İyulun 18-də Naxçıvan Dövlət Xalça Muzeyində Günnüt xalçalarının təqdimatı olub.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 1998-ci ildə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. Muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilib. Bu da muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar verməyə, tarixi keçmişimizi öyrənməyə imkan yaradıb. Həmçinin muzeyin ekspozisiyasmın zənginləşdirilməsi də diqqətdə saxlanılıb. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, hazırda muzeyin ekspozisiyasmda sərgilənən xalçaların hamısı Naxçıvan xalçaçılıq məktəbinə aiddir. Qeyd olunub ki, bu gün keçirilən tədbir bir daha sübut edir ki, Azərbaycan xalqı öz tarixi köklərinə və mədəniyyətinə sahib çıxan xalqdır. Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə edilən Günnüt xalçaları bu kənddə yaradılmış mədəni irsimizin bir parçası olmaqla yanaşı, həm də tariximizi yaşadan eksponatdır.

AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev bildirib ki, Naxçıvanda xalça sənətinin tarixi olduqca qədimdir. Bu sənət ibtidai formada olsa da, neolit və erkən eneolit dövrlərində formalaşıb. I Kültəpə, Naxçıvantəpə və digər arxeoloji abidələrdən tapılmış maddi-mədəniyyət nümunələri insanların xalçaçılıq sənəti ilə neolit dövründən məşgul olmasını göstərir. Vaxtı ilə ölkəmizdə bu sahəyə lazımi diqqət yetirilməyib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra mədəni irsimizin qorunmasına və inkişafına diqqət və qayğı artırıldı. Nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çatan xalçaçılıq sənətinin unudulmaması,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə dövlət proqramının qəbul olunması muxtar respublikada bu sənətə göstərilən dövlət qayğısının nümunəsidir. Eyni zamanda son illər nəfıs tərtibatlı “Naxçıvan xalçaçıları”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik”, “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” kitab və monoqrafıyalarını, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı və “Azərbaycan xalçaları” jurnallarında Naxçıvan xalçaçılıq sənəti ilə bağlı nəşr olunmuş məqalələri xüsusi ilə qeyd edilməlidir. İsmayıl Hacıyev muxtar respublikada xalçaçılıq sənətinin inkişafına göstərilən diqqətə görə elm adamları adından minnətdarlığını bildirib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov təqdimat mərasimində çıxış edərək deyib ki, Naxçıvan qədim mədəniyyət mərkəzi olmaqla yanaşı, müasir dövrdə həm də öz inkişafı ilə seçilən bir diyara çevrilib. Bəşər tarixində blokada şəraitində intibah yaratmağın yeganə nümunəsi Naxçıvandır. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikada nəhəng quruculuq işləri həyata keçirilib, bütün sahələrdə mühüm nailiyyətlər əldə edilib. Bu qədim diyarımızda hər il yeni-yeni uğurların, böyük tarixi hadisələrin şahidi oluruq. Bu il muxtar respublikada əldə olunan, bütün Azərbaycan xalqını sevindirən mühüm nailiyyətlərdən biri də Əlahiddə Umumqoşun Ordusunun Günnüt kəndini işğaldan azad etməsidir. Günnüt Azərbaycanın qədim yurd yerlərindən biridir. Tarixən bu kəndin yerləşdiyi ərazidə oğuz türkləri yaşayıblar. Bunu son günlər aşkara çıxardığımız Günnüt xalçaları da sübuta yetirir. Azərxalça Açıq Səhmdar Cəmiyyəti dünyanın nüfuzlu muzeylərində, şəxsi kolleksiyalarda, eləcə də ölkəmizdə şəxsi kolleksiyalarda saxlanılan qədim və nadir Azərbaycan xalçalarını aşkara çıxarıb ictimaiyyətə təqdim edir. Naxçıvanda toxunan tarixi xalçaların aşkara çıxarılması istiqamətində də axtarışlar aparırıq.

Naxçıvanda xalçaçılığın inkişaf etdirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilir, tədqiqatlar aparılır, yeni nəşrlər hazırlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu işlərin uğurla həyata keçirilməsinə öz töhfəsini verir. Bu günə qədər Naxçıvanın 69 kəndindən 254 xalçaçı haqqında məlumatlar toplanılıb. Aparılan tədqiqatlardan sonra belə qənaətə gəlinib ki, Naxçıvan tarixən Azərbaycanın əsas xalçaçılıq mərkəzlərindən biri olub, burada özünəməxsus orijinal xalçalar toxunub. Tədqiqatların nəticəsi kimi, Azərbaycan, ingilis və rus dillərində “Naxçıvan xalçaçıları”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabları, 6 dildə “Azərbaycan xalçaları – Naxçıvan qrupu” broşürü nəşr olunub, “Naxçıvan xalçaları” sənədli filmi hazırlanıb. Bu nəşrlər müxtəlif ölkələrin 103 universitet, kitabxana və muzeylərinə göndərilib, dünyanın nüfuzlu kitabxanalarının elektron bazalarına yerləşdirilib. İngilis dilində olan kitablar Nyu-Yorkda, rus dilindəki nəşrlər isə Moskvada çap edilib.

Vidadi Muradov xalçaçılığın inkişafına göstərdiyi diqqət və qayğıya, eləcə də Günnüt xalçalarının yüksək səviyyədə təqdimatının keçirilməsinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün tədqiqatçılar adından minnətdarlığını bildirmişdir.

Təqdimat mərasimində Şərur rayonunun Günnüt kəndindən olan xalçaçı Solmaz Məmmədova çıxış edərək demişdir: Azərbaycanın qədim yurd yeri olan Günnüt kəndində xalçatoxuma sənəti qədimdən mövcud olmuşdur. Kəndimizdə əsrlərlə yaşı olan qədim xalça nümunələri olmuşdur. Yaxşı xatırlayıram ki, kəndimizdə gənc qızlara xalçaçılıq sənətini öyrətmək artıq adət-ənənəyə çevrilmişdi. Hər il Günnüt kəndində yüzlərlə xalça toxunardı. Mən də gənc yaşlarımdan bu kənddə xalçatoxuma ilə məşğul olmuşam. Təəssüflər olsun ki, 26 il əvvəl ermənilər Günnüt kəndini işğal etdikdən sonra sakinlər Şərur rayonunun digər kəndlərində məskunlaşdılar. Kəndimiz işğalda olsa da, günnütlülər öz qədim adət-ənənələrindən uzaq düşmədilər. Günnüt kəndinə məxsus zəngin mədəni irsi, xüsusilə də xalçaçılıq sənətini qoruyub saxladılar. Bu ilin may ayında Günnüt kəndi işğaldan azad olundu. Biz günnütlülər öz ata-baba yurdumuza qovuşmuşuq. Əzəli yurd yerimizə qovuşmağın sevincini yaşamaqla yanaşı, həm də xoşbəxtik ki, kəndimizin adətləri, ənənələri, dəyərləri də özünə qaytarıldı.Dövlətimizə, ordumuza bütün günnütlülər adından minnətdarlıq edirəm. Çünki təkcə doğma kəndimiz deyil, həm də mədəni irsimiz özümüzə qaytarılıb. 

Sonra Günnüt xalçalarına və muzeyin ekspozisiyasına baxış olub.

Məlumat verilib ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vaxtilə Günnüt kəndində toxunmuş 6 ədəd xovlu və xovsuz xalça, xalça məmulatı aşkarlanıb. Bu xalçaların üzərində qədim oğuz türklərinə məxsus naxışlar öz əksini tapıb. Bu xalçalar 19-cu əsrin sonlarına və 20-ci əsrin əvvəllərinə aiddir.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

120 illik yubileyi qeyd olunan İbrahim Səfiyev kimdir?

17-10-2018-20-41 Xəbərlər

120 illik yubileyi qeyd olunan İbrahim Səfiyev kimdir?

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən...

Ali Məclisin Sədri Sərəncam imzaladı

17-10-2018-20-12 Xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ...

Dövlət İmtahan Mərkəzi xarici dil fənni üzrə nümunə audiomateriallar təqdim edib

17-10-2018-19-28 Xəbərlər

Dövlət İmtahan Mərkəzi xarici dil fənni üzrə nümunə audiomateriallar təqdim edib

Dövlət İmtahan Mərkəzi (DİM) gələn il keçiriləcək ümumi (9 illik) və tam (11 ill...

Güzəştli kreditlər təsərrüfatların inkişafını sürətləndirir

17-10-2018-18-59 Xəbərlər

Güzəştli kreditlər təsərrüfatların inkişafını sürətləndirir

Bu gün muxtar respublikada  kənd təsərrüfatı yönümlü  sahələrin inkişafı üçün mü...

Dünya şöhrətli alimin yubileyi Naxçıvanda qeyd olunub

17-10-2018-18-30 Xəbərlər

Dünya şöhrətli alimin yubileyi Naxçıvanda qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi...

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı - SƏRƏNCAM

17-10-2018-18-09 Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı - SƏRƏNCAM

Oktyabrın 17-də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının hə...

Fransanın rəsmi qurumu hesabatında Naxçıvanın dövlət quruluşu və yerli idarəetməsi ilə bağlı material dərc edib

17-10-2018-16-53 Xəbərlər

Fransanın rəsmi qurumu hesabatında Naxçıvanın dövlət quruluşu və yerli idarəetməsi ilə bağlı material dərc edib

NUHÇIXAN Avropa Şurasının yerli və Regional Hakimiyyətlər Konqresinin internet p...

Yeniyetmə boksçularımız Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurublar

17-10-2018-16-26 Xəbərlər

Yeniyetmə boksçularımız Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurublar

Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birincil...

Naxçıvanda 15 aztəminatlı ailəyə köməklik göstərilib

17-10-2018-16-10 Xəbərlər

Naxçıvanda 15 aztəminatlı ailəyə köməklik göstərilib

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın Şərur, Babək, Ordubad və Sədərək r...

Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO

17-10-2018-15-53 Rəsmi

Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO

NUHÇIXAN xəbər verir ki, oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclis...

“Sasna Tsrer” terror təşkilatının üzvləri Ermənistanda deputatlığa iddialıdırlar

17-10-2018-15-30 Xəbərlər

“Sasna Tsrer” terror təşkilatının üzvləri Ermənistanda deputatlığa iddialıdırlar

Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistan ictimaiyyətində siyasi...

Dram kollektivlərinin müsabiqəsinə start verilib

17-10-2018-15-02 Xəbərlər

Dram kollektivlərinin müsabiqəsinə start verilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Uşaq Teatrında “Dram kollektivlərinin i...

“Huawei Mate 20” və “Mate 20 Pro” qabaqcıl smartfonları rəsmən təqdim edilib

17-10-2018-14-45 Xəbərlər

“Huawei Mate 20” və “Mate 20 Pro” qabaqcıl smartfonları rəsmən təqdim edilib

“Huawei” şirkəti Londonda keçirilmiş tədbirdə öz qabaqcıl “Mate 20” və “Mate 20 ...

Naxçıvan Dövlət Universiteti Türkiyənin daha bir təhsil ocağı ilə müqavilə imzalayıb

17-10-2018-14-29 Xəbərlər

Naxçıvan Dövlət Universiteti Türkiyənin daha bir təhsil ocağı ilə müqavilə imzalayıb

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Çankırı Karatekin Universiteti arası...

Naxçıvanda sabaha olan hava proqnozu

17-10-2018-14-16 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 18-nə gözlənilən hava proqnozu açıqlan...

HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO

17-10-2018-14-03 Xəbərlər

HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO

Müdafiə naziri Zakir Həsovun təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planı...

Əkinə yararsız olan yerlərdə meyvə bağları salınacaq

17-10-2018-13-30 Xəbərlər

Əkinə yararsız olan yerlərdə meyvə bağları salınacaq

NUHÇIXAN xəbər verir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında m...

Zirinc: turş dadı olsa da, çox faydalıdır

17-10-2018-12-49 Xəbərlər

 Zirinc: turş dadı olsa da, çox faydalıdır

Zirinc qədim zamanlardan bəri tanınan və istifadə edilən bitkidir.

Naxçıvanın informasiya blokadasını uğurla yaran naxcivantv.az

17-10-2018-12-18 Xəbərlər

Naxçıvanın informasiya blokadasını uğurla yaran naxcivantv.az

2016-cı il oktyabrın 17-də, Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ə...

“Gənclər” paytaxtının xoşbəxt gəncləri

17-10-2018-12-01 Xəbərlər

“Gənclər” paytaxtının xoşbəxt gəncləri

Gəncliyi ötən əsrin 80-90-cı illərinə təsadüf edənlərin bugünkü gəncliyə həsəd e...

Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib

17-10-2018-11-47 Xəbərlər

Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Ötən günün mənzərəsi - VİDEO

17-10-2018-11-34 Xəbərlər

 Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Mənim Naxçıvan dünyam

17-10-2018-11-20 Xəbərlər

Mənim Naxçıvan dünyam

Stolumun üstündə yenicə çapdan çıxmış tanınmış jurnalist Muxtar Məmmədoğlunun “M...

Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib

17-10-2018-11-04 Xəbərlər

Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhəri 2018-ci il 18 oktyabr tarixini “Azər...

“Sən gül ki, dünya gülsün”…

17-10-2018-10-50 Xəbərlər

“Sən gül ki, dünya gülsün”…

NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar ü...

Əlahiddə Ümumqoşun Orduda Müstəqillik Gününə həsr edilən tədbir keçirilib

17-10-2018-10-32 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda Müstəqillik Gününə həsr edilən tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 18 o...

“Foreign Policy”: Ermənistanda “inqilabdan sonrakı” şadyanalıq başa çatıb

17-10-2018-10-16 Xəbərlər

“Foreign Policy”: Ermənistanda “inqilabdan sonrakı” şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan “Foreign Policy” jurnalında Ermənistanda korrupsiya və siyasi...

Nar qabıqlarını atmayın

17-10-2018-09-57 Xəbərlər

Nar qabıqlarını atmayın

İnsan sağlamlığına faydaları saymaqla bitməyən nar immun sistemini gücləndirərək...

Neyroşəbəkə zəlzələni proqnozlaşdıracaq

17-10-2018-09-45 Xəbərlər

Neyroşəbəkə zəlzələni proqnozlaşdıracaq

Tokio Universitetinin tədqiqatçıları geomaqnit sahəsində lokal dəyişiklikləri in...

Oktyabrın 17-də xarici valyutaların manata qarşı məzənnələri

17-10-2018-09-29 Xəbərlər

Oktyabrın 17-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 17 oktyabr tarixindən etibarən valyuta məzənnələrini aç...