Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Şərurda yeniyetmələr və gənclər arasında taekvando üzrə açıq birinciliyə yekun vurulub

 Şərur Olimpiya İdman Kompleksində “2 Fevral-Gənclər Günü” münasibətilə keçirilən yeniyetmə və gənclər arasında taekvando üzrə açıq birinciliyə yekun vurulub.

Naxcivantv.az xəbər verir ki, yarışda 8 çəki dərəcəsində 60-a yaxın idmançı öz qüvvəsini sınayıb. Nəticələrə gəldikdə isə, Kamal Heydərli, Məhəmməd Babayev, Sadiq Həsənzadə, Nicat Əliyev, Əlövsət Səfərli, Ülvi Kazımlı, Mətin Bağırov və Tulin Ələkbərova rəqiblərini geridə qoyaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sonda, müvafiq çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılara federasiyanın diplom, medal və hədiyyələri təqdim olunub.

Şərurda yeniyetmələr və gənclər arasında taekvando üzrə açıq birinciliyə yekun vurulub

                                                                                          

                                                                                      Azər Zeynalov

Nigar Məmmədli

NTVxəbər

www.naxcivantv.az