Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Turac Suleymanova fəxri fərman

AMЕA Naхçıvan Bölməsinin kiçik elmi işçisi Turac Süleymanova elmi fəaliyyətində fəqləndiyinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən naxcivantv.az-a verilən məlumata görə, gənc elmi işçiyə fərmanı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında, AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.

Turac Süleymanova Təbii Ehtiyatlar İnstitutunun “Mineral xammalın kimyası və texnologiyası laboratoriyası”nın kiçik elmi işçisidir. Arsenin ikili və mis, gümüş, talliumun üçlü birləşmələrinin su və üzvi mühitdə yeni alınma metodlarının işlənməsi gənc tədqiqatçının elmi tədqiqat işidir. Hazırda o, yarımkeçiricilərin yeni, daha sadə alınma üsullarının işlənməsi və su mühitində alına bilməyən nanobirləşmələrin üzvi mühitdə yeni alınma üsulları üzərində tədqiqatlar aparır.

Naхçıvanlı gənc alim  AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub

www.naxcivantv.az