Xalq təqvimində yay fəsli ilin barlı-bəhərli vaxtı hesab edilir.

Çünki yay bağçılıq, əkinçilik, heyvandarlıqda məhsulun yetişib, ərsəyə gəldiyi dövrdür. Ən şiddətli istilərin olmasına baxmayaraq, zəhmətkeş babalarımız yayda boş dayanmamış, qarşıdan gələn “qanlı qış”ın hazırlığının qeydinə məhz bu dövrdə qalmışlar. El arasında yayla bağlı gözəl  deyimlər  var:  “Yayda başı bişənin qışda aşı bişər”, “Yayın artığı qışın yavanlığıdır”. Naxçıvan Muxtar Respublikası ərazisində yayın girməsi xalq təqvimində həm də  yeni bir dövrün başlaması deməkdir. Bu məqam bəzi məhsulların ərsəyə gəlməsi, müxtəlif işlərin görülməsi ilə üst-üstə düşür. Əriyin yetişməsi, taxıl və dağlıq zonada ot biçininin başlanması, yayın gəlişi ilə eyni vaxta təsadüf edir. Maraqlı burasıdır ki, xalq təqvimi həmişə müxtəlif əlamətlərlə müşahidə olunur. Bu min illərin sınağından çıxan bir məqamdır. Çünki ata-babalarımız təsərrüfatla məşğul olmaqla bərabər, təbiətdə baş verən hadisələri də müşahidə edib. Bununla da görəcəkləri işlərin zamanı, vədəsini dəqiq təyin ediblər.  Müasir təqvim və proqnozlar nə qədər dəqiq olsa da, xalq təqvimi ilə təsərrüfatlardakı işləri tənzimləmək ənənəsi Naxçıvanda bu gün də yaşayır və əksər kəndlərdə buna ciddi şəkildə riayət olunur.

Yaz və payız aylarında yeni meyvə tingləri əkilirsə, yay aylarında bağçılıqda geniş yayılan calaq işləri aparılır. Yəni bir növ məhsuldar meyvə budağı digərinə peyvənd edilir. Bu daha yaxşı məhsuldar sortların əldə edilməsi üçün atılan addımdır. Xalq arasında belə bir deyim vardır ki, “arpa biçinində calaq, peyvəst (peyvənd) vaxtıdır”. Bizə elə gəlir ki, bu deyim əslində vaxtı düzgün dəyərləndirə bilməyənlər üçün son vaxt həddidir. Yaz yarı olanda (mayın birinci ongünlüyündən) peyvənd  etmək daha çox məsləhətdir. Bu dövrdə 3 forma peyvənd edilir: Birinci eyni yoğunluqda cavan zoğlar müxtəlif formada çərtilir (yonulur), kəsiklər üst-üstə qoyulub bağlanır. İkinci xalq arasında “paqqıldaq” deyilən qaydadır. Burada da eyni yoğunluqda zoğlarda qabıq burularaq çıxarılır, peyvənd ediləcək üstü təmizlənən digər  budağın üstünə keçirilir. Bu calaq forması etibarlı olsa da, çox vaxt aparır, deyimdə olduğu kimi arpa biçininə qədər yubadılır ki, çubuqlar yetişsin. Üçüncü forma göz calağıdır ki, buna bəzən “T” və ya “yarma” deyirlər. Bu calaq üsulu daha səmərəlidir. May ayında calaqlandıqda ağaclar inkişaf dövründə, hava isə sərin olur. İyunun sonu, iyulun əvvəlində havanın çox isti keçməsi, ağacın inkişafının zəifləməsi calaqların bir qisminin göyərməməsinə səbəb olur.

Aran zonasında əkilən ot, yonca, qoringə (xəşə) may ayında biçilməyə başlayır. Suvarılaraq il ərzində bir neçə dəfə biçilir. Dağlıq zonada isə adətən yay girdikdən sonra ot çalımına (biçiminə) başlanır. Təcrübəli biçinçilər biçənəyin biçin üçün yetişməsini onun qönçə bağlaması, çiçəkləməsi  və  biçənək sahəsindən gələn ətirli qoxunun dəyişməsi ilə təyin edirdilər.

Bu dövrdə həyati əhəmiyyətli, çox ağır zəhmət tələb edən taxıl biçini başlanır. El arasında “arpanı ötür, buğdanı sütül” ifadəsi olsa da, arpa biçininə əvvəlcə başlanılır. Buğdanın yeni ağarmağa başladığı dövrdə buğda sünbülləri saplaqla dərilir, tonqalda bişirilərək (sütül ütmə) ovucda ovulub yeyilir. Ta qədimdə dəmyə əkinlərdə taxıl əllə yolunurdu. Yüz hektarlarla sahənin bitkisini dartıb çıxarmaq, 40-45 dərəcə istidə, günəş altında bütün günü işləmək əsl fədakarlıq idi. Suvarılan sahələr isə “mərəndi” adlanan aypara şəkilli oraqla biçilirdi. Köntöy, qaba adamlar üçün işlədilən “Axırda gələcəksən mərəndə” atalar misalı da buradan yaranmışdır. Elə yayın birinci ayına məhz bu əlamətlərə görə  “biçin ayı” deyirlər. Biçinin başlanması əkinçilər arasında əsl bayrama çevrilirdi. Biçin dövründə az miqdar yağış yağması yaxşı hesab edilirdi. Çünki oraqla biçilən taxıl çırtlayıb yerə tökülmürdü. Buğdanı alasütül biçir, bafa bağlayırdılar. Vələmirdən, aran yerində bitən saqqız kolundan, olmadıqda isə kökündən çıxarılan arpa və ya buğdadan “bəndam” hazırlayıb bafa bağlayırdılar. Dərzləri ağız-ağıza qoyurdular ki, buğda öz-özünə yetişsin. Belə buğdanın çörəyi ətirli və dadlı olurdu. Biçilmiş taxılı öküz arabaları ilə xırmana daşıyırdılar. Bu işi səhər alatoranda edirdilər ki, buğda quruyub tökülməsin. Öküz arabası isə astagəl olduğu üçün yığılan buğda dərzlərini çox da silkələyib əzmirdi. Biçilmiş əkin sahələrində qalan və ya yerə tökülən sünbülləri əllə seçib toplayardılar ki, buna da “başaq” və ya “qırp” deyərdilər. Un ehtiyyatı qurtaranlar, ehtiyacı olanlar taxılın bir hissəsini erkən biçər, xırman salmadan müxtəlif üsulla əzib taxıl əldə edərdilər ki, buna da “beşqurd” deyərdilər.

Bu gün müasir texnologiya və texnika inkişaf etdiyi üçün taxıl yığımında müəyyən dərəcədə çətinlik və vaxt itkisi olmur. Amma min illərin sınağından çıxan xalq təqvimi müasir günümüzdə də öz aktuallığını və dəqiqliyini hələ də saxlayır. Bu isə xalqın yarandığı gündən bu torpağın əsl sahibi olduğunu sübut edən əsas amildir.

 

Zaleh Novruzov

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Aşura günü qanvermə aksiyası keçiriləcək

18-09-2018-19-53 Xəbərlər

Aşura günü qanvermə aksiyası keçiriləcək

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında Aşura günləri...

Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb

18-09-2018-19-20 Xəbərlər

Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti...

Rəsm Qalereyasında Musiqi Günü qeyd edilib - FOTOLAR

18-09-2018-18-52 Xəbərlər

Rəsm Qalereyasında Musiqi Günü qeyd edilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Rəsm Qalereyasında Milli Musiqi Günü il...

Taleh Məmmədov beynəlxalq turnirin finalına yüksəlib

18-09-2018-18-38 Xəbərlər

Taleh Məmmədov beynəlxalq turnirin finalına yüksəlib

Belarusun paytaxtı Minskdə Olimpiya və dünya çempionu Oleq Karavaevin xatirəsinə...

Hərbi xidmətdən imtina edən ermənistanlı gənc intihar edib

18-09-2018-18-20 Xəbərlər

Hərbi xidmətdən imtina edən ermənistanlı gənc intihar edib

Bu günlərdə Ermənistanda baş verən intihar hadisəsi ictimaiyyət arasında böyük r...

Qida Təhlükəsizliyi Agentliyi balıq və balıq məhsulları ilə bağlı xəbərdarlıq edir

18-09-2018-18-04 Xəbərlər

Qida Təhlükəsizliyi Agentliyi balıq və balıq məhsulları ilə bağlı xəbərdarlıq edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində f...

Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır

18-09-2018-17-49 Xəbərlər

Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır

Bir neçə gündən sonra Bakıda cüdo üzrə dünya çempionatı başlayacaq. Müxtəlif ölk...

Ermənistan ordusunda nizamnamədən kənar münasibətlər zəminində insidentlər davam edir

18-09-2018-17-31 Xəbərlər

Ermənistan ordusunda nizamnamədən kənar münasibətlər zəminində insidentlər davam edir

İşğal olunmuş Ağdərə rayonunun ərazisində yerləşdirilən Ermənistan ordusunun böl...

Yeni alınan təyyarəyə “Günnüt” adı verildi - VİDEO

18-09-2018-17-11 Xəbərlər

Yeni alınan təyyarəyə “Günnüt” adı verildi - VİDEO

Bu gün Azərbaycana gətirilən  “Buta Airways”-ə məxsus yeni “Embraer E-190” təyya...

Mədəniyyət işçiləri minnətdarlıq edir - VİDEO

18-09-2018-16-50 Xəbərlər

Mədəniyyət işçiləri minnətdarlıq edir - VİDEO

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin  2018-ci il 17 sentyabr t...

Ruhumuzun ehtiyacı olan səslər

18-09-2018-16-37 Xəbərlər

 Ruhumuzun ehtiyacı olan səslər

Hər insanın həyatında mənəvi baxımdan çətin günləri olur. Belə anlarda təkliyə ü...

“Apple” “iOS12” əməliyyat sistemini təqdim edib

18-09-2018-16-21 Xəbərlər

 “Apple” “iOS12” əməliyyat sistemini təqdim edib

“Apple” şirkəti “iOS12” əməliyyat sistemini yeniləyib.

“SpaceX” Aya səyahət edəcək ilk kosmik turistin adını açıqlayıb

18-09-2018-16-06 Xəbərlər

“SpaceX” Aya səyahət edəcək ilk kosmik turistin adını açıqlayıb

“Big Falcon Rocket” raketində Aya səyahət edəcək ilk kosmik turist yaponiyalı mi...

Voleybol üzrə Azərbaycan millisi Bakıda Rusiyanın “Uraloçka” klubuna qalib gəlib

18-09-2018-15-53 Xəbərlər

Voleybol üzrə Azərbaycan millisi Bakıda Rusiyanın “Uraloçka” klubuna qalib gəlib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Ba...

Naxçıvanda müəllimlərin işə qəbulu üçün elan edilmiş müsabiqənin test imtahanları başa çatıb

18-09-2018-15-40 Xəbərlər

Naxçıvanda müəllimlərin işə qəbulu üçün elan edilmiş müsabiqənin test imtahanları başa çatıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

18-09-2018-15-27 Xəbərlər

Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Ermənistanda yaşayan əhalinin böyük əksəriyyəti İrəvanda keçiriləcək bələdiyyə s...

Cavid Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib

18-09-2018-15-11 Xəbərlər

Cavid Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Cavid Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqq...

Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır

18-09-2018-15-07 Xəbərlər

Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır

Genişmiqyaslı təlimlərin planına əsasən qoşunlar, hərbi texnika, döyüş və ehtiya...

Naxçıvanda sabaha olan hava proqnozu

18-09-2018-14-54 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 19-na gözlənilən hava proqnozu açıqla...

Millimiz Türkiyə, İsveçrə və Kipr yığmaları ilə qarşılaşacaq

18-09-2018-14-40 Xəbərlər

Millimiz Türkiyə, İsveçrə və Kipr yığmaları ilə qarşılaşacaq

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası sentyabrın 22...

Biləsuvarda Gənclər Evi açılıb

18-09-2018-14-26 Xəbərlər

Biləsuvarda Gənclər Evi açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar Gə...

Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib

18-09-2018-14-23 Xəbərlər

Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvarda ...

Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib

18-09-2018-14-11 Xəbərlər

Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar ra...

Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gedib

18-09-2018-14-03 Xəbərlər

Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar ra...

Rusiya Müdafiə Nazirliyi: “İl-20” İsrail təyyarəçilərinin təqsiri ucbatından vurulub

18-09-2018-13-58 Xəbərlər

Rusiya Müdafiə Nazirliyi: “İl-20” İsrail təyyarəçilərinin təqsiri ucbatından vurulub

Rusiyanın “İl-20” təyyarəsi Aralıq dənizində Suriyanın Hava Hücumundan Müdafiə Q...

Qara qarağat C vitamini ilə ən zəngin olan giləmeyvədir

18-09-2018-13-46 Xəbərlər

Qara qarağat C vitamini ilə ən zəngin olan giləmeyvədir

Kiçik kolların üstünə qara muncuq kimi düzülən qarağat meyvələri bir növ qara gi...

Rumıniyanın “AGERPRES” agentliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyi barədə yazır

18-09-2018-13-25 Xəbərlər

Rumıniyanın “AGERPRES” agentliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyi barədə yazır

Rumıniyanın milli xəbər agentliyi “AGERPRES” Prezident Rəcəb Tayyib Ərdoğanın Az...

“Masallı – Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib

18-09-2018-12-45 Xəbərlər

“Masallı – Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də “Masallı –...

Səhər ürək bulantıları və iştahasızlığın səbəbləri nələrdir?

18-09-2018-12-34 Xəbərlər

Səhər ürək bulantıları və iştahasızlığın səbəbləri nələrdir?

Alimlər səhər yeməyinin vacibliyini xüsusi vurğulayırlar.