Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasındaki rəqibi avqustun 16-da müəyyənləşəcək.

NUHÇIXAN xəbər verir ki, Ağdam təmsilçisi play-off mərhələsində “Şerif” (Moldova) – “Valur” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun “Şerif”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki klub avqustun 16-da cavab qarşılaşmasında üz-üzə gələcək.

Ağdamlılar bu cütün qalibi ilə ilk oyunu avqustun 23-də keçirəcəklər. Cavab qarşılaşması isə avqustun 30-da oynanılacaq.

Qeyd edək, “Qarabağ” klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubunu, ikinci mərhələdə Albaniyanın “Kukesi” komandasını mübarizədən kənarlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsində BATE (Belarusun) səddini keçə bilməyərək UEFA Avropa Liqasında mübarizə aparmalı olub.

www.naxcivantv.az