Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar respublikada qeyri-sabit, soyuq və qarlı hava şəraiti davam edir. Bəs yağıntılar nə vaxtdadək davam edəcək? Qarşıdakı günlərdə bizi necə hava şəraiti gözləyir?

Bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Xəyalə Hüseynovanın naxcivantv.az-a verdiyi məlumata görə, muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti fevralın 17-si günün ikinci yarısına qədər davam edəcək. Belə ki, bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir.  Qərb küləyi üstünlük təşkil edəcək,  ayrı-ayrı yerlərdə güclənəcək. Temperatur gecə mənfi 8-13 dərəcə şaxta, gündüzlər  -3, +2 dərəcə isti olacaq.

Fevralın 17-si axşamdan fevralın 20-dək hava şəraitinin sabitləşəcəyi, ancaq temperaturun bir qədər aşağı düşəcəyi gözlənilir.

Röyal Kərimov
NTVxəbər

www.naxcivantv.az