Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar rеspublikada fəaliyyət göstərən və gündəlik istehsal gücü 442 ton olan taxıl еmalı müəssisələrinə iyun-iyul aylarında 4 min 410 ton taxıl tədarük edilib.

Qeyd edək ki, “Naxçıvan Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tаxıl аnbаrında yerli tədarükdən əlavə 5129 ton taxıl ehtiyatı mövcuddur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, aqrar sektorda həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir. Bu isə kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Məhz bu baxımdan taxılın strateji məhsul kimi mühüm əhəmiyyəti nəzərə alınaraq 2000-ci ildən ötən müddət ərzində taxılçılıqla məşğul olan 124 sahibkarlıq subyektinə 794 min 400 manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.

Un və un məhsullarının keyfiyyəti də daim nəzarətdə saxlanılıb və iyun-iyul ayları ərzində 511 halda, о cümlədən 279 çörək, 181 halda unlu qənnadı məhsulları, 41 halda un, 5 halda buğda, 5 halda kəpək nümunəsi götürülərək labоratоriya müayinələrindən keçirilib. Bu cür məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində həm taxıl tədarük edilərək ehtiyat yaradılır, həm də un istehsal olunaraq muxtar respublika əhalisinin una və çörəyə tələbatı ödənilir.

Qeyd edək ki, muxtar respublikada 2018-ci ilin məhsulu üçün 32 min 483 hektar sahədə taxıl əkilib. Bunun da 30 min 925 hektarı payızlıq, 1558 hektarı yazlıq taxıldır. Taxıl zəmilərinin 22 min 632 hektarında buğda, 9851 hektarında isə arpa əkilib.

www.naxcivantv.az