Naxçıvan Muxtar Respublikası - 93

Fevralın 9-da çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93-cü ildönümü tamam olur.

1924-cü il fevralın 9-da Naxçıvanın muxtariyyət qazanması ilə birlikdə düşmənlərimizin ölkəmizə qarşı həyata keçirməyə çalışdığı çirkin planlara ciddi zərbə vurulub. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırması da bu baxımdan təsadüfi deyil.

Naxçıvan Muxtar Respublikasının yerləşdiyi region tarixboyu özünün daha çox strateji və siyasi əhəmiyyəti ilə diqqəti cəlb edib. Təsadüfi deyil ki, qədim dövrlərdən bəri bu diyarı “Şərqin qapısı” adlandırırlar. Müasir dövrümüzdə tanınmış strateqlər yüzilliklərin çətin tarixi-siyasi süzgəcindən keçib gələn bu ifadəni yenə müasir dövrün reallıqları prizmasında qiymətləndirərək böyük həqiqəti bir daha ifadə edirlər: Naxçıvan bu gün də Şərqin qapısıdır və onun muxtariyyət qazanması regional önəmə malik siyasi hadisə olmaqla yanaşı, mühüm strateji əhəmiyyətə malik olan bölgənin Azərbaycanın tərkibində qalmasına şərait yaradıb. Yəni muxtariyyət həm də ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması baxımından vacib amil kimi diqqətləri cəlb edir.

Muxtariyyət məsələsinin siyasi gündəmdə yerini almasının əsas səbəbi isə 1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi saziş olub. Həmin sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzur Ermənistana verilib və beləliklə, Naxçıvan məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salınıb. Bu, Naxçıvanın muxtariyyət məsələsini zərurətə çevirib. Bu zərurət ilk növbədə Azərbaycana məxsus ərazinin qorunması vacibliyindən irəli gəlirdi. 

Naxçıvanın muxtariyyətini beynəlxalq unikal bir model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirirlər. Çünki Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu məsələdə Naxçıvanın qabaqcıl ziyalılarının səyləri və qardaş Türkiyənin mövqeyi qədim diyarı dəhşətli aqibətdən xilas edib. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edir ki, muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib: “Həm ərazi baxımından Azərbaycandan ayrı düşdüyünə, həm də iki beynəlxalq müqaviləyə əsasən Naxçıvana muxtariyyət statusu verilib. Muxtariyyət statusu Naxçıvanın gələcək taleyində çox mühüm rol oynayıb. Bu statusun verdiyi imkanlar ermənilərin uzun müddət Naxçıvana sahib olmaq uğrunda mübarizəsinin qarşısını alıb”.

Reallıqdır ki, Azərbaycandan ayrı salınmış geostrateji baxımdan əhəmiyyətli bir bölgədə vahid idarəçiliyin həyata keçirilməsi, pərakəndəliyin aradan qaldırılması yalnız muxtariyyət statusunun əldə edilməsi ilə mümkün ola bilərdi. Bu baxımdan, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi ən düzgün qərar idi. Lakin qabaqcıl ictimai-siyasi yanaşmanın məhsulu olan bu qərar böyük dövlətlər tərəfindən ciddi müqavimətlə qarşılanırdı. Çünki onlar Naxçıvanı Ermənistanın tərkib hissəsi kimi görmək istəyirdilər. Bu səbəbdən Behbud ağa Şahtaxtinski Sovet Rusiyası rəhbərliyi ilə iş aparır və bolşevik Rusiyasının rəhbəri Vladimir Leninə “Naxçıvanın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur”, - deyirdi. Tiflisdəki Amerika generalı Haskelə Naxçıvanın, Şərur-Dərələyəzin və Vedibasarın Azərbaycanın ayrılmaz hissəsi olduğunu əsaslandıran Əli Səbri Qasımov isə “Naxçıvanın və digər regionların əhalisi bu ərazilərin erməni hökumətinə verilməsinə necə baxar?” sualına “Əldə silah ləyaqətli ölümü üstün tutaraq bu hökuməti var qüvvələri ilə rədd edərlər” -  cavabını verib.

1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında imzalanan “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsində Behbud ağa Şahtaxtinskinin təklifləri nəzərə alınaraq Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət verilməsi öz əksini tapıb. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən, Naxçıvan vilayəti “Azərbaycanın qəyyumluğu altında muxtar ərazi olurdu, bir şərtlə ki, Azərbaycan bu qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcəkdir”.

Türkiyəli professor İbrahim Ethem Atnur deyir ki, Moskva anlaşmasında Türkiyənin Şərq sərhədləri ilə yanaşı, Naxçıvanın hüquqi-siyasi statusu da müəyyənləşib: “Naxçıvanın Azərbaycanın tərkibində qalması və muxtar respublika olması bu müqavilə ilə təmin edilib. Əslində, Türkiyə Naxçıvanı öz ərazisinə daxil etmək niyyətində idi. Lakin keçmiş Sovet Rusiyası bunu qəbul etmədi. Onlar torpağa ehtiyacı olduğunu iddia edərək Naxçıvanın Ermənistanın tərkibinə verilməsi şərtini irəli sürüblər. Bu, müzakirələrdə ciddi problemə səbəb olsa da, sonda ədalət zəfər çalıb”.

Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə imzalanan Moskva və Qars müqavilələri bölgənin gələcək taleyini müəyyənləşdirib. 1924-cü il fevralın 9-da məhz bu sənədlər əsasında Naxçıvan Muxtar Respublikası yaradılıb. 

Naxçıvanın muxtariyyət statusuna malik olması onun təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında müstəsna rol oynayıb. Muxtariyyət statusu erməni təcavüzünə məruz qalan Naxçıvanın 1990-cı il yanvarın 19-da keçmiş SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsinə imkan verib. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin qərarında qeyd olunurdu ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtlərinin kobud surətdə pozulduğu üçün qəbul edilib. Bu, beynəlxalq ictimaiyyətin diqqətini Naxçıvana yönəldilməsinə və Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaradıb. Məhz buna görə də Naxçıvanın ərazisi kimi, onun muxtariyyət statusu da zaman-zaman məkrli düşmənin hədəfinə çevrilib.

1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas edib. Bu illərdə dahi şəxsiyyətin Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür bəxş edib.

Bu gün Naxçıvan Muxtar Respublikası uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz, ötən 93 il ərzində buradakı sosial-iqtisadi inkişafdır. Ancaq bu da reallıqdır ki, Naxçıvanda son 21 ildə gedən sosial-iqtisadi inkişaf prosesləri, quruculuq-abadlıq işləri nəinki muxtariyyətin qalan 72 ilində, hətta Naxçıvanın mövcudluğunun 5 min ilində də nəzərə çarpmayıb. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bu gün  bütün dövlət proqramlarının, infrastruktur layihələrinin böyük uğurla həyata keçirilməsi sayəsində Naxçıvan regionun cazibə mərkəzinə çevrilib. Məhz bu səbəbdən muxtar respublika hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkan kimi dünyada şöhrət qazanıb. Bütün bunlar həm də muxtariyyətin bəhrələridir.

Rauf Kəngərli

NTV xəbər

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Anxel Di Maria İngiltərə Premyer Liqasına qayıda bilər

16-10-2018-19-48 Xəbərlər

Anxel Di Maria İngiltərə Premyer Liqasına qayıda bilər

Fransanın “Pari Sen-Jermen” (PSG) klubunun argentinalı yarımmüdafiəçisi Anxel Di...

Prezident İlham Əliyev Qaya Məmmədovu Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı təyin edib

16-10-2018-19-23 Xəbərlər

Prezident İlham Əliyev Qaya Məmmədovu Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı təyin edib

Prezident İlham Əliyev Qaya Məmmədovun Azərbaycan Respublikasının NATO yanında N...

Kəngərli rayon məktəbliləri arasında yarış keçirilib

16-10-2018-18-51 Xəbərlər

Kəngərli rayon məktəbliləri arasında yarış keçirilib

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayon ümumtəhsil məktəblərinin komandaları ara...

Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası yanında yeni daimi nümayəndəsini təyin edib

16-10-2018-18-20 Xəbərlər

Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası yanında yeni daimi nümayəndəsini təyin edib

Prezident İlham Əliyev Fəxrəddin İsmayılovun Azərbaycan Respublikasının Avropa Ş...

YAP Şərur Rayon Təşkilatının növbəti Şura iclası keçirilib

16-10-2018-17-58 Xəbərlər

YAP Şərur Rayon Təşkilatının növbəti Şura iclası keçirilib

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının növb...

İspan alimləri coğrafi təhlil üçün nanopeyklər yaradırlar

16-10-2018-17-28 Xəbərlər

İspan alimləri coğrafi təhlil üçün nanopeyklər yaradırlar

”Karten Space” şirkətini təmsil edən ispan alimləri Yerin səthində çox sürətlə c...

Heydər Əliyev və müstəqil Azərbaycan

16-10-2018-16-59 Xəbərlər

Heydər Əliyev və müstəqil Azərbaycan

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər və rayon  təşk...

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn ilin birinci yarısında nəşr ediləcək

16-10-2018-16-28 Xəbərlər

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn ilin birinci yarısında nəşr ediləcək

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin hazırlanmasını bu ilin sonuna qədə...

Pauerliftinq üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib

16-10-2018-15-59 Xəbərlər

Pauerliftinq üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib

NUHÇIXAN xəbər verir ki, sağlamlıq imkanları məhdud şəxslər arasında pauerliftin...

Nehrəm məktəbliləri arasında yoldaşlıq görüşü keçirilib

16-10-2018-15-39 Xəbərlər

Nehrəm məktəbliləri arasında yoldaşlıq görüşü keçirilib

Nehrəm kənd 1 nömrəli tam orta məktəbin idman zalında Nehrəm kənd 1 və 2 nömrəli...

Məktəblilər üçün film nümayiş olunub

16-10-2018-15-08 Xəbərlər

Məktəblilər üçün film nümayiş olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a verilən x...

“Dövlət qulluğu” jurnalının 6-cı nömrəsi çapdan çıxıb

16-10-2018-14-37 Xəbərlər

“Dövlət qulluğu” jurnalının 6-cı nömrəsi çapdan çıxıb

Nəşrdə dövlət qulluğuna qəbul üzrə müsabiqəyə – test imtahanı və müsahibə mərhəl...

Diyetoloq: Kökəlmək üçün dərman preparatları qəbul edilməsi təhlükəlidir

16-10-2018-14-20 Xəbərlər

Diyetoloq: Kökəlmək üçün dərman preparatları qəbul edilməsi təhlükəlidir

Çəkisini azaltmaq istəyənlərlə yanaşı onu artırmaq arzusunda olanlar da var. Diy...

Naxçıvanda sabaha olan hava proqnozu

16-10-2018-14-02 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 17-nə gözlənilən hava proqnozu açıqlan...

Norveçdə vikinqlərin yerə gömülmüş gəmisi aşkar edilib

16-10-2018-13-30 Xəbərlər

Norveçdə vikinqlərin yerə gömülmüş gəmisi aşkar edilib

Norveçdə bir qrup arxeoloq vikinqlərin məzarlığını və yarım metr dərinlikdə “bas...

Naxçıvanda üçüncü “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək

16-10-2018-12-37 Xəbərlər

Naxçıvanda üçüncü “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək

NUHÇIXAN xəbər verir ki, oktyabrın 20-si və 21-də Naxçıvanda  “Arıçılıq məhsulla...

Xalçaçılıq milli sənətimiz və milli sərvətimizdir

16-10-2018-12-20 Xəbərlər

Xalçaçılıq milli sənətimiz və milli sərvətimizdir

Azərbaycan xalqının tarixi taleyində mühüm rol oynayan əlamətdar günlərdən biri ...

İyirminci əsrdə geriyə baxış: şəxsiyyət və peşəkarlıq

16-10-2018-11-59 Xəbərlər

İyirminci əsrdə geriyə baxış: şəxsiyyət və peşəkarlıq

“Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyerin 5 dekabr 19...

Bənzərsiz təbii şəfa mənbəyi – Duzdağ Fizioterapiya Mərkəzi - FOTOLAR

16-10-2018-11-42 Xəbərlər

Bənzərsiz təbii şəfa mənbəyi – Duzdağ Fizioterapiya Mərkəzi - FOTOLAR

Bəşəriyyətin beşiyi Naxçıvan, həqiqətən də, sirli-sehrli bir diyar, möcüzələr mə...

Mənsur şeirin ustadı, Mikayıl Müşfiq yaradıcılığının böyük tədqiqatçısı

16-10-2018-11-24 Xəbərlər

Mənsur şeirin ustadı, Mikayıl Müşfiq yaradıcılığının böyük tədqiqatçısı

Bu gün müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq Yazıçısı, nasi...

Kəngərli rayon gəncləri muzeylərdə olub

16-10-2018-11-06 Xəbərlər

Kəngərli rayon gəncləri muzeylərdə olub

NUHÇIXAN xəbər verir ki, 18 oktyabr Milli Müstəqillik Günü münasibəti ilə Kəngər...

Ən sürətli kamera yaradılıb

16-10-2018-10-46 Xəbərlər

Ən sürətli kamera yaradılıb

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun və Kanadanın Kvebek Universitetinin ...

Jurnalistin yeni kitabı çapdan çıxıb

16-10-2018-10-27 Xəbərlər

Jurnalistin yeni kitabı çapdan çıxıb

Muxtar respublikanın tanınmış jurnalisti, Muxtar Məmmədoğlunun “Mənim Naxçıvan d...

DİM yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək

16-10-2018-10-06 Xəbərlər

DİM yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 28-də 2019-cu ilin qəbul imtahanı modelin...

Ötən günün mənzərəsi - VİDEO

16-10-2018-09-51 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Oktyabrın 16-da xarici valyutaların manata qarşı məzənnələri

16-10-2018-09-38 Xəbərlər

Oktyabrın 16-da xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 16 oktyabr tarixindən etibarən valyuta məzənnələrini aç...

Bu gün UEFA Millətlər Liqasında IV tura yekun vurulacaq

16-10-2018-09-23 Xəbərlər

Bu gün UEFA Millətlər Liqasında IV tura yekun vurulacaq

Bu gün UEFA Millətlər Liqasında IV tura yekun vurulacaq.

Azərbaycanda yeni mərkəz yaradılıb

16-10-2018-09-10 Xəbərlər

Azərbaycanda yeni mərkəz yaradılıb

Nazirlər Kabineti Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə N...

Boksçularımızın Yeniyetmələrin III Yay Olimpiya Oyunlarındakı növbəti rəqibləri müəyyənləşib

16-10-2018-08-55 Xəbərlər

Boksçularımızın Yeniyetmələrin III Yay Olimpiya Oyunlarındakı növbəti rəqibləri müəyyənləşib

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında...

Müdafiə Nazirliyi: Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb

15-10-2018-22-42 Xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb

Son günlər bir sıra xarici KİV-də MDB müdafiə nazirlərinin Daşkənddə keçirilmiş ...