Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda kitabxanaçılara sertifikatlar təqdim edilib

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Musiqi Kollecində “Kitabxana işinin təşkili və müasir tələblər” mövzusunda keçirilən  1 aylıq kursu müvəffəqiyyətlə bitirənlərə bu gün sertifikatlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikasında 234 kitabxana fəaliyyət göstərir və kitabxanalarda 439 nəfər kitabxana işçisi çalışır. Kitabxanaçılar kurslarda öyrəndikləri təcrübi biliklərdən istifadə etməklə işlərini günün tələbləri səviyyəsində qurmalıdırlar.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli çıxışında kursu müvəffəqiyyətlə bitirənləri təbrik edib. Bildirib ki,  kitabxana işi ilə əlaqədar təşkil olunan kursu bu sahədə təcrübəli olan mütəxəssislər tədris ediblər. Kitabxana işinin elmi əsaslarla idarə edilməsi, təşkili, kitabxanalarda, oxu zallarında oxuculara göstərilən yüksək xidmət, kitab işləmə, kitab fondlarının quruluşu, məlumat biblioqrafiya işlərinin təşkili, ümumiyyətlə kitabxana işi ilə əlaqərdar olan bütün mövzular kursda tədris edilib.

Oruc Həsənli qeyd edib ki, imtahanlardan keçə bilməyən kitabxanaçılar yenidən kurslarda iştirak etməklə imtahan verib sertifikat ala bilərlər. Çünki belə kursların keçirilməsi davam etdiriləcək.

Sonda imtahanlardan müvəffəqiyyətlə keçən  23 kitabxanaçıya sertifikatlar təqdim edilib.                                                   

Naxçıvanda kitabxanaçılara sertifikatlar təqdim edilib

Kənan Cəlilov

NTVxəbər

www.naxcivantv.az