Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Sabah 20 dərəcəyədək şaxta olacaq

Naxçıvan Muxtar Respublikasında fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən naxcivantv.az-a  verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13°, bəzi yerlərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 

www.naxcivantv.az