Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Skype” proqramının rəqibi istifadəyə verilib

 “Amazon” şirkəti səs, videozəng, messencer və görüş təşkili funksiyalarını birləşdirən “Chime” proqramını istifadəyə verib. “Amazon Web Services”in tərkibinə daxil olan yeni proqramın hədəfi istifadəçilər  arasında ünsiyyəti asanlaşdırmaqdır.

Naxcivantv.az xəbər verir ki, “Chime” proqramı korporativ bazar üçün nəzərdə tutulub. “Amazon”un rəsmisi məlumat verib ki, tamamilə “sıfırdan” yaradılmış bu proqram mobil qurğu və stasionar kompüterlər arasında asanlıqla keçid etməyə imkan verir. 

www.naxcivantv.az