Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muzey

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət ediblər.

Naxcivantv.az xəbər verir ki, ziyarətçilərə muzeydə nümayiş olunan eksponatlar haqqında məlumat verilib.

Qeyd olunub ki, muzey 10 bölmədən ibarətdir. Burada müxtəlif çeşidli əmək alətləri, poliolit və neolit dövrünün əşyaları, dən daşları, obsidiandan lövhələr, sümük bizlər, mis və gümüş pullar sərgilənir. Diqqətə çatdırılıb ki, muzeydə 48 mindən artıq eksponat var. Onlardan 3 minə qədəri ekspozisiyada sərgilənir.

Bildirilib ki, son dövrlərdə sakinlər tərəfindən 60-a yaxın eksponat muzeyə təhvil verilib. 2016-cı ildə muzeyi 38 mindən artıq tamaşaçı ziyarət edib. Onlardan 6 minə yaxını xarici turistlər olub.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1575-muxtar-respublikada-muzey-ziyar%C9%99tl%C9%99ri-davam-edir.html?tmpl=component&print=1&layout=default&page=#sigProIdc5dfb2bfb7

Turab Hacızadə
NTVxəbər

www.naxcivantv.az