Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

İlk uçan avtomobilin satışına başlandı - VIDEONiderlandda dünyada ilk uçan avtomobilin seriya satışına başlanıb.

Naxcivantv.az “autocar.co.uk” saytına istinadən verdiyi məlumata görə, “PAL-V Lİberty” adlanan modelin qiyməti 499 min avro təşkil edir. Avtomobil 90 min ədəd buraxılacaq və ilk avtomobillər öz sahiblərinə 2018-ci ildən tez olmayaraq çatdırılacaq.   

“PAL-V Libertу” iki mühərriklə təchiz olunub. Onlardan biri şose yolla hərəkət, digəri isə uçuş üçün nəzərdə tutulub. Avtomobilin uçuş vasitəsinə çevrilməsi prosesi 5-10 dəqiqə çəkir. Uçuş üçün 200*200 ölçülü meydança tələb olunur. “PAL-V Libertу” 3500 maksimal hündürlük və 180 km maksimal sürət yığa bilir. Bir dəfə yanacaq doldurmaqla 500 km məsafə qət etmək mümkündür.

Yerdə “PAL-V Libertу” 100 at gücündə mühərriklə hərəkət edir. Maksimal sürət 160 km-dir. Maşın 100 km sürəti 9 saniyədə yığır.

 

www.naxcivantv.az