Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Naxçıvan” Universiteti Türkiyədə keçirilən təhsil sərgisində təmsil olunub

Universitetin mətbuat xidmətindən naxcivantv.az saytına bildiriblər ki, “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Rəcəb Cəfərli və Nicat Yaqubov Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində təşkil edilən təhsil sərgisindən yenicə qayıdıblar.

Türkiyənin Akare təhsil sərgiləri firmasının təşkilatçılığı ilə keçirilən sərgiyə dünyanın bir çox ölkəsindən olan üniversitetlər qatılıb. Nicat Yaqubov əməkdaşımıza bildirib ki, “Universitetin maddi-texniki bazası və burada fəaliyyət göstərən müəllim, professor heyəti bizə imkan verir ki, müxtəlif xarici ölkələrdən də universitetimizə tələbə cəlbinin həyata keçirilməsi istiqamətində işlər aparaq”.

Sərgidə universitetin tanıtımı üçün hazırlanmış videoçarx və universitet haqqında geniş məlumat verən slayt nümayiş etdirilib.

Universitetin əməkdaşı Rəcəb Cəfərli  bildirib ki, sərgidə həmçinin “Akademiya” xaricdə təhsil agentliyinin rəhbəri Esma Bunjaku ilə görüş keçirilərək universitetə tələbə cəlbi və bu istiqamətdə agentliklə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. “Artıq təhsil sərgisindən qayıtdıqdan sonra universitetimizə türkiyəli tələbələr tərəfindən müraciətlər olub. Hazırda sənədləşmə və qəbul prosesi gedir”,-deyə Rəcəb Cəfərli bildirib.  

  Onu da bildirək ki, Türkiyənin “ATV” kanalında sərgi, eləcə də “Naxçıvan” universiteti haqqında sujet yayımlanıb.  Mart ayında yenidən keçiriləcək Akare təhsil sərgisində  Naxçıvan Universitetinin yenə də iştirakı gözlənilir.

Aygün Hüseynli

NTV xəbər

www.naxcivantv.az