Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

 Naxçıvanda yeni külək və su elektrik stansiyaları qurulacaq

Bu barədə naxcivantv.az saytına Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov məlumat verib. Bildirib ki, Culfa rayonunda külək elektrik stansiyasının tikitisinə hazırlıq işləri görülür.

Stansiyanın texniki iqtisadi əsaslandırılması üçün ölçü qurğuları artıq quraşdırılıb və ölçü işləri aparılır. Yasin Səfərov həmçinin deyib ki,  hazırda gücü 36 meqavat olan derivasiya tipli Ordubad Su Elektrik Stansiyasının da tikintisi davam etdirilir. Gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyasının tikintisinin texniki iqtisadi əsaslandırılması aparılır. Naxçıvan Günəş Elektrik Stansiyasının imkanlarının genişləndirilməsi və gücünün 30 meqavata qədər artırılması üzrə  layihə də  hazırlanır.

Qeyd edək ki, blokada şəraitində olan Naxçıvan ötən əsrin sonlarında ciddi enerji böhranı ilə üzləşmişdi. Son illər görülən ardıcıl tədbirlər  nəticəsində muxtar respublikada qurulan müasir su elektrik stansiyaları hesabına enerji tələbatı tam ödənilir. Hətta   Naxçıvan qardaş Türkiyəyə elektrik enerjisini  ixrac da  edir. 

 

 

 Turab Hacızadə

NTV xəbər

www.naxcivantv.az