Bizim nəslin gəncliyi Vətənimiz Azərbaycanın başı üzərini dumanların aldığı 90-cı illərə təsadüf edir. Həmin vaxt Naxçıvan taleyin ümidinə buraxılmış miskin obanı xatırladırdı.

Gecələri zülmət, gündüzləri isə ümidsizlik… Blokadanın ağırlığı, üstəlik mənfur ermənilərlə sərhəddə gedən döyüşlərin nigarançılığı da bir tərəfdən…

Yaxşı xatırlayıram ki, o döyüşlərə gedən oğullarımızın əllərindəki silahlar əsasən kiçik çaplı avtomatlar, bir də ov tüfəngləri idi.  Amma ürəklərinin atəşi ən dağıdıcı silahlardan belə uzağa gedəcək qədər güclü idi. Naxçıvanı işğal olunmaq təhlükəsindən qoruyan əsas  amil də məhz elə vətən uğrunda göz qırpmadan  ölümə gedənlərin fədakarlığı idi. Sədərəkdə və başqa döyüş bölgələrində qurban verdiyimiz şəhidlərlə yanaşı, Kərki, Günnüt kimi kəndlərimiz də düşmən nəzarətinə keçdi. Ötən illərin hər günü, hər anını o yurd yerlərinin həsrəti ilə yaşadıq.

Ötən 25 ildə Naxçıvan yaşadı, var oldu,  çiçəklənən, inkişaf edən bir diyar kimi özünü təsdiq etməyi bacardı. Qaranlıqdan işığa çıxmağın, tənəzzüldən yüksəlişə qalxmağın nümunəsini yaratdı. Buna paralel olaraq ordumuz da qüdrətləndi, 90-cı illərdən ürəyimizdə qalan torpaq nisgili yavaş-yavaş öz yerini sevinclərə verməyə başladı. Lələtəpədən, Cocuq Mərcanlıdan sonra, bu dəfə Günnütlə qürurlandıq.

Səmimi deyim ki, 90-cı illərin gəncləri üçün Günnüt qələbəsinin bir başqa anlamı var. Çünki onların ürəyindəki torpaq həsrəti düz 26 ilin ayrılığı idi. O torpaqlara ayaq basmaq arzusu onların hamısının ən ali istəyi idi. Sevinirəm ki, bu həyati istəyi reallaşanlardan biri də mən oldum. İşğaldan azad olunmuş Günnüt və ətraf ərazilərə ayaq basmaq şərəfini yaşadım. Bu şərəfi isə bizə Azərbaycan ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu yaşatdı. Bir də sadəcə bu yurdun iqbalı üçün çalışan rəhbər dəyanəti.

 …Biz Günnütə iyunun 8-i səhər erkəndən yol alacaqdıq. Naxçıvan televiziyası 26 il sonra Şərurun Günnüt kəndindən ilk reportajını yayımlayacaq və bu qələbə xəbərini hamıdan birinci bütün dünyaya çatdıracaqdı. O gecə yaşadığım sevinci sözlə ifadə etmək çətindir. Həmin axşam yuxuda zəhər dişi çəkilmiş və qarnı yarılmış gürzə ilanlar gördüm. Dedilər  ki, düşməndi, bu da təbiidi. Çünki düşmənlə üz-üzə yerləşən mövqelərimizə gedirdik. Və o,  düşmən indi məhz yuxuda gördüyüm zəhər dişi çəkilmiş ilanları xatırladırdı.

Qeyd edim ki, məsləyim gərəyi Naxçıvanı demək olar ki, qarış-qarış gəzmişəm. Günnütə uzanan yol xaric. Burada dağların, dərələrin rəngi, bir-biri ilə kəsişməsi tamamilə fərqlidir. Buradakı təbiət başqa yerdə təkrarlanmır.

Bu yolda dağlar bir-birinə arxa söykəyib, sanki düşmənə sipər olmaq istəyiblər. Bir qədər yuxarı qalxdıqda isə dağların başında göz işlədikcə uzanan yaşıl düzənlikləri görürsən. Məlumat aldıq ki, əvvəlki mövqelərimiz bu yerlərdən çox-çox geridə olub. İndi isə demək olar ki, Ermənistanla Sovetlər Birliyi dönəmində olan sərhəddə qədər ərazilərimizin çoxu ordumuzun nəzarəti altındadır. Əldə edilən qələbənin miqyasını görmək üçün sadəcə bu yerdə olmaq kifayət idi. Düşünəndə ki, bu geniş otlaqlar, əkinəyararlı torpaqlar, Naxçıvanın dilbər guşələri 26 il tapdaq altında olub məsələnin mahiyyətini dərindən dərk edirsən. İndi vətəndən çox-çox uzaqda oturub onun sevincinə şərik çıxmaq bir tərəfə, qələbəsinə şübhə edən insanların fərziyyələri, bu mühüm hərbi uğurumuzu şübhə altına alacaq açıqlamaları məhz o torpaqlarda olduğum üçün mənə çox gülünc görünür.

Tarixçi və etnoqrafların fikrincə, Günnüt toponimi son bahar yaşıllığı, payız otlağı anlamına gəlir. Amma mən Günnütdə son bahar yaşıllığı deyil, heç vaxt solmayacaq bahar rəngləri gördüm. Bu rənglər Günnütə Azərbaycan əsgəri ilə birgə qədəm qoyub və beləcə bu yurdun bitməyən baharı başlayıb.

Mən əsgərlərimizin yanında çox olmuşdum. Amma düşmənin bir addımlığında yerləşən döyüş mövqelərində, döyüş səngərlərində ilk dəfə idi ki, olurdum. Ön mövqelərdə yeni qazılan səngərlərdə, düşməndən azad edilən postlarda dayanan igidlərin hər biri sözün həqiqi mənasında vətən sevgisinin timsalı idi. O üzlərdə sadəcə səbr, dəyanət, təmkin, özünəəminlik, düşmənə meydan oxumaq cəsarəti oxunurdu. Onlar düşmən demədən, yağış demədən, isti demədən, tufan demədən, boran demədən irəliləmişdilər. İndi onlar ən hündür mövqeni- “Qızılqaya” yüksəkliyini düşməndən azad edib onun zirvəsindən Dərələyəz mahalının Arpa kəndinə,  İrəvan-Xankəndi yoluna nəzarət edirlər. İllər, zaman ötəcək bu əsgərlər bu yerlərin tarixinə çevriləcəklər. Günnütün qurtarıcıları, xilaskarları kimi həmişə şövqlə xatırlanacaqlar. Elə Günnüt əməliyyatında şəhid  olan Adil Tatarov kimi.  Onun şəhid olduğu  mövqedə post quran əsgərlərimiz qəhrəmanımızın adını da əbədiləşdirməyi unutmayıblar. Hərbi mövqelərimizin sırasına son günlər biri də əlavə edilib – “Tatar postu”…

Həqiqətən də bu yerdə ölüm qorxusu da anlamını itirir.  Bir addımlığında dayansa da, meydan oxuyursan ona. Düşmənlə üz-üzə dayanan çəkiliş qrupumuzu da tərk etmişdi bu hiss. Buna səbəb yanımızda sıralanan Azərbaycan əsgəri, əsgərlərimizin simasında kök salan qətiyyət idi.

Günnüt xarabalıqlarına baxanda  26 il öncəyə qayıtdım.

1992-ci ildə məcburən Günnütü tərk edib Mahmudkəndə sığınan Vəli müəllim deyir ki, bu torpaq bərəkətin özü idi. Kolxoz vaxtı əmək gününə 16 kiloqram taxıl bölürdük. 32 evlik kənddə 250 arı ailəsi var idi. Burada əkilən noxudun, mərciməyin məhsuldarlığı çox yüksək idi. Demyə əkinçiliyi, maldarlıq üçün şərait əla idi.

Bu, Vəli müəllimin yaddaşında ilişib qalan Günnütün keçmişidi. Mən isə bu yurdun gələcəyini təsəvvür etmək üçün çətinlik çəkmirəm. Çünki düşmən əlindəki 11 min hektar vətən torpağını qaytaran, 26 ildir ki, cığırları itən Günnütə yol çəkən qüdrət bu yurd yerini yenidən güllü-gülüstana çevirməkdə də çətinlik çəkməyəcək. Beləcə, regionun ən güclü ordusunun buraya gətirdiyi yeni nəfəs Günnütün əsrarəngiz yaz  rənglərində əbədi yaşayacaq. Bir də, təsəvvürlərimdə asfalt döşənmiş dağ yolları və ətrafında sıralanan yaşıllıqlar, uşaqların yıxıla- dura Günnüt məktəbinə doğru irəliləməsi canlandı…

 O günə çox qalmayıb…

                                                         Lalə Hüseynova

Naxçıvan televiziyasının baş redaktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda çimərlik mövsümünə start verilib - VİDEO

17-06-2019-18-56 Xəbərlər

Naxçıvanda çimərlik mövsümünə start verilib - VİDEO

Naxçıvanda çimərlik mövsümünün başlaması münasibətilə Uzunoba çimərliyində tədbi...

“Sabahın sorağında” romanında Azərbaycan müəlliminin obrazı

17-06-2019-18-27 Xəbərlər

“Sabahın sorağında” romanında Azərbaycan müəlliminin obrazı

Xalq şairi Hüseyn İbrahimov yarım əsrdən artıq davam edən zəngin yaradıcılığı il...

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib - FOTOLAR

17-06-2019-17-56 Rəsmi

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib - FOTOLAR

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 2019-cu il buraxılışı münasibəti ...

Duzdağ oteldə ikinci dəfə rəng festivalı keçirilib - VİDEO

17-06-2019-16-50 Xəbərlər

Duzdağ oteldə ikinci dəfə rəng festivalı keçirilib - VİDEO

Duzdağ oteldə keçirilən  yüzlərlə iştirakçının qatıldığı ikinci rəng festivalı r...

İnsan Hüquqları Günü münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı olub

17-06-2019-14-50 Xəbərlər

İnsan Hüquqları Günü münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı olub

NUHÇIXAN xəbər verir ki, 18 iyun-Azərbaycan Respublikasında İnsan Hüquqları Günü...

Ordubad rayonunda humanitar tibbi aksiya

17-06-2019-14-23 Xəbərlər

Ordubad rayonunda humanitar tibbi aksiya

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri Ord...

Naxçıvanda sabaha olan hava proqnozu

16-06-2019-16-05 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 17-nə gözlənilən hava proqnozu açıqlanıb....

“Axtar tap” intellektual oyunun növbəti mərhələsi başa çatıb

16-06-2019-12-25 Xəbərlər

“Axtar tap” intellektual oyunun növbəti mərhələsi başa çatıb

NUHÇIXAN xəbə verir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi...

Sosial könüllülər növbəti dəfə tənha ahılları ziyarət ediblər

15-06-2019-19-01 Xəbərlər

Sosial könüllülər növbəti dəfə tənha ahılları ziyarət ediblər

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Şərur rayon Ağır Atletika bölməsində məşqçi və idmançılar üçün seminar olub

15-06-2019-18-14 Xəbərlər

Şərur rayon Ağır Atletika bölməsində məşqçi və idmançılar üçün seminar olub

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

“Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb

15-06-2019-17-28 Xəbərlər

“Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar ...

Naxçıvanda qədim abidələrdə və yaşayış yerlərində arxeoloji tədqiqatlar davam edir - VİDEO

15-06-2019-16-30 Xəbərlər

Naxçıvanda qədim abidələrdə və yaşayış yerlərində arxeoloji tədqiqatlar davam edir - VİDEO

Bu dəfə ABŞ-Azərbaycan müştərək beynəlxalq arxeoloji ekspedisiyası qədim eyniadl...

Naxçıvanda sabaha olan hava proqnozu

15-06-2019-14-01 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 16-na gözlənilən hava proqnozu açıqlanıb....

Heydər Əliyevin quruculuq siyasəti bu gün Naxçıvanın hər yerində duyulur

15-06-2019-10-58 Xəbərlər

Heydər Əliyevin quruculuq siyasəti bu gün Naxçıvanın hər yerində duyulur

İnsan Vətən sevgisinə köklənəndə dünyanın bütün gücü sanki onun qoluna toplanır....

Ötən günün mənzərəsi - VİDEO

15-06-2019-10-29 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

15-06-2019-10-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin iyun ayının son 1...

Müstəqilliyimizin və dövlətçiliyimizin xilas günü

15-06-2019-00-00 Xəbərlər

Müstəqilliyimizin və dövlətçiliyimizin xilas günü

Ümummilli lider Heydər Əliyev bütün həyatını canından çox sevdiyi xalqının xilas...

Kamera orkestri Naxçıvanda konsert verdi - VİDEO

14-06-2019-22-54 Xəbərlər

Kamera orkestri Naxçıvanda konsert verdi - VİDEO

İyunun 14-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Qara Qarayev adına Azə...

Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub

14-06-2019-22-02 Xəbərlər

Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub

Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir...

Məktəblərdə “Son zəng” tədbirləri keçirilib

14-06-2019-21-52 Xəbərlər

Məktəblərdə “Son zəng” tədbirləri keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a ...

Nevrologiyanın aktual problemlərinə aid elmi-praktik konfrans olub

14-06-2019-21-00 Xəbərlər

Nevrologiyanın aktual problemlərinə aid elmi-praktik konfrans olub

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Könüllü qanvermə aksiyası keçirlib

14-06-2019-19-59 Xəbərlər

Könüllü qanvermə aksiyası keçirlib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Culfa rayonunda növbəti maarifləndirici tədbir

14-06-2019-18-57 Xəbərlər

Culfa rayonunda növbəti maarifləndirici tədbir

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Milli Qurtuluş Gününün bəhrələri

14-06-2019-18-14 Xəbərlər

Milli Qurtuluş Gününün bəhrələri

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadə...

“Naxçıvan” Universitetində Milli Qurtuluş Günü qeyd edilib

14-06-2019-17-55 Xəbərlər

“Naxçıvan” Universitetində Milli Qurtuluş Günü qeyd edilib

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə  a...

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilib - VİDEO

14-06-2019-16-52 Xəbərlər

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilib - VİDEO

İyunun 14-də Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Dövlət Universitetinin Tibb...

Gənclərin Naxçıvandan Konyaya uzanan körpüsü

14-06-2019-16-10 Xəbərlər

Gənclərin Naxçıvandan Konyaya uzanan körpüsü

  Təəssüratlar, düşüncələr, duyğular

Naxçıvanda sabaha olan hava proqnozu

14-06-2019-12-26 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb....

Ötən günün mənzərəsi - VİDEO

14-06-2019-10-30 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...