Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə tövsiyələrini açıqlayıb.

QMİ-nin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, açıqlamada deyilir:

“İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri – “Eydül-Əzha” – Həzrət İbrahim peyğəmbər əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramı günü Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. Hər bir imkanlı müsəlman üçün vacib buyurulan Həcc mərasiminin ən şərafətli məqamı olan, günahların Allah tərəfindən bağışlanmasını və Uca Yaradana şükr-sənanı təcəssüm etdirən mübarək Qurban bayramı ərəfəsində Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz günlərdə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir.

Azərbаycаn üfüqündə Zül-hiccə ayının hilalının görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccənin 10-na, Miladi təqvimlə 22 avqust tarixinə təsadüf edir. Bayram münasibətilə iki gün dövlətimiz tərəfindən qeyri-iş günü elаn edilmişdir. Dindarlar adından, Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı və xeyir-dualarımızı çatdırırıq. Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması, dövlətçiliyimizin tərəqqisi üçün dualar edirik.

Bildiririk ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş – müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar – bu böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur.

Qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillаhi və billаhi vəllаhu əkbər” deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.

Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan, İnsаnı öz Yаrаdаnınа yахın edən Qurbаn bаyrаmının sevincini valideyinlər, doğmalarla yanaşı qаçqın, köçkün, kimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəkən insаnlаrа da yаşаtmаq, оnu hаmı ilə birgə könül хоşluğu ilə keçirməк savabdır. Qurban kəsməyə imкаnı оlmаyаnlаrın Qurbаn günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir.

Аllаh-Təаlаnın insаnlаrın mənən sаflаşmаları və həmrəyliyə nail olmaları məqsədilə qərаr verdiyi bu bаyrаm günlərində kəsdiyiniz qurbаnlаrı, verdiyiniz ehsanları, etdiyiniz duaları qəbul etsin. Allah Vətənimizi hifz etsin. Аmin!”

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Sentyabrın 21-də xarici valyutaların manata qarşı məzənnələri

21-09-2018-09-27 Xəbərlər

Sentyabrın 21-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 21 sentyabr tarixindən etibarən valyuta məzənnələrini a...

Hər dərdə dərman alma sirkəsi

21-09-2018-09-12 Xəbərlər

Hər dərdə dərman alma sirkəsi

Alma sirkəsini bir çox sahədə istifadə etmək olar.

Avropa Liqasında birinci tura yekun vurulub

21-09-2018-08-50 Xəbərlər

Avropa Liqasında birinci tura yekun vurulub

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib..

UEFA Avropa Liqası: “Qarabağ” – “Sportinq” oyunu başlayıb

20-09-2018-23-00 Xəbərlər

UEFA Avropa Liqası: “Qarabağ” – “Sportinq” oyunu başlayıb

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın bu tu...

Analitik: Nikol Paşinyan Ermənistanı xaosa sürükləyir

20-09-2018-20-47 Xəbərlər

Analitik: Nikol Paşinyan Ermənistanı xaosa sürükləyir

Ermənistan parlamentində Nikol Paşinyanın baş nazir seçilməsinə dəstək olan part...

FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb

20-09-2018-20-15 Xəbərlər

FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb

Sentyabrın 20-də FİFA milli komandaların növbəti reytinq cədvəlini dərc edib. Az...

XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür

20-09-2018-19-48 Xəbərlər

XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleya...

UEFA Çempionlar Liqasının birinci turunun statistik göstəriciləri

20-09-2018-19-20 Xəbərlər

UEFA Çempionlar Liqasının birinci turunun statistik göstəriciləri

Sentyabrın 19-da və 20-də UEFA Çempionlar Liqasının birinci turunun oyunları keç...

Naxçıvanda Aşura mərasimləri keçirilib

20-09-2018-18-55 Rəsmi

Naxçıvanda Aşura mərasimləri keçirilib

Hər il Məhərrəm ayı və onun Aşura günü muxtar respublikada İslamın dəyərlərinə u...

Yapon kosmik gəmisi asteroidin səthinə iki robot-tədqiqatçı yerləşdirəcək

20-09-2018-18-37 Xəbərlər

Yapon kosmik gəmisi asteroidin səthinə iki robot-tədqiqatçı yerləşdirəcək

Yaponiya Kosmos Agentliyi asteroidin səthinə robot-tədqiqatçı yerləşdirməyə hazı...

Naxçıvanda beynəlxalq layihənin açılışı olub

20-09-2018-18-23 Xəbərlər

Naxçıvanda beynəlxalq layihənin açılışı olub

NUHÇIXAN xəbər verir ki, “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçi...

AMEA Naxçıvan Bölməsində interaktiv dərs keçirilib

20-09-2018-18-08 Xəbərlər

AMEA Naxçıvan Bölməsində interaktiv dərs keçirilib

NUHÇIXAN xəbər verir ki, interaktiv dərs görkəmli fizik  Həsən Abdullayevin 100 ...

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

20-09-2018-17-53 Xəbərlər

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Malta Prezidenti Mari-Luiz Koleyro Prekaya təbrik məktu...

Naxçıvan şəhərinin yolları yenilənir - VİDEO

20-09-2018-17-40 Xəbərlər

Naxçıvan şəhərinin yolları yenilənir - VİDEO

Bu ilin əvvəlindən başlayaraq Naxçıvan şəhərindəki avtomobil  yollarının  yenidə...

Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib - YENİLƏNİB

20-09-2018-17-23 Xəbərlər

Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib - YENİLƏNİB

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan p...

Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

20-09-2018-17-22 Xəbərlər

Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də ...

Lider TV “Əsgər andı” verilişini Naxçıvandan hazırlayıb

20-09-2018-17-12 Xəbərlər

Lider TV “Əsgər andı” verilişini Naxçıvandan hazırlayıb

NUHÇIXAN xəbər verir ki, Lider Televiziyasının efirində   yayımlanan və geniş ta...

Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib

20-09-2018-16-56 Xəbərlər

Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq müxtəlif poliqonlarda və müasir av...

Əbu-Dabi yenidən dünyanın ən təhlükəsiz şəhəri hesab edilib

20-09-2018-16-40 Xəbərlər

Əbu-Dabi yenidən dünyanın ən təhlükəsiz şəhəri hesab edilib

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi “Numbeo” internet resursunun ver...

“Qarabağ” – “Arsenal” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq

20-09-2018-16-19 Xəbərlər

“Qarabağ” – “Arsenal” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq

Oktyabrın 4-də UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ” ...

Naxçıvanda Aşura günü münasibətilə qanvermə aksiyaları keçirilib

20-09-2018-16-02 Xəbərlər

Naxçıvanda Aşura günü münasibətilə qanvermə aksiyaları keçirilib

NUHÇIXAN xəbər verir ki, bu gün muxtar respublikanın bütün məscidlərində Aşura g...

Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq

20-09-2018-15-48 Xəbərlər

Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq

Sentyabrın 20-da UEFA Avropa Liqasının birinci turuna start veriləcək.

İstanbulun yeni aeroportunda TEKNOFEST-un açılışı olub

20-09-2018-15-33 Xəbərlər

İstanbulun yeni aeroportunda TEKNOFEST-un açılışı olub

İstanbulda Aviasiya, Kosmos və Texnologiya Festivalı, Texnologiyalar Festivalını...

ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb

20-09-2018-15-15 Xəbərlər

ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini F...

“Samsung Galaxy A7” rəsmən təqdim edilib

20-09-2018-14-57 Xəbərlər

“Samsung Galaxy A7” rəsmən təqdim edilib

“Samsung”un orta qiymət seqmentinə aid yeni smartfonu bundan əvvəl şirkətin iste...

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti erməni terrorçu-daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb

20-09-2018-14-39 Xəbərlər

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti erməni terrorçu-daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) erməni terrorçu-da...

Nə üçün səhər yeməyi bu qədər vacibdir?

20-09-2018-14-24 Xəbərlər

Nə üçün səhər yeməyi bu qədər vacibdir?

Alimlər səhər yeməyinin vacibliyini xüsusi vurğulayırlar.

Futzal üzrə millimizin Qazaxıstanla oyun üçün heyəti açıqlanıb

20-09-2018-14-09 Xəbərlər

Futzal üzrə millimizin Qazaxıstanla oyun üçün heyəti açıqlanıb

Sentyabrın 23-də Bakı İdman Sarayında Qazaxıstan yığması ilə beynəlxalq yoldaşlı...

Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb

20-09-2018-13-49 Xəbərlər

Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb

Körpə uşaqlar üçün ən ideal qida ana südüdür. Lakin ana südü ilə tam təmin olunm...

Naxçıvanda sabaha olan hava proqnozu

20-09-2018-13-28 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqla...