- Ətraflı
- Bölüm: Xəbərlər
İyulun 3-ü axşam Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə bağlı BBC əməkdaşının sualına cavab verərkən, mən ilkin məlumatlardan çıxış edərək söyləmişdim ki, “bu, icra başçısına qarşı törədilmiş kriminal hadisədir, silahlı basqın olub, başçı və mühafizəçisi xəsarət alıb, hadisəni törədən şəxs yaxalanıb, hüquq mühafizə orqanları lazımi tədbirləri görürlər”.
Belə ağır cinayət hadisələri zamanı müvafiq orqanların rəyi olmadan daha təfsilatlı şərhlə çıxış etməyi düzgün hesab etmədim. Bir dövlət məmuru kimi mənim həmin açıqlamam, əlbəttə ki, dövlətin hadisəni nəzarətə götürdüyü haqqında cəmiyyəti məlumatlandırmaq istəyi ilə əlaqəli olmuşdu.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook sosial şəbəkəsindəki səhifəsində Gəncə hadisələri barədə statusunda bildirib.
Əli Həsənov qeyd edib ki, iyulun 6-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda baş vermiş cinayətin terror, cinayəti törədən Yunis Səfərovun xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi bildirildi. Həm yerli, həm xarici mediada dərc olunmuş materiallarda sui-qəsdçinin həyat yoldaşının bir neçə dəfə yayımlanmış videomüraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi “sosial zülm”ə qarşı etiraz olaraq deyil, məhz Suriyada uğrunda döyüşdüyü “ideallar” naminə – şəriət dövləti bərqərar etmək üçün törətdiyi bəlli oldu.
Yunis Səfərov maddi təminatı yüksək olan bir ailənin üzvüdür, xarici vətəndaşdır və təbii ki, Azərbaycanın hansısa bölgəsində sosial ədalət naminə “solçu inqilabı” haqqında düşünməyib də. Açıqlamalardan göründüyü kimi, o, bu əmələ uzun illər hazırlaşıb, öz niyyətini həyata keçirmək üçün müvafiq məqam və tapşırıq gözləyib. Görünür, Mingəçevir şəhərində baş vermiş qəza ilə əlaqədar yaranmış gərginlik bunun üçün əlverişli məqam hesab edilib.
Prezidentin köməkçisi bildirib ki, sözügedən dairələrə yaxın xarici media və Facebook səhifələrinin hələ 2017-ci ilin əvvəllərində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı haqqında islamofob və antişiə imici yaratmaq cəhdləri Azərbaycan KİV-lərində müzakirə olunmuşdu. Bu ilin əvvəllərindən isə müəyyən reket nəşrlərdə Elmar Vəliyevin kobud rəftarı haqqında dərc edilən materialların sayında kəskin artım müşahidə edilmişdi. Görünür, ölkə əhalisinin dini mövzulara o qədər də həssas olmaması səbəbindən onun barəsində “sosial zülmün səbəbkarı” imici formalaşdırmağa ehtiyac varmış.
Hadisə baş verdikdən dərhal sonra radikal dini səhifələr və saytlar, Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı KİV-lər Yunis Səfərovu yeni “gəncəbasar qisasçısı”, “qəhrəman” elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova kimi antimilli ünsürlərdən kömək gəldi. Rusiyada “talış separatçısı kimi ad-san qazanmış” İsmayıl Şabanovun, Hollandiyada eyni statusla yaşayan Ələkrəm Hümbətovun çevrəsi cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər. 2016-cı ilin Aprel döyüşləri zamanı erməni hərbi mundiri ilə ekranlardan Azərbaycanı, Azərbaycan əsgərini aşağılayan bir xain ona şeir də həsr etdi. Təsadüfi deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici dini saytlar da bu günlərdə xüsusi canfəşanlıq göstərdilər. Kimə məxsusluğu bəlli olmayan Ru-clip.ru saytının Youtube kanalı isə “Səda HD” kimi təqdim olunan şirkətin hazırladığı və üsyana səsləyən 5 klip – çağırış yayımladı.
Beləliklə, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici anti-Azərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, polis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil.
Əli Həsənov yazır ki, belə həssas vəziyyət cəmiyyətimizin, bütün vətəndaşlarımızın milli dövlətçilik ətrafında daha sıx birliyini tələb edir. Xüsusən ictimai rəyə təsir imkanı olan insanlar – deputatlar, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, siyasi fəallar, media və QHT təmsilçiləri daha həssas davranmalı, iqtidara və ya onun ayrı-ayrı nümayəndələrinə bəslədikləri fərdi münasibətlərlə dövlət və Vətən mənafelərini bir-birindən fərqləndirməlidirlər.
XIX əsr Rusiyasında Vera Zasuliç adlı qadın ilk terror aktını həyata keçirəndə rus ziyalılarının müəyyən kəsimi onu qəhrəman kimi təqdim etməyə çalışmışdı və buna qismən nail də olmuşdular. Həmin terrorun mifləşdirilməsi ilə başlayan hadisələr sonrakı dövrdə Rusiyada üç inqilaba, milyonlarla insanın vətəndaş savaşında həlak olmasınadək inkişaf etmişdir.
İdeoloji təxribat deyəndə bir məqamı da yada salmaq yerinə düşərdi. Yaxın tariximizdə Azərbaycan əsilli xarici vətəndaşın törətdiyi ilk terror aktı Azərbaycan Dövlət Neft Akademiyası hadisəsidir. Amma həmin terror öz hədəfinə çatmamış, terror aktı, onu törədən şəxs və arxasındakı qüvvələr cəmiyyət tərəfindən birmənalı olaraq lənətlənmişdilər. Bu dəfə də terror Azərbaycan əsilli xarici vətəndaş tərəfindən törədilib. Amma qeyd etdiyim kimi, ona ictimai bəraət qazandırmaq üçün uzunmüddətli iş aparılıb. Bəzi sosial səhifələrdə “qalxın, digər şəhərlərdə də bunu təkrar edin” çağırışları terrorun yeni dalğasına çağırış kimi qiymətləndirilə bilər. Çünki bu aksiyalarda Azərbaycan vətəndaşlarının kütləvi iştirakını təmin etmək məqsədi güdülür.
Sonra Prezidentin köməkçisi yazır: “1970-ci illərin ikinci yarısında Türkiyədə solçular və sağçılar öz aralarındakı gərginliyi və dövlətlə anlaşılmazlıqları silah, “devrim” (əslində terror) gücünə həll etməyə başlayanda Süleyman Dəmirəlin dediyi məşhur bir ifadə yadıma düşdü: “Cümhuriyyət polisinə güllə atan əllər kəsilməlidir”. Əlbəttə ki, bununla müasir Türkiyədə heç də Osmanlı dövlətinin tarixinə aid olan sərt cəzanın birbaşa tətbiqi nəzərdə tutulmurdu, dövlətin məmurunu terror edənlərin sərt şəkildə cəzalandırılmasının vacibliyinə diqqət çəkilirdi.
Əminliklə deyə bilərəm ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər qanunun sərt üzünü görəcəklər və ən ciddi şəkildə cəzalandırılacaqlar. Bununla yanaşı, təsadüfən, hadisə ictimai maraq kəsb etdiyinə görə öz iradələrinin əleyhinə olaraq bu əməlin iştirakçısına çevrilmiş hər kəsi bu yanlış addımlardan çəkinməyə dəvət edirəm”.
“Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır”, – deyən Əli Həsənov bildirir ki, bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir. Buna görə də Azərbaycan dövlətinin terror və terror çağırışlarına qarşı atacağı sərt addımların ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən düzgün anlaşılmalı, geniş kütlələrə düzgün mesajlar verilməlidir. Hər hansı səbəb və ya bəhanə ilə terrora bəraət qazandırmaq cəhdləri yolverilməzdir, sosial səhifələrin aktiv iştirakçıları və KİV nümayəndələri yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin tələblərini və dövlət maraqlarını unutmamalı, hadisələrə daha peşəkar və obyektiv yanaşmalıdırlar.
Bölmənin digər xəbərləri
“A.S. Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi olub
15-02-2019-21-37 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Tarix Muzeyində Reyhan Mirzəzadənin“ A....
AMEA Naxçıvan Bölməsinin kollektivi Heydər Əliyev muzeyini ziyarət edib
15-02-2019-20-39 Xəbərlər

NUHÇIXAN-nın verdiyi məlumata görə muzeyin direktoru Ramin Orucəliyev bildirib k...
Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb
15-02-2019-19-07 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzin...
Şərur rayonunda dezinfeksiya tədbirləri aparılır
15-02-2019-17-40 Xəbərlər

Son vaxtlar Şərur rayon əhalisi arasında yuxarı tənəffüs yollarının katarı və mü...
Könül işığı” jurnalının xüsusi buraxılışı işıq üzü görüb
15-02-2019-17-00 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, brayl əlifbası ilə ayda bir dəfə nəşr edilən “Könül ...
Babək tərxunu - VİDEO
15-02-2019-14-58 Xəbərlər

Babək qəsəbəsində yaşayan Mehdi Hacıyevə məxsus ailə təsərrüfatında tərxun bitki...
Muxtar respublikada meyvə bağlarının sahəsi artıb
15-02-2019-14-34 Xəbərlər

Ötən il Naxçıvan şəhəri üzrə 5, Şərur rayonu üzrə 12, Babək rayonu üzrə 16, Ordu...
Bəxtiyar Əsgərov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb
15-02-2019-14-15 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...
Tamaşaçıları valeh edən sənətkar: Xədicə Qazıyeva - FOTOLAR
15-02-2019-13-27 Xəbərlər

Bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk pe...
Ötən il muxtar respublikada 1448 ton bal istehsal edilib
15-02-2019-12-50 Xəbərlər

2018-ci ildə muxtar respublikada 1448 ton bal istehsal olunub. Bu isə 2008-ci il...
Maliyyə Tədris Mərkəzinin bir illik fəaliyyəti uğurlu olub
14-02-2019-20-41 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 fe...
Gənclər Mərkəzində "Nəsimi" poemasının müzakirəsi olub
14-02-2019-20-19 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində “Nəsimi” həftəsi çərçivəsində Azərba...
Təqaüdçülər üçün konsert verilib
14-02-2019-20-01 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin təqaüdçülər klubu...
Culfa rayonunda yer fıstığı bitkisinin becərilməsi üçün münbit şərait var
14-02-2019-19-40 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Saltaq kəndində “Ailə təsərrüfatlarının...
Naxçıvan Müəllimlər İnstitutunda sərgi açılıb
14-02-2019-19-22 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanasında “Naxçı...
Qocaman operator öz avadanlıqlarını muzeyə verib - VİDEO
14-02-2019-19-00 Xəbərlər

Uzun illər Naxçıvan Televiziyasının və eyni zamanda Aztv-nin “Günün ekranı” xə...
Ali Məclisin Sədri yeni təyinatla bağlı Fərman imzaladı
14-02-2019-18-39 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 14 –də...
Şərur rayonunun Kərimbəyli kəndi də abad kəndlər sırasına qoşulub - VİDEO
14-02-2019-17-45 Xəbərlər

“Muxtariyyət ili” olan 2019-cu ildə də muxtar respublikanın şəhər, qəsəbə və kən...
Karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub
14-02-2019-16-26 Xəbərlər

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Mux...
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə sərgi həsr edilib
14-02-2019-15-31 Xəbərlər

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...
Ailə, qadın və uşaq hüquqları qorunur
14-02-2019-12-29 Xəbərlər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇ...
Sədərəkdə Ana dili günü ilə bağlı tədbir təşkil edilib
14-02-2019-11-35 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Sədərək rayonunun Sədərək kəndində “21 fevral Beynəlxa...
Sədərək rayonunun Heydərabad qəsəbəsində su monitorinq laboratoriyası tikilib
14-02-2019-11-17 Xəbərlər

Sədərək rayonunun Heydərabad qəsəbəsində su monitorinq laboratoriyası tikilib. L...
Culfa rayon məktəbliləri arasında voleybol yarışı olub
14-02-2019-10-42 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Culfa Rayon Əbrəqunus kənd tam orta məktəbinin idman za...
Ötən günün mənzərəsi - VİDEO
14-02-2019-10-07 Xəbərlər

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...
Muxtar respublikada nəqliyyatın intensiv hərəkəti təmin edilir
14-02-2019-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin mətbuat xidmətindən NU...
Sağlamlıq imkanları məhdud daha bir uşaq distant təhsilə cəlb edilib - FOTOLAR
13-02-2019-20-01 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Mü...
Naxçıvan şəhər sakinləri keyfiyyətli içməli su ilə təmin olunurlar - VİDEO
13-02-2019-19-31 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən Naxçıvan Şəhər Su An...
Ordubadda multikultural dəyərlər qorunur
13-02-2019-18-59 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Ordubad rayon İcra Hakimiyyətində “İslam dini milli-mən...
Nemətullah Naxçıvaniyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
13-02-2019-18-28 Xəbərlər

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...