Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanın istilik təsərrüfatı qışa tam hazırdır


Naxcivantv.az xəbər verir ki, Naxçıvan şəhərinin istilik təsərrüfatı qış mövsümünə tam hazırdı. 

Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə tapşırılıb ki, noyabr ayının 1-dək qazanxanalarda elektrik enerjisi, təbii qaz və su təchizatı sahəsində mövcud problemlər araşdırılsın və nöqsanlar aradan qaldırılsın.  Bu tapşırığın yerinə yetirilməsi üçün Naxçıvan şəhərinin istilik təsərrüfatında tədbirlər davam etdirilir. Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, bu məqsədlə Naxçıvan şəhərində ardıcıl tədbirlər həyata keçirilib. 2016-2017-cı ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq bütün qazanxanalara və istilik şəbəkəsi obyektlərinə baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, sıradan çıxmış mühərriklər yenisi ilə əvəz edilib, elektrik və qaz xətləri yoxlanılıb. İstismar müddəti başa çatan borular və siyirtmələr yeniləri ilə əvəz olunub.  

      Hazırda Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş və 38 fərdi qazanxana vasitəsilə 173 ictimai yaşayış binasının 7634 mənzili və 30 inzibati bina istiliklə təmin olunur.

      Bu gündən havaların soyuması ilə əlaqədar  Naxçıvan şəhərindəki məktəb və uşaq bağçalarını qidalandıran qazanxanalar artıq işə salınıb. 

 

Vüsal Muradov

NTV xəbər

www.naxcivantv.az