Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Beynəlxalq dərəcəli qrossmeyster Azər Mirzəyev Naxçıvan Şahmat Mərkəzində

Naxçıvan Şahmat Mərkəzində Bakı şəhərindən dəvət olununmuş beynəlxalq dərəcəli qrossmeyster Azər Mirzəyev tərəfindən məktəblərdə şahmat fənnini tədris edən müəllimlər üçün  seminar-məşğələ keçirilir.

Naxcivantv.az xəbər verir ki, Azər Mirzəyev şahmatın yaranma tarixi və bu idman növünün ölkəmizdəki inkişafından danışıb, biliklərini şahmat taxtasında məşğələ iştirakçıları ilə bölüşüb.

Seminar-məşğələlər 7 gün davam edəcək.

Qeyd edək ki, seminar yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə verilmiş tapşırıqlara əsasən Şahmat Federasiyası ilə Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Beynəlxalq dərəcəli qrossmeyster Azər Mirzəyev Naxçıvan Şahmat Mərkəzində

                                                        Elvin Quliyev

NTVxəbər 

www.naxcivantv.az