Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Rəssam

Qədim tarixə, zəngin mədəniyyətə malik olan Naxçıvan torpağı əsrlərdən bəri Şərqin mədəniyyət mərkəzlərindən biri kimi tanınıb.

Çünki bu gün olduğu kimi, tarix boyu Naxçıvan torpağı dahilərin, sə­nətkarların Vətəni olub. Bu diyar həm də milli rəssamlıq sənətimizin görkəmli nümayəndəsi olan Bəhruz Kəngərlinin yurdudur.  Azərbaycanda milli təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması onun adı ilə bağlıdır. Bu gün muxtar respublikamızda Bəhruz Kəngərlinin davamçıları olan istedadlı rəssamlarımız onun yolunu uğurla davam etdirirlər.

Əsrarəngiz gözəlliyə malik olan Naxçıvanın təbiəti hər bir yaradıcı insan üçün ilham mənbəyidir. Muxtar respublikada tarixi-mədəniyyət abidələrinin bərpa olunması ecazkar təbiət mənzərələrinə yeni çalarlar qatıb, həmin abidələrin olduğu ərazilərin gözəlliyini birə-on qat artırıb. Duyğu və düşüncələrin, zəngin fəlsəfi təxəyyülün, işıqla kölgənin, keçmişlə müasirliyin sintezindən yaranan əsərlərdə Naxçıvanın simvoluna çevrilən Haçadağ, minillərin yadigarı Nuhun türbəsi, Naxçıvanqala rəssam təxəyyülünə məxsus çalarlarla öz bədii inikasını tapıb. Naxçıvanın şəhər və kəndlərinin abadlaşması rəsm əsərlərində quruculuq həyatını əks etdirən mövzulara müraciət olunmasına səbəbiyyət verib. Nəticədə bugünkü Naxçıvan rəssamların gözü ilə daha da möhtəşəm görünür.

Naxcivantv.az Muxtar Respublika Rəssamlar Birliyinin üzvlərinin qədim diyarın təbiətinə, tarixi abidələrinə həsr etdiyi dəyərli rəsm əsərlərini təqdim edir:

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1614-nax%C3%A7%C4%B1van-r%C9%99ssamlar%C4%B1n-g%C3%B6z%C3%BC-il%C9%99-%E2%80%93-r%C9%99sm-%C9%99s%C9%99rl%C9%99ri.html?tmpl=component&print=1&layout=default&page=#sigProId22e54c67e8

www.naxcivantv.az