Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Britaniya

Böyük Britaniyanın “Pianist” jurnalında görkəmli bəstəkar, Azərbaycanın Xalq Artisti Cövdət Hacıyevin 100 illik yubileyi ilə əlaqədar məqalə dərc edilib.

Naxcivantv.az xəbər verir ki, bu barədə məlumat “facebook” şəbəkəsinin “Jevdet Hajiyev, composer” səhifəsində yer alıb.

Xatırladaq ki, bu yaxınlarda Londonda beynəlxalq musiqi sərgisində Cövdət Hacıyevin fortepiano üçün seçilmiş əsərlərindən ibarət kitabının birinci cildinin təqdimatı olub. Görkəmli bəstəkarın 100 illik yubileyi münasibətilə Nyu-York, Bakı, Moskva, Vyana və Floridada tədbir və konsertlərin keçirilməsi nəzərdə tutulur.

www.naxcivantv.az