Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Sankt-Peterburq şəhərində general H.Naxçıvanskinin şərəfinə ucaldılan abidənin təməl daşı qoyulub

Naxcivantv.az xəbər verir ki, hələ 2015-ci il noyabrın 16-da Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Georgi  Poltavçenko tərəfindən bu abidənin ucaldılması ilə bağlı sərəncam imzalanıb.

Abidə ilə bağlı işlər heykəltaraş Boris Petrova və memar Gennadi Peyçevə həvalə edilib. Təməlqoyma mərasimində Sankt-Peterburq şəhərinin hökümət nümayəndələri, hərbiçi və ziyalılar Ukrayna, Belarusiya, Tacikistan, Özbəkistan və digər ölkələrdən gələn ictimai və mədəniyyət xadimləri də iştirak etdiblər. Mərasimdə qeyd olunub ki, Hüseyn Xan Naxçıvanski kimi görkəmli sərkərdələr indiki müasir cəmiyyətdə də əxlaqi-mənəvi keyfiyyətlərin yeni­ləş­məsinə və vətənpərvərlik ruhunun yüksəldilməsinə  ən yaxşı nümunədirlər. Ona görə də  Rusiya taxt-tacına vicdanla xidmət edən general Hüseyn Xan Naxçıvanskinin ləyaqətli ömür yolunun və xatirəsinin əbədiləşdirilməsi çox vacibdir.

Təntənəli şəkildə təməli qoyulan abidənin bürünc baş  daşında yazılıb: "Burada Rus-Yapon və Birinci Dünya müharibəsi qəhrəmanı, suvari dəstənin general-adyutantı Hüseyn Xan Naxçıvanskinin abidəsi ucaldılacaq. Sərkərdə Hüseyn Xan Naxçıvanski Rusiya taxt-tacına cəsarət və ləyaqətlə xidmət edən sadiq əsgər olub."

Qeyd edək ki, Hüseyn Xan Naxçıvanski 28 iyun 1863-cü ildə Naxçıvanda anadan olub. Tam süvari generalı kimi, rus ordusunda ləyaqətlə xidmət edən Naxçıvanski General-Adyutant rütbəsinə qədər yüksəlmiş və hərbi andına sonadək sadiq olmuşdur.

www.naxcivantv.az