Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Tanınmış alim, Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun “Ekologiyada sinergetika və fraktallar” kitabı Almaniyanın “LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən çap olunub.

Naxcivantv.az xəbər verir ki, 304 səhifədən ibarət kitabda sinergetik və fraktal metodlar əsasında təbiət və texnogen proseslərin ətraf mühitə təsiri və onların mexanizmi araşdırılır.

Nəşrdə, həmçinin hidrosferdə və litosferdə ekoloji təhlükəsizliyin əsasları təqdim olunur. Kosmosdan Yerin məsafədən zondlanması zamanı təbiət birləşmələrinin ekoloji aspektləri əsərdə əksini tapır. Kitab geniş oxucu kütləsi və eləcə də ətraf mühitin mühəndislik müdafiəsi ixtisasında çalışanlar üçün faydalıdır.

www.naxcivantv.az