Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleksin yaradılması qədim diyarın geologiyasının hərtərəfli öyrənilməsinə imkan verib.

NUHÇIXAN xəbər verir ki, Geoloji Axtarış və Kəşfiyyat İdarəsi tərəfindən bu ilin  ötən 6 ayı ərzində faydalı kəşfiyyat və qiymətləndirmə işlərinin aparılması davam etdirilib. Belə ki, geoloji kəşfiyyat işləri kameral və çöl şəraitində aparılıb. İdarə tərəfindən Gal kəndi ərazisində filiz yataqlarının, Qaradərəsi ərazisində inşaat materialları üçün xammalın, eləcə də Toydaş ərazisində mis-molibden yataqlarının axtarış-qiymətləndirmə işləri aparılıb.

Həmçinin “Duzdağ” ərazisində istismar üçün yeni şaxtanın öyrənilməsi məqsədilə işlər aparılıb və 100 metr dərinliyində  axtarış quyusu qazılıb.

Cari ilin ötən dövrü ərzində yeni 700 metr dərinliyə qədər qazma imkanı olan müasir avadanlığın alınması kəşfiyyat və axtarış işlərinin səmərəliliyini daha da artırıb.

Yaradılan Geoloji muzeydə Bakı şəhərindən gətirilən muxtar respublikaya aid paleontoloji tapıntı nümunələri də nümayiş olunur.

Röyal Kərimov

www.naxcivantv.az