Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Zərifə Salahova: “Muxtar respublikada mənim sənətimə yüksək diqqət göstərilir”

Xəbər verdiyimiz kimi, dünən Naxçıvanda dünyada yeganə Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi,  "Şöhrət” ordenli Zərifə Salahovanın 85 illik yubileyi qeyd olunub.

Naxcivantv.az saytına müsahibə verən Zərifə Salahova yubileyinin qədim diyarda qeyd olunmasını fəaliyyətinə verilən yüksək  qiymətin ifadəsi kimi dəyərlədirərək deyib: “Mən ilk dəfə 1981-ci ildə Naxçıvanda olmuşam. İndi o vaxtkı dövrlə müqayisə edəndə Naxçıvan çox dəyişib, inkişaf edərək müasir mərhələyə gəlib çatıb. Mən mətbuatdan, televiziyadan da Naxçıvan haqqında məlumatlar alıram. Burada həyata keçirilən böyük quruculuq işlərini, mədəni intibahı hər birimiz görüb fəxr edirik. Qürur duyuruq ki, bu torpaq Azərbaycana həm də böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevi bəxş edib. Heydər Əliyev həm də Azərbaycan mədəniyyətinin, incəsənət və mədəniyyət adamlarının, sənətkarların böyük hamisi idi. Miniatür Kitab Muzeyinin yaranması tarixinə nəzər salsaq görərik ki, bu muzey də ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində yaradılıb”.  

Zərifə Salahova Naxçıvan Muxtar Respublika Kitabxanasında muzeyin filialının yaradılmasını da yüksək qiymətləndirib: “Mən çox şadam ki, 2014-cü ildə muzeyimizin Naxçıvanda filialı yaradıldı. İndi burada 1084 nüsxə miniatür kitab sərgilənir. Daha 36 kitabı isə mən bu gün kitabxanaya hədiyyə etdim. Gələcəkdə də bu minatür kitabların sayının artmasına çalışacam. Həmçinin mən çox şad oldum ki, 85 illik yubileyim Naxçıvanda keçirildi. Ümumiyyətlə, muxtar respublikada mənim sənətimə yüksək diqqət və qayğı göstərilir. Bu da məni ruhlandırır ki, yaradıcılıq fəaliyyətimi daha da genişləndirim. Mənə göstərilən yüksək diqqət və qayğıya görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirirəm”. 

www.naxcivantv.az