Azərbaycan ədəbiyyatında tarixi roman məktəbinin banisi kimi şöhrət tapan Məmməd Səid Ordubadinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilən “Qılınc və qələm” əsərinin tamaşasını səbrsizliklə gözləyirdik.

Ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan teatrında ilk dəfə səhnəyə qoyulan bu əsərə indiyədək müraciət edilməmişdi. Naxçıvan teatrında ilk dəfə səhnələşdirilən bu möhtəşəm əsərin  tamaşa kimi də uğurlu alınacağına şübhə yox idi. Elə də oldu. Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Bunun başlıca səbəbi əsərin ideya-məzmun dəyərinin tamaşaçıya olduğu kimi çatdırılması idi. XII əsrdə Azərbaycanın ictimai-siyasi durumu fonunda böyük mütəfəkkir şair Nizaminin həyat və yardıcılığından bəhs edən “Qılınc və qələm”də o dövrün ruhu tam dolğunluqla yaradılmışdı.  

Əsər haqqında ədəbiyyatşünasların rəylərindən ibarət kitabları nəşr olunmuş, bu əsər haqqında yüksək fikirlər söylənilmişdir. Bu baxımdan “Qılınc və qələm”ə səhnədə yeni həyat verilməsi  təqdirolunasıdır. Romanı bir də  tamaşa əsəri kimi də seyr eləməklə o dövrün hadisələri  insanın ürəyinə canlı, iti və odlu təsir edir, qəlbində  emosional hisslər yaradır. Tamaşaya baxdıqca bir daha əmin olursan ki, “Qılınc və qələm” Azərbaycan ədəbiyyatında tarixi roman janrının zirvəsində dayanır. Roman təkcə Nizami dövrünün ədəbi salnaməsi deyil, həm də XII əsr tariximizin müasir dövr üçün zəngin və misilsiz qaynağıdır. Çünki bu romanı  hələ keçən əsrin 30-40-cı illərində xalqa soykökünü, tarixini unutdurmaq istəyən sovet ideologiyasına qarşı ən böyük mübarizə aparan  möhtəşəm abidə saymaq olar. Tamaşadan sonra yaradıcı heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  əsərin səhnə həllini yüksək dəyərləndirərək kollektivə təşəkkür etdi. Ali Məclisin Sədri dedi ki, dövlətçiliklə bağlı səhnə əsərlərinin yaradılması istedad tələb edir. Bunun üçün gərək böyük yazıçı, dramaturq olasan, öz ölkənin, xalqının tarixini və əsərin əhatə etdiyi dövrü yaxşı biləsən. “Qılınc və qələm” tamaşasında aktyor seçimindən tutmuş səhnə tərtibatına qədər bütün işlər ustalıqla görülmüşdür. Hər tamaşada bir obraz daha çox diqqəti cəlb edir. Bu tamaşada da Qətibə xatın obrazı mükəmməl yaradılmışdır. Bu cür obrazların yaradılması üçün gərək aktyorda istedad olsun. Tamaşada hər bir aktyorun istedadı görünürdü. Zəhmət çəkiləndə istənilən uğura nail olmaq mümkündür. Ancaq çəkilən zəhmətə, o tamaşaya, o rola ürəklə bağlananda isə həmin obraz təkcə oynanılmır, həm də yaradılır və yaşadılır. “Qılınc və qələm” tamaşasında da obrazları yaradan hər bir aktyor həm də öz vətəndaş sevgisini ortaya qoymuşdu.

Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun quruluş verdiyi tamaşa 2 pərdəli və 17 şəkillidir.  Tamaşa Gəncə əmiri Əmir İnancın evində baş verən hadisələrin təsviri ilə başlayır. Əmirin və Gəncə xətibinin fitvası ilə ustad şairə Məhsəti şəhərdən sürgün edilir, Nizaminin onunla məktublaşması şübhəli bir şəxs kimi saraya çağırılmasına səbəb olur. Elə tamaşanın ilk səhnəsində Nizaminin öz qürurunu itirməməsi, ləyaqətini və yenilməzliyinin yüksək səviyyədə nümayiş etdirməsi diqqət çəkir. Nizami obrazını ustalıqla canlandıran Nəsimi Məmmədzadə tapşırılan rolun məsuliyyətini yaxşı dərk edir. Onun səhnə geyimi, jestləri də bunu sübut edirdi. Hansı səhnə olursa-olsun, bu gənc yalnız Azərbaycanın taleyini düşünür, qılıncın məsuliyyətini və şərəfini qələmin qüdrətində görürdü. Qələmi təmsil edən Nizami milli birlik istəyirdi, “bütünləşmiş Azərbaycan” istəyirdi, öz ana dilini istəyirdi. Səhnədə Nizamini izlədikcə bir daha aydın olur ki, Ordubadi sadəcə əsər yazmayıb, o həm də qələmlə haqsızlıqlara qarşı mübarizə aparıb. Nizaminin timsalında tarix, siyasət və ədəbiyyatın vəhdətini  yaradaraq günümüz üçün möhtəşəm sənət əsəri ərsəyə gətirib.

Gənc aktyor Səyyad Məmmədov mərd və igid qəhrəman, döyüş meydanında heç bir rəqibinin qabağından qaçmayan Fəxrəddini ustalıqla canlandırdı. Bütün səhnələrdə o, hər şeydən əvvəl,  igid döyüşçü, basılmaz sərkərdə təsiri bağışlayır. Tamşada ən çox diqqət çəkən bir məqamı oxucularla tanış etmək istəyirəm. Cahan Pəhləvanın Gəncədə təşkil etdiyi məclisdə Fəxrəddinin ərəb mənşəli adlar daşıyan Azərbaycan kəndlərinin əsl tarixilə əlaqədar söylədiyi fikirləri dinlədikcə onun xalqına, xalqın tarixi keçmişinə, şanlı ənənələrinə bağlılığın ifadəsini bir daha aydın görürsən.

Tamaşadakı bir obraz da tarixiliklə bədii təfəkkürün vəhdətindən yoğrulmuş parlaq, bənzərsiz surət kimi tamaşaçının yaddaşına həkk olundu. Hətta mən deyərdim ki, günün ən yaddaqalan obrazı  oldu. Bu, gənc aktirisa Nurbəniz Niftəliyevanın yaratığı Qətibə xanım obrazı idi. Gənc aktirisa obrazı təsirili və dolğun yarada bildi. Aktirsanın təqdim etdiyi  obraz öz canlılığı və təbiiliyi ilə seçilirdi. O, aydın nitqi, kaloritli səhnə görkəmi, peşəkar  oyun üslubu  ilə  bu obraza  yaddaqalan səhnə həyatı verməyə müvəffəq oldu.

Xalq artisti Rövşən Hüseynov, Azərbaycan Respublikasının Əməkdar artistləri Behruz Haxverdiyev, Əbülfəz İmanov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev, aktyor və  aktrisalardan Nazlı Hüseynquliyeva, Ələsgər Quliyev, Vəli Babayev, Məmməd Mehdiyev, Həcərxanım Cavanşir, Mehri Nəbiyeva, Fatimə Yusifli, Anar Eyvazov da  əsərin uğurlu səhnə həllinə və müəllif ideyasının açılmasına nail ola bildilər.

  Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun tamaşaya verdiyi səhnə tərtibatı da yüksək dəyərləndirilməlidir. Hadisələr cərəyan etdikcə ümumi fonda baş verən olayların məkan yerdəyişimi inandırıcı olması ilə diqqəti çəkir.

Tamaşadan çıxan nəticəyə görə qılınc güc, qələm isə zəka deməkdir. Onlar birləşdiyi zaman xalq daha qüvvətli olur. Bu birlik tamaşa boyu əsərin ideya leytmotivinə çevrilir. Tamaşada əsrlər öncə müstəqil, bütöv Azərbaycan yaratmaq arzusunu görmək, hiss etmək insana möhtəşəm hislər yaşadır. İndi Azərbaycan müstəqil və azaddır. Bu əsər də Azərbaycanda milli-mənəvi özünüdərk proseslərinin tarazlığını qoruyub saxlamağa, dərinləşdirməyə şərəflə xidmət göstərən əsərlər içərisində öndə dayanır. Akademik İsa Həbibbəylinin təbirincə desək “Qılınc və qələm” müstəqil Azərbaycanın romanıdır. Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanında ümid etdiyi qılıncın və qələmin birliyi əsasında yaranan milli dövlətçilik ideyası Azərbaycanda dövlət müstəqilliyinin qurulması ilə həyata keçirilib.

Bəli, bu gün qələm yoluyla gedən Azərbaycan, yeri gələndə qılınca sarılıb addım-addım torpaqlarını yağı düşməndən azad etməyə qadirdir. Gün gələcək Azərbaycanın bir qarış torpağı belə yad eldə olmayacaq. Qələmin iti, qılıncın kəskin olsun, AZƏRBAYCAN! Bayramımız mübarək!

Sara ƏZİMOVA

                                                                                    Jurnalist

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanın yeganə qadın traktorçusu

22-06-2018-18-45 Xəbərlər

Naxçıvanın yeganə qadın traktorçusu

Bu gün muxtar respublikada ailə təsərrüfatlarına göstərilən diqqət və qayğı nəti...

“Rusiya 2018”: Braziliya millisi vacib üç xalı əlavə vaxtda vurduğu iki qolla qazanıb

22-06-2018-18-32 Xəbərlər

“Rusiya 2018”: Braziliya millisi vacib üç xalı əlavə vaxtda vurduğu iki qolla qazanıb

İyunun 22-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının I...

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

22-06-2018-18-15 Xəbərlər

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

İyunun 22-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ...

Naxçıvan “Yaşıl şəhər” mükafatını qazana bilər

22-06-2018-17-50 Xəbərlər

Naxçıvan “Yaşıl şəhər” mükafatını qazana bilər

Xəbər verdiyimiz kimi, Naxçıvanda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə “Ya...

Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib

22-06-2018-17-24 Xəbərlər

Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib

İyunun 22-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akad...

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib

22-06-2018-17-03 Xəbərlər

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyun...

Mətbuat xidmətlərinin əməkdaşları esse yazıblar

22-06-2018-16-50 Xəbərlər

Mətbuat xidmətlərinin əməkdaşları esse yazıblar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Ovannisyanın sayıqlamaları və Tomrisin qan tuluğu…

22-06-2018-16-36 Xəbərlər

Ovannisyanın sayıqlamaları və Tomrisin qan tuluğu…

Məşhur bir ifadə var: “Mənə fakt göstər, qarşında papağımı çıxarım”.  

Amerikalı alimlər tərəfindən yaradılmış elektron dəri protez vasitəsilə ağrını hiss etməyə imkan verir

22-06-2018-16-19 Xəbərlər

 Amerikalı alimlər tərəfindən yaradılmış elektron dəri protez vasitəsilə ağrını hiss etməyə imkan verir

Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Məktəbinin alimlər...

“Rusiya 2018”: Mundialın IX gününün ilk oyununa Braziliya və Kosta-Rika yığmaları çıxıblar

22-06-2018-15-56 Xəbərlər

“Rusiya 2018”: Mundialın IX gününün ilk oyununa Braziliya və Kosta-Rika yığmaları çıxıblar

İyunun 22-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının I...

Naxçıvanda mahnı festivalı keçiriləcək

22-06-2018-15-40 Xəbərlər

Naxçıvanda mahnı festivalı keçiriləcək

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a verilən m...

Universitetlərə qəbul üzrə orta ballar açıqlanıb - SİYAHI

22-06-2018-15-21 Xəbərlər

Universitetlərə qəbul üzrə orta ballar açıqlanıb - SİYAHI

2017-2018-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı abitu...

Naxçıvanda sabaha olan hava proqnozu

22-06-2018-15-06 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyun ayının 23-nə gözlənilən hava proqnozu açıql...

Nehrəm qarpızı bazara çıxarılır

22-06-2018-14-53 Xəbərlər

Nehrəm  qarpızı bazara çıxarılır

Naxçıvan bazarlarında dadı ilə seçilən məşhur  Nehrəm qarpızı  bir azdan satışa ...

“Qarabağ”ın sabiq qapıçısı karyerasını Türkiyədə davam etdirə bilər

22-06-2018-14-39 Xəbərlər

“Qarabağ”ın sabiq qapıçısı karyerasını Türkiyədə davam etdirə bilər

Növbəti mövsüm Türkiyə Super Liqasında mübarizə aparacaq “Çaykur Rizəspor” trans...

Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir

22-06-2018-14-19 Xəbərlər

Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 ill...

“Apple” şirkətinin simsiz enerjidoldurma qurğusunu təqdimetmə müddəti məlum olub

22-06-2018-14-00 Xəbərlər

“Apple” şirkətinin simsiz enerjidoldurma qurğusunu təqdimetmə müddəti məlum olub

“Apple” şirkəti “AirPower” adlı simsiz enerjidoldurma qurğusunu cari ilin sentya...

Düşmənin növbəti məğlubiyyəti - Günnüt əməliyyatı

22-06-2018-13-10 Xəbərlər

Düşmənin növbəti məğlubiyyəti - Günnüt əməliyyatı

Şərur-Sədərək istiqamətində yola çıxanlar yol kənarında yeni vurulmuş bir istiqa...

“Microsoft” korporasiyası: “Fərdi kompüterlər virtual reallıq üçün ən yaxşı platformadır”

22-06-2018-12-45 Xəbərlər

“Microsoft” korporasiyası: “Fərdi kompüterlər virtual reallıq üçün ən yaxşı platformadır”

“Microsoft” korporasiyasının oyunlar bölməsinin marketinq üzrə direktoru Mayk Ni...

Dünya çempionatının IX günü: Braziliya millisi vacib üç xal üçün meydana çıxacaq

22-06-2018-12-25 Xəbərlər

Dünya çempionatının IX günü: Braziliya millisi vacib üç xal üçün meydana çıxacaq

İyunun 23-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının...

Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır

22-06-2018-12-10 Xəbərlər

Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır

Biz buradan bütün dünyaya bir mesaj göndərərək deyirik ki, Azərbaycan Respubli...

Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

22-06-2018-11-15 Xəbərlər

Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

İyunun 22-də Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim...

Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub

22-06-2018-10-57 Xəbərlər

Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölk...

UEFA “Qarabağ”ın “Olimpiya” ilə keçirəcəyi hər iki görüşün başlama saatı və stadionlarını açıqlayıb

22-06-2018-10-17 Xəbərlər

UEFA “Qarabağ”ın “Olimpiya” ilə keçirəcəyi hər iki görüşün başlama saatı və stadionlarını açıqlayıb

“Qarabağ” və Sloveniyanın “Olimpiya” komandaları arasında futbol üzrə Çempionl...

“Facebook” pullu olacaq?

22-06-2018-10-37 Xəbərlər

“Facebook” pullu olacaq?

“Facebook” sosial şəbəkəsi qruplarda ödənişli qeydiyyatı tətbiq edir.

İyunun 22-də xarici valyutaların manata qarşı məzənnələri

22-06-2018-09-58 Xəbərlər

İyunun 22-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 22 iyun tarixindən etibarən valyuta məzənnələrini açıql...

İnformatika fənni üzrə doktorluq imtahanlarına başlanılıb

22-06-2018-09-38 Xəbərlər

İnformatika fənni üzrə doktorluq imtahanlarına başlanılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarına əsasən r...

Ötən günün mənzərəsi

22-06-2018-09-00 Xəbərlər

Ötən günün mənzərəsi

Naxçıvan televiziyası muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi y...

Bu gün keçirilən buraxılış imtahanları yekunlaşıb

21-06-2018-19-50 Xəbərlər

Bu gün keçirilən buraxılış imtahanları yekunlaşıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də Bakı, Şirvan şəhərlərində və Naxçıva...

Naxçıvanda ekspertlərin görüşü keçirilib

21-06-2018-19-20 Xəbərlər

Naxçıvanda ekspertlərin görüşü keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” təd...