- Ətraflı
- Bölüm: Xəbərlər
İyunun 22-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə gündəliyə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna, Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Büdcə sistemi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər və “Hesablama Palatası haqqında”(üçüncü oxunuş) qanun layihəsinin daxil olduğunu deyib.
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib. Bundan başqa, dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.
Həmçinin Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin dürüstləşdirilməsinə də ehtiyac yaranıb. Həmin gəlirin azaldılması zərurəti yaranıb ki, bu da Vergilər Nazirliyi xətti ilə bir sıra vergilərin əvvəlcədən ödənilməsindən irəli gəlir. Həmin vergilərin əvəzləşdirilməsi hesabına Vergilər Nazirliyi xətti ilə toplanan daxilolmaların qanunda nəzərdə tutulan büdcədən daha az toplanması ehtimal olunur. Həmin azalma 1 milyard 27 milyon manat məbləğində qiymətləndirilir. Vergilər Nazirliyi xətti ilə 500 milyon manat əlavə daxilolma nəzərə alınarsa, vəsaitin 527 milyon manat azaldılması təklif olunur. 2018-ci ilin dövlət büdcəsində gəlirlər 22 milyard 110 milyon manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün 300 milyon manat vəsaitin subsidiya şəklində ayrılması nəzərə tutulub.
Nazir qeyd edib ki, yenidən baxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 milyard 14 milyon manat artırılaraq 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 466,5 milyon manat və ya 31,1 faiz çoxdur.
Onun sözlərinə görə, yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 milyard 86,8 milyon manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 milyard 981,1 milyon manat və ya 16,5 faiz artacaq. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4 faiz və ya 1 milyard 600,2 milyon manat artırılaraq 26 milyard 537 milyon manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 milyard 549,8 milyon manat profisitlə proqnozlaşdırılır.
Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmışdır. Palata tərəfindən qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi tövsiyə edilib.
Çıxış edən komitə üzvləri Mirzəcan Xəlilov, Vahid Əhmədov, Aydın Hüseynov, Əli Məsimli, Tahir Mirkişili, müvafiq nazirliklərin nümayəndələri büdcəyə təklif olunan dəyişikliklər barədə qeyd və təkliflərini diqqətə çatdırıblar.
Maliyyə naziri Samir Şərifov qaldırılan məsələlərə münasibət bildirdikdən sonra “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi, həmçinin Milli Məclisə onunla eyni zərfdə daxil olmuş Vergi Məcəlləsinə və “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Sonra Samir Şərifov “Büdcə sistemi haqqında” Qanuna təklif olunan dəyişiklikləri təqdim edib. Bildirib ki, bu dəyişikliklər 2019-cu büdcə ilindən başlayaraq dövlət və icmal büdcələrin tərtib olunmasını təkmilləşdirmək məqsədi daşıyır. Dəyişikliklər fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə neft ixrac edən ölkələrin təcrübələri və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb və fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir, makroiqtisadi sabitliyin, eləcə də maliyyə və borc intizamının təmin edilməsi üçün çərçivə formalaşdırır.
Qeyd olunub ki, bu dəyişikliklərin tətbiqi dövlət büdcəsinin neft gəlirlərindən asılılığını azaldacaq.
Deputatlar “Büdcə sistemi haqqında” Qanuna təklif olunan dəyişiklikləri Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda “Hesablama Palatası haqqında” Qanun da üçüncü oxunuşda müzakirə olunub. Ziyad Səmədzadə ikinci oxunuşdan sonra layihəyə edilmiş dəyişiklikləri diqqətə çatdırıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun fikirləri dinlənildikdən sonra qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Bölmənin digər xəbərləri
Nakhchivan news - VİDEO
19-02-2019-12-15 Xəbərlər

Nakhchivan State Television presented weekly news program in English, highlighti...
Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib
19-02-2019-11-00 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda IV kurs İbtidai sinif ...
Ötən günün mənzərəsi - VİDEO
19-02-2019-10-42 Xəbərlər

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...
Əsgərlər arasında “Vətəni tanı” intellektual oyunu keçirilib - FOTOLAR
18-02-2019-21-30 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...
Şərur rayonunda kartof əkininə başlanılıb
18-02-2019-20-40 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Şərur rayonu muxtar respublikamızın kənd təsərrüfatı il...
Naxçıvan Dövlət Uşaq Filarmoniyası Qıvraqda konsert verib
18-02-2019-20-19 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətlə...
Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi başlayıb
18-02-2019-20-00 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...
Heydər Əliyev Muzeyi-20
18-02-2019-19-41 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmas...
Muxtar respublikanın yerli brendi - VİDEO
18-02-2019-19-20 Xəbərlər

Bu gün muxtar respublikanın yerli brendi olan “Miraj Gold”da ənənəvi və müasir ü...
Dövlət qulluqçuları Ağbulaq İstirahət Mərkəzində olublar - VİDEO
18-02-2019-18-59 Xəbərlər

Dövlət qulluqçularının Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunub.
Hərbi qulluqçularımız Türkiyə Respublikasında "Qış təlimi 2019"-da iştirak edirlər - VİDEO
18-02-2019-18-41 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...
İşləyən torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqqı ödənişlərindən azaddırlar
18-02-2019-18-22 Xəbərlər

Azərbaycan Respublikasında yeni sığorta pensiya sisteminin qurulması məcburi döv...
Naxçıvan məhsulları beynəlxalq sərgidə qızıl medal qazanıb
18-02-2019-18-01 Xəbərlər

Rusiyanın Ticarət-Sənaye Palatasının himayəsi və Kənd Təsərrüfatı Nazirliyinin d...
Daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması mövzusunda təlim keçirilib
18-02-2019-13-29 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət ...
Nehrəmdə Cəlil Məmmədquluzadənin 150 illiyi qeyd edilib
18-02-2019-12-24 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyi...
Nəsimiyə həsr edilən bədii qiraət müsabiqəsi keçirilib
18-02-2019-11-44 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatç...
Pensiyalar artımla ödənilib
18-02-2019-10-36 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...
Naxçıvanda sabaha olan hava proqnozu
17-02-2019-15-17 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanı...
Naxçıvanda sahibkarlarla görüş olub - FOTOLAR
16-02-2019-17-40 Rəsmi

Fevralın 16-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məcli...
Taxıl zəmilərinə yemləmə gübrələrin verilməsinə başlanıldı - VİDEO
16-02-2019-17-13 Xəbərlər

Muxtar respublikada taxıl zəmilərinə yemləmə gübrələrinin verilməsinə başlanılıb...
Ötən günün mənzərəsi - VİDEO
16-02-2019-15-44 Xəbərlər

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...
Naxçıvanda sabaha olan hava proqnozu
16-02-2019-14-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanı...
Muxtar respublikada keyfiyyətə nəzarət olunur
16-02-2019-11-38 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Age...
“Berlin Travel” Naxçıvan məhsulları haqqında video paylaşıb - VİDEO
16-02-2019-09-49 Xəbərlər

Hər il ənənəvi olaraq Almaniyanın Berlin şəhərində keçirilən “Beynəlxalq yaşıl h...
“A.S. Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi olub
15-02-2019-21-37 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Tarix Muzeyində Reyhan Mirzəzadənin“ A....
AMEA Naxçıvan Bölməsinin kollektivi Heydər Əliyev muzeyini ziyarət edib
15-02-2019-20-39 Xəbərlər

NUHÇIXAN-nın verdiyi məlumata görə muzeyin direktoru Ramin Orucəliyev bildirib k...
Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb
15-02-2019-19-07 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzin...
Şərur rayonunda dezinfeksiya tədbirləri aparılır
15-02-2019-17-40 Xəbərlər

Son vaxtlar Şərur rayon əhalisi arasında yuxarı tənəffüs yollarının katarı və mü...
Könül işığı” jurnalının xüsusi buraxılışı işıq üzü görüb
15-02-2019-17-00 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, brayl əlifbası ilə ayda bir dəfə nəşr edilən “Könül ...
Babək tərxunu - VİDEO
15-02-2019-14-58 Xəbərlər

Babək qəsəbəsində yaşayan Mehdi Hacıyevə məxsus ailə təsərrüfatında tərxun bitki...