Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bakı İdman Sarayında keçirilən cüdo üzrə gənclərin ölkə birinciliyində müxtəlif regionları təmsil edən 45 klubdan ümumilikdə 300 cüdoçu mübarizə aparıb.

Cüdo üzrə gənclərin ölkə birinciliyinə yekun vurulub

Naxcivantv.az xəbər verir ki, ikinci yarış günündə 140 cüdoçu tatamiyə çıxıb və oğlanlar arasında 6 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Bunlar 66 kq-da İbrahim Əliyev, 73-də Murad Fətiyev, 81-də Samir Ağayev, 90 kiloqramda Aslan Mirzəyev, 100 kq çəki dərəcəsində Zelim Kotsayev və çəkisi 100 kiloqramdan yuxarı çəkidə Şamili Gogotçuridir.
Xatırladaq ki, iki gün davam edən ölkə birinciliyinin ilk günündə xanım cüdoçular arasında qaliblər məlum olmuşdu. Turnir həm də Sloveniyanın Maribor şəhərində keçiriləcək gənclərin Avropa çempionatına seçim xarakteri daşıyıb.

 

www.naxcivantv.az