Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Kartof

Strateji ərzaq növü olan kartof əkinləri ötən il muxtar respublikada üstün yer tutub.

Naxcivantv.az xəbər verir ki, 2016-cı ildə muxtar respublikada 3053 hektar sahədə kartof əkini aparılıb. Bu da 2015-ci ildə əkilmiş sahədən 86 hektar çoxdur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Çinarə Balayeva bildirib ki, Naxçıvan Meyvə-Tərəvəz Məhsulları Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keyfiyyətli toxumluq kartof toxumlarının satışına başlanılıb: “Toxumluq kartof Qranula və Santa növlərindən ibarətdir. Bu toxum növləri muxtar respublikanın iqlim şəraitinə uyğundur və hər il əkini həyata keçirilir. Kartof əkini üçün nəzərdə tutulmuş bu toxum növləri İstehlak Mallarının Ekspertizası Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyasında ekspertizadan keçirilib və keyfiyyət göstəricilərinin normativ texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib”.

İqtisadiyyat Nazirliyinin əməkdaşı bildirib ki, Qranula toxumluq kartofun 1 kiloqramının qiyməti 45 qəpik, Santa toxumluq kartofun 1 kiloqramının qiyməti 55 qəpik məbləğindədir.

Qeyd edək ki, Naxçıvan şəhərinin və rayonların bazarlarında da toxumluq kartofun satışı həyata keçirilir. Torpaq mülkiyyətçiləri toxumluq kartof almaq üçün Naxçıvan Meyvə-Tərəvəz Məhsulları Məhdud Məsuliyyətli Cəmiyyətinə də müraciət edə bilərlər.

Kartof

Əbülfəz Dünyamalıyev
NTVxəbər

 

www.naxcivantv.az