Dörd ildən bir keçirilən futbol üzrə dünya çempionatı Beynəlxalq Futbol Federasiyasının (Federation Internationale de Football Association, FIFA) himayəsi altında təşkil olunur.

İndiyədək 20 dünya birinciliyi baş tutub. Bu il isə sayca 21-ci olan turnir iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

NUHÇIXAN milli komandalar arasında keçirilən dünya birinciliyində qeydə alınan bəzi rekordları təqdim edir.

Çempion titullarının sayına görə rekord Braziliya yığmasına məxsusdur. O, beş dəfə (1958, 1962, 1970, 1994, 2002) turnirin qalibi olub. Braziliya millisi, həmçinin istisnasız olaraq dünya çempionatının bütün final mərhələlərində iştirak edən yeganə komandadır.

Tarixdə komandalar cəmi iki dəfə çempion titulunu qorumağa müvəffəq olub: İtaliya (1934, 1938) və Braziliya (1958, 1962) turniri ardıcıl olaraq iki dəfə qələbə ilə başa vura biliblər. İndiyə qədər heç bir komanda ardıcıl olaraq üç dəfə dünya çempionu ola bilməyib. İkinci dünya müharibəsi ilə əlaqədar 1942-ci ildə və 1946-cı ildə turnir keçirilmədiyi üçün İtaliya yığması dünya çempionu adını 16 il özündə saxlayıb.

Dünya kubokunun finallarında ən çox məğlubiyyətə Almaniya millisi uğrayıb – 4 dəfə. Çempion ola bilməyən komandalar arasında isə bu göstəriciyə görə Niderland liderlik edir – 3 final.

Dünya çempionatlarında ən çox oyun keçirən komanda Almaniya (106 oyun), ən az oyun keçirən komanda isə 1938-ci il çempionatında cəmi bir dəfə Niderland Ost-Hindistanı adı ilə çıxış edən İndoneziyadır. Ən çox qələbə Braziliya komandasına (70 qələbə), ən çox məğlubiyyət isə Meksika komandasına məxsusdur (24 məğlubiyyət).

İndiyədək keçirilən 20 finalın yalnız ikisində çempion penalti seriyası ilə müəyyənləşib. Bu aqibəti ən çox – iki dəfə yaşayan komanda İtaliya millisidir. İtalyanlar 1994-cü ildə penalti seriyasında Braziliya millisinə 1:3 hesabı ilə uduzub (əsas və əlavə vaxt – 0:0), 2006-cı ildə isə Fransaya 5:3 hesabı ilə qalib gəliblər (əsas və əlavə vaxt – 1:1).

Bir turnir ərzində ən çox qolu 1954-cü ildə Macarıstan yığması vurub – 27 qol. İsveçrə millisi 2006-cı il dünya çempionatında qol buraxmayaraq rekorda imza atıb və 1/8 finalda penalti seriyasında məğlubiyyətə uğrayıb.

Dünya birinciliyində ən uzun sürən qolsuz seriya İtaliya komandasına və onun qapıçısı Valter Dzenqeyə məxsusdur (1990-cı il turnirində 517 dəqiqə). Bir turnir ərzində ən çox qolu Koreya Respublikası 1954-cü ildə buraxıb – iki oyunda 16 qol.

Dünya çempionatında iştirak edən ən titullu oyunçu Pele 3 dəfə turnirin qalibi olub (1958, 1962, 1970).

Meksikalı Antonio Karbahal və almaniyalı Lotar Matteus 5 dünya çempionatında iştirak edən yeganə futbolçulardır. 2018-ci ildə onlarla indiyə qədər 4 turnirdə və DÇ-2018-in seçmə mərhələsində iştirak edən meksikalı Rafael Markes yarışa bilər. Lotar Matteus dünya birinciliyində ən çox oyun keçirən futbolçu kimi rekorda imza atıb – 25 oyun.

Dünya çempionatının final mərhələsində oynayan ən cavan futbolçu Şimali İrlandiya yığmasının üzvə Norman Uaytsayddır. 1982-ci ildə o, 17 yaş 41 günündə meydançaya çıxmışdı. Turnirin ən yaşlı iştirakçısı – kamerunlu Roje Milla 1994-cü ildə 42 yaş 39 günündə Rusiyaya qarşı oyuna çıxıb və qol vura bilib. Dünya çempionatında ən gənc qol müəllifi braziliyalı Peledir, o, 1958-ci ildə 17 yaş 239 günündə Uels yığmasının qapısına yol tapa bilib.

Turnirin final mərhələsinin ən məhsuldar bombardiri Almaniya millisinin hücumçusu Miroslav Kloze 2002-2014-cü illər ərzində rəqib qapılarından 16 qol keçirib. Bir çempionatda vurulan qolların sayına görə isə fransalı Jüst Fonten liderlik edir: 1958-ci il, 13 qol. Rusiya yığmasının hücumçusu Oleq Salenko isə bir oyunda vurulan qolların sayına görə rekordu özündə saxlayır. 1994-cü ildə o, Kamerun komandasının qapısına 5 top vurub. İngitərəli Ceffri Herst isə dünya birinciliyinin final mərhələsində het-trik edən yeganə futbolçudur (1966).

Mundialın tarixində ən erkən qol Türkiyə millisinin hücumçusu Hakan Şükür tərəfindən vurulub. O, 2002-ci ildə Koreya Respublikası ilə oyunun 11-ci saniyəsində rəqib qapısından qol keçirib.

Bir oyunda komandaların biri tərəfindən vurulan ən çox qol rekordu Macarıstana aiddir. Macarlar 1982-ci ildə Salvador millisini 10:1 hesabı ilə məğlub ediblər. Ən məhsuldar oyun isə 1954-cü ildə Avstriya ilə İsveçrə arasında qeydə alınıb. Həmin oyun avstriyalıların 7:5 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərəli Piter Şilton və fransalı Fabyen Bartez çempionatların 10 oyununda qapılarını toxunulmaz saxlayıblar. Meksika və Səudiyyə Ərəbistanı komandalarının qapıçıları Antonio Karbahal və Məhəmməd əd-Deayya dünya birinciliyində ən çox qol buraxan futbolçulardır – hərəyə 25 qol.

Komandasına iki dəfə çempionluq qazandıran yeganə məşqçi italiyalı Vittorio Pottsodur (1934, 1938). Dünya çempionatlarına baş məşqçi kimi ən çox qatılan almaniyalı Helmut Şön 25 oyunda komandasına rəhbərlik edib.

Braziliyalı Mario Zaqallo müxtəlif statuslarda dünya çempionatını 4 dəfə qazanıb: iki dəfə oyunçu, bir dəfə baş məşqçi və bir dəfə məşqçi köməkçisi kimi. Turnirdə həm oyunçu, həm də məşqçi kimi qələbə qazanan digər futbolçu isə almaniyalı Frans Bekkenbauerdir.

1954-cü ildə İsveçrədə keçirilən dünya çempionatı ən məhsuldar turnir kimi tarixə düşüb. O zaman hər oyunda orta hesabla 5,38 qol vurulub. 1990-cı ildə İtaliyada baş tutan turnir isə əksinə, qolların azlığına görə rekorda imza atıb – hər oyunda 2,21 qol.

Meydançada oyunların ən çox orta izlənmə rekordu 1994-cü ildə ABŞ-da keçirilən çempionata aiddir: hər oyuna 68 min 991 tamaşaçı. Bir oyunda ən çox tamaşaçı sayı isə 1950-ci ildə Braziliya və Uruqvay arasındakı oyunda qeydə alınıb. O zaman turnirin finalına tamaşa etmək üçün Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionuna 200 min azarkeş toplaşmışdı.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ali təhsil ocağında 20 Yanvar faciəsi anılıb - FOTOLAR

17-01-2019-18-45 Xəbərlər

Ali təhsil ocağında 20 Yanvar faciəsi anılıb - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “20 Yanvar faciəsi tari...

Yeni Kərki kəndində 20 Yanvar faciəsi ilə bağlı tədbir olub

17-01-2019-18-12 Xəbərlər

Yeni Kərki kəndində 20 Yanvar faciəsi ilə bağlı tədbir olub

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Yeni...

Naxçıvanda sabaha olan hava proqnozu

17-01-2019-17-34 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 18-nə gözlənilən hava proqnozu açıqlanı...

Məktəb psixoloqlarının kursu başa çatıb

17-01-2019-17-18 Xəbərlər

Məktəb psixoloqlarının kursu başa çatıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda keçirilən məktəb psixo...

Naxçıvanlı idmançılardan uğurlu nəticə

17-01-2019-15-20 Xəbərlər

Naxçıvanlı idmançılardan uğurlu nəticə

NUHÇIXAN xəbər verir ki, Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin x...

Ötən günün mənzərəsi - VİDEO

17-01-2019-10-32 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Kükü kəndində ekoloji hüquqi maarifləndirmə tədbiri keçirilib

16-01-2019-21-13 Xəbərlər

Kükü kəndində ekoloji hüquqi maarifləndirmə tədbiri keçirilib

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Kükü, Güney Qışlaq, Ayrınc kənd  inzib...

Gənclər hərbi xidmətə yola salınıb

16-01-2019-20-11 Xəbərlər

Gənclər hərbi xidmətə yola salınıb

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respu...

Gömrükçülər tərəfindən saxlanan yararsız mallar və köhnə əşyalar yandırılaraq məhv edilib

16-01-2019-19-39 Xəbərlər

Gömrükçülər tərəfindən saxlanan yararsız mallar və köhnə əşyalar yandırılaraq məhv edilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da  muxtar respublika gömrük orqanları tərə...

Muxtar respublikada 165 min 793 sərnişin dəmir yolu nəqliyyatından istifadə edib

16-01-2019-19-08 Xəbərlər

Muxtar respublikada 165 min 793 sərnişin dəmir yolu nəqliyyatından istifadə edib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətin...

“Unutsaq unudularıq” adlı rəsm sərgisi keçirilib

16-01-2019-18-26 Xəbərlər

“Unutsaq unudularıq” adlı rəsm sərgisi keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhru...

Muxtar respublikada ötən il 2 milyon 141 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınıb

16-01-2019-17-22 Xəbərlər

Muxtar respublikada ötən il  2 milyon 141 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçir...

Şəhid Qabil Orucəliyevə tamaşa həsr olunub

16-01-2019-15-36 Xəbərlər

Şəhid Qabil Orucəliyevə tamaşa həsr olunub

NUHÇIXAN xəbər verir ki, Gənclik Mərkəzində milli mənəvi dəyərlərin təbliği məqs...

Əməyin mühafizəsinin təşkili ilə bağlı tədbir keçirilib

16-01-2019-14-50 Xəbərlər

Əməyin mühafizəsinin təşkili ilə bağlı tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində “İş sahələrind...

Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası 2018-ci ili uğurlu nəticələrlə başa vurub

16-01-2019-14-23 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası 2018-ci ili uğurlu nəticələrlə başa vurub

Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası bu idman növünün muxtar respu...

Ötən günün mənzərəsi - VİDEO

16-01-2019-09-53 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ötən il Babək rayonunda 16 min 172 hektar sahədə əkin aparılıb

15-01-2019-20-33 Xəbərlər

Ötən il Babək rayonunda 16 min 172 hektar sahədə əkin aparılıb

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra yekunlarına və qarşıda duran vəzifələr...

Tibbi aksiyalar zamanı 219 cərrahi əməliyyat həyata keçirilib

15-01-2019-19-31 Xəbərlər

Tibbi aksiyalar zamanı 219 cərrahi əməliyyat həyata keçirilib

NUHÇIXAN xəbər verir ki, Babək, Şərur və Sədərək rayonlarında tibbi aksiyalara s...

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

15-01-2019-18-12 Xəbərlər

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2018-...

Muxtar respublika məhkəmələrinin fəaliyyəti müzakirə olunub

15-01-2019-17-32 Xəbərlər

Muxtar respublika məhkəmələrinin fəaliyyəti müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclis...

Tələbələrin ekskursiyası təşkil edilib

15-01-2019-16-15 Xəbərlər

Tələbələrin ekskursiyası təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfində...

Naxçıvanda daha bir bəbir ailəsi görüntülənib

15-01-2019-13-57 Xəbərlər

Naxçıvanda daha bir bəbir ailəsi görüntülənib

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu tərəfindən muxtar respublikanın qor...

Kollegiya iclası keçirilib

15-01-2019-12-55 Xəbərlər

Kollegiya iclası keçirilib

NUHÇIXAN  xəbər verir ki,  Naxçıvan Muxtar  Respublikasının Vergilər Nazirliyi v...

Qanunvericilikdəki dəyişikliklərlə bağlı təlimlər davam edir

15-01-2019-12-17 Xəbərlər

Qanunvericilikdəki dəyişikliklərlə bağlı təlimlər davam edir

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Ötən günün mənzərəsi - VİDEO

15-01-2019-11-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Şahmat Federasiyası Şərur rayonunda görüş keçirib

15-01-2019-11-38 Xəbərlər

Şahmat Federasiyası Şərur rayonunda görüş keçirib

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Şərur rayonunda fəaliyyət göstə...

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” adlı kitab nəşr olunub

15-01-2019-10-25 Xəbərlər

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” adlı kitab nəşr olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfi...

Culfa-Ordubad magistral avtomobil yolu yenidən qurulur

14-01-2019-22-58 Xəbərlər

Culfa-Ordubad magistral avtomobil yolu yenidən qurulur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il mayın 16-da ...

Dəstə kəndində yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

14-01-2019-22-35 Xəbərlər

 Dəstə kəndində yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

Dəstə kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən komple...

Dəstə kənd yolu yenidən qurulub

14-01-2019-22-20 Xəbərlər

 Dəstə kənd yolu yenidən qurulub

Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində Dəstə kənd ...