Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Günəş tutulması

Fevralın 26-da bu ilin ilk Günəş tutulması gözlənilir.

Naxcivantv.az Azərtac-a istinadla xəbər verir ki, mütəxəssislər Günəş tutulması zamanı nədən çəkinmək lazım olduğunu açıqlayıblar.

Qədim dövrlərdə insanlar Günəşin tutulmasına mistik məna veriblər. İndi isə astroloqlar hesab edirlər ki, bu hal müsbət enerji verir. Alimlərin sözlərinə görə, kosmik enerji insan emosionallığına təsir göstərir. Buna görə də Günəş tutulması zamanı insanlar öz emosiya və hisslərini nəzarətdə saxlamalıdırlar.

Ekspertlər həmin gün işə başlamağı məsləhət görmürlər. Bildirirlər ki, günəş enerjisi pik həddə çatdığı zaman insanların böyük əksəriyyəti özlərində qısamüddətli güc hiss edirlər. Ona görə insanlara tövsiyə olunur ki, iş və asudə vaxtlarını düzgün bölsünlər.

 

www.naxcivantv.az