Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Babək rayonunun Nehrəm kəndindəki “Xalaoğlu” kəndli-fermer təsərrüfatı fəaliyyətini genişləndirir.  Bu il təsərrüfatda plastik tara istehsalı sahəsi də fəaliyyətə başlayacaq.

Naxcivantv.az-ın məlumatına görə, Naxçıvan şəhərində bir neçə ildir ki, karton tara istehsalı müəssisəsi fəaliyyət göstərir. Bu sahədə yeni müəssisələrin yaradılması da dəstəklənir.  Təsadüfü deyil ki, fevralın 11-də Naxçıvan Biznes Mərkəzində sahibkarlarla keçirilən görüşdə yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 6 sahibkara güzəştli kreditlərin çekləri təqdim edilib. Həmin güzəştli kredit alanlardan biri də “Xalaoğlu” kəndli-fermer təsərrüfatının sahibkarı Rafiq Əliyevdir. Sahibkar bildirir ki, götürdüyü kredit plastik tara istehsalı sahəsinin yaradılmasına sərf ediləcək:“Təsərrüfatda istehsal olunan məhsulların qablaşdırılması üçün xarici ölkələrədən plastik taralar alıram. Buna da çox vəsait ödəyirəm. Lakin mənə verilən 60 min manat kreditdən istifadə edərək plastik tara istehsalı sahəsini yaradacağıq. Yazda bunun üçün tikintiyə də başlayacağıq. Yeni istehsal sahəsinin yaradılması üçün avadanlıqların sifarişi də verilib. Beləliklə də həm özümüzün tələbatını ödəyəcəyik, həm də verilən sifarişləri yerinə yetirəcəyik”.

Qeyd edək ki, burada müəssisədə qatıq, ayran, kərə yağı, dovğa və quş əti istehsal olunur. Eyni zamanda təsərrüfatda 120 baş qaramal saxlanılır. Süd məhsullarının istehsalı üçün təsərrüfat həm öz fermasından götürülən süddən, həm də ayrı-ayrı kəndlərdən alınan süddən istifadə edir.

Həmçinin ötən il burada 118 ton quş əti istehsal olunub. Hazırda isə 20 min baş quş saxlanılır.

                                                                   Əbülfəz Dünyamalıyev

NTVxəbər

www.naxcivantv.az