddə 250 arı ailəsi var idi. Burada əkilən noxudun, mərciməyin məhsuldarlığı çox yüksək idi. Demyə əkinçiliyi, maldarlıq üçün şərait əla idi.

Bu, Vəli müəllimin yaddaşında ilişib qalan Günnütün keçmişidi. Mən isə bu yurdun gələcəyini təsəvvür etmək üçün çətinlik çəkmirəm. Çünki düşmən əlindəki 11 min hektar vətən torpağını qaytaran, 26 ildir ki, cığırları itən Günnütə yol çəkən qüdrət bu yurd yerini yenidən güllü-gülüstana çevirməkdə də çətinlik çəkməyəcək. Beləcə, regionun ən güclü ordusunun buraya gətirdiyi yeni nəfəs Günnütün əsrarəngiz yaz  rənglərində əbədi yaşayacaq. Bir də, təsəvvürlərimdə asfalt döşənmiş dağ yolları və ətrafında sıralanan yaşıllıqlar, uşaqların yıxıla- dura Günnüt məktəbinə doğru irəliləməsi canlandı…

 O günə çox qalmayıb…

                                                         Lalə Hüseynova

Naxçıvan televiziyasının baş redaktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ahıllar muzeylərlə tanış olublar

16-08-2018-17-59 Xəbərlər

 Ahıllar muzeylərlə tanış olublar

NUHÇIXAN xəbər verir ki, Ahıllar evi sakinlərinin muxtar respublika muzeylərinə ...

Günəş Elektrik Stansiyası Naxçıvanı davamlı elektrik enerjisi ilə təmin edir

16-08-2018-17-42 Xəbərlər

Günəş Elektrik Stansiyası Naxçıvanı davamlı elektrik enerjisi ilə təmin edir

Naxçıvan Günəş Elektrik Stansiyası muxtar respublikada ekoloji cəhətdən təmiz, t...

Sağlamlıq imkanları məhdud uşaqlar müsabiqədə iştirak ediblər

16-08-2018-17-19 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlar müsabiqədə iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq  imk...

Kəngərlidə 2 min 792 sığorta müqaviləsi bağlanılıb

16-08-2018-17-04 Xəbərlər

Kəngərlidə 2 min 792 sığorta müqaviləsi bağlanılıb

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda sığorta işinin təşkili və qarşıda du...

Gündə 2-3 fincan çay sümüklərin bərkiməsinə kömək edir

16-08-2018-16-50 Xəbərlər

Gündə 2-3 fincan çay sümüklərin bərkiməsinə kömək edir

Çinin Şanxay Hospitalının mütəxəssisləri müəyyən ediblər ki, gündə içilən 2-3 fi...

Əlyazmalar İnstitutu Nəşə Təbrizinin divanının surətini əldə edib

16-08-2018-16-36 Xəbərlər

Əlyazmalar İnstitutu Nəşə Təbrizinin divanının surətini əldə edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnst...

Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb

16-08-2018-16-27 Xəbərlər

Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstə...

Ermənistanda ictimai-siyasi vəziyyət sabit deyil

16-08-2018-16-14 Xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət sabit deyil

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət...

Naxçıvanda sabaha olan hava proqnozu

16-08-2018-15-53 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 17-nə gözlənilən hava proqnozu açıqlanı...

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət İmtahan Mərkəzi mətbuat xidmətlərinin birgə məlumatı

16-08-2018-15-37 Xəbərlər

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət İmtahan Mərkəzi mətbuat xidmətlərinin birgə məlumatı

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübariz...

Beş Xəzəryanı ölkənin Prezidentinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq

16-08-2018-15-18 Xəbərlər

Beş Xəzəryanı ölkənin Prezidentinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq

“Caspian Energy” və “Caspian European Club” “Xəzərdə siyasi, iqtisadi və sosial ...

“Naxçıvanqaz” İstehsalat Birliyi payız-qış mövsümünə hazırlıqlara başlayıb

16-08-2018-15-04 Xəbərlər

“Naxçıvanqaz” İstehsalat Birliyi payız-qış mövsümünə hazırlıqlara başlayıb

NUHÇIXAN xəbər verir ki, “Naxçıvanqaz” İstehsalat Birliyində 2018-2019-ci illəri...

Şahbuz şəhərində yeni aviakassa binası tikilir

16-08-2018-14-50 Xəbərlər

 Şahbuz şəhərində yeni aviakassa binası tikilir

NUHÇIXAN xəbər verir ki,  Şahbuz şəhər Heydər Əliyev prospektində inşa olunan av...

Naxçıvanda taxıl еmalı müəssisələrinə iyun-iyul aylarında 4 min 410 ton məhsul tədarük edilib

16-08-2018-14-32 Xəbərlər

Naxçıvanda taxıl еmalı müəssisələrinə iyun-iyul aylarında 4 min 410 ton məhsul tədarük edilib

Muxtar rеspublikada fəaliyyət göstərən və gündəlik istehsal gücü 442 ton olan ta...

Millimizdən tarixi qələbə

16-08-2018-14-16 Xəbərlər

Millimizdən tarixi qələbə

Ukraynanın paytaxtı Kiyevdə keçirilən minifutbol üzrə Avropa çempionatında milli...

Uşaq mini batareya udarsa nə etməli?

16-08-2018-13-56 Xəbərlər

Uşaq mini batareya udarsa nə etməli?

Balaca uşaqlar ətrafda olan əşyaları tək gözlə deyil, ağızla da “tədqiq” etməyə ...

Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasındaki rəqibi məlum olacaq

16-08-2018-13-30 Xəbərlər

Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasındaki rəqibi məlum olacaq

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasındaki rəqibi avqustun 16-da ...

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif etdi - SƏRƏNCAM

16-08-2018-13-12 Xəbərlər

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edi...

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verib

16-08-2018-12-59 Xəbərlər

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verib

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi r...

İlahiyyat İnstitutu islamşünaslıq, dinşünaslıq ixtisasları üzrə boş qalan yerlərə tələbə qəbulu elan edir

16-08-2018-12-40 Xəbərlər

İlahiyyat İnstitutu islamşünaslıq, dinşünaslıq ixtisasları üzrə boş qalan yerlərə tələbə qəbulu elan edir

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) islamşünaslıq və dinşünaslıq ixtisasları üz...

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Əbu-Dabidə open turnirin qalibi olub

16-08-2018-12-26 Xəbərlər

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Əbu-Dabidə open turnirin qalibi olub

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Əbu-Dabidə 25-ci beynəlxalq şahmat festiv...

“Abituriyent” jurnalının yeddinci nömrəsi çapdan çıxıb

16-08-2018-11-56 Xəbərlər

“Abituriyent” jurnalının yeddinci nömrəsi çapdan çıxıb

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının yeddinci nömrəsini nəşr ...

Azərbaycan əhalisinin sayı açıqlanıb

16-08-2018-10-44 Xəbərlər

Azərbaycan əhalisinin sayı açıqlanıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 38 min 49 nəfər artaraq iyul ayının 1-i v...

Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

16-08-2018-10-58 Xəbərlər

Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olub. ...

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb

16-08-2018-10-19 Xəbərlər

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı ...

Peru meşələrində səhləb çiçəyinin yeni növü aşkarlanıb

16-08-2018-09-27 Xəbərlər

Peru meşələrində səhləb çiçəyinin yeni növü aşkarlanıb

Dünyada ən çox sevilən güllər arasında birinci, ən çox satılanlar sırasında qı...

Ağ Ev: ABŞ-ın Türkiyədən idxal etdiyi mallara rüsumları qaldırması, ölkənin milli təhlükəsizliyi ilə bağlıdır

16-08-2018-09-00 Xəbərlər

Ağ Ev: ABŞ-ın Türkiyədən idxal etdiyi mallara rüsumları qaldırması, ölkənin milli təhlükəsizliyi ilə bağlıdır

Türkiyədən idxal edilən polad və alüminium üçün rüsumların qaldırılması ABŞ-ın...

Həkimlər “Qanlıgöl” yaylağında olublar

15-08-2018-19-02 Xəbərlər

Həkimlər “Qanlıgöl” yaylağında olublar

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun müvafiq təşkilatları və rayon mərkəzi...

Naxçıvanda yeni əyləncə mərkəzi yaradılır

15-08-2018-18-43 Xəbərlər

Naxçıvanda yeni əyləncə mərkəzi yaradılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində, Naxçıvançayın kənarında müasir is...

Gülxar Həsənovanın 100 illik yubileyi qeyd ediləcək

15-08-2018-18-11 Xəbərlər

Gülxar Həsənovanın 100 illik yubileyi qeyd ediləcək

Prezident İlham Əliyev Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi ...