UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ” komandasının Portuqaliyada “Sportinq”ə qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatları açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, yazıda sentyabrın 20-də Lissabondakı “Joze Alvalade” stadionunda baş tutacaq görüşün Portuqaliya və Azərbaycan klublarının ilk dueli kimi tarixə düşəcəyi vurğulanıb. Bildirilir ki, “Sportinq” 2018/2019 avrokubok mövsümündə debüt matçına çıxacaq, mübarizəyə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindən başlayan “Qarabağ” isə qrupa düşənə qədər 8 oyun keçirib.

“Sportinq”

– “Sportinq” 2017/18 mövsümündə Portuqaliya çempionatında 3-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanıb. Üstəlik, sonuncu Avropa Liqasının 1/4 finalçısı olan lissabonlular ölkə kubokunun finalında “Aviş”ə uduzub – 1:2.

– Portuqaliya təmsilçisi turnir Avropa Liqası adlanandan bəri – 2009/2010 mövsümündən daimi iştirakçıya çevrilib. Son 7 yarışa qatılan komanda bunlardan 5-də qrup mərhələsində çıxış edib. Lissabonlular 2011/2012 mövsümündə bütün ev oyunlarında qalib gələrək, yarımfinalçı olublar. Burada isə İspaniya təmsilçisi “Atletik”lə bacarmayıb – 2:1, 1:3. “Şirlər”in yolunu ötən mövsümdə də İspaniya klubu – bu dəfə “Atletiko” kəsib – 0:2, 1:0.

– “Sportinq” Avropa Liqasının qrup mərhələsində yalnız bir dəfə evdə uduzub. Komanda 2015/2016 mövsümündə Rusiya “Lokomotiv”inə 1:3 hesabı ilə yenilib. Portuqaliya təmsilçisi Avropa Liqasında evdə keçirdiyi oyunlardan 10-da qalib gəlib, 4 dəfə heç-heçə edib və 1 matçda uduzub.

“Qarabağ”

– 2017/18 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan “Qarabağ” bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Üç dəfə bu yarışda qüvvəsini sınayan Ağdam təmsilçisi, ötən mövsüm ÇL-in qrupuna düşən ilk Azərbaycan klubu olub. Bu dəfə isə “köhlən atlar”ın qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib – 0:1, 1:1. Əvəzində Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” komandasından iki oyunun nəticəsində güclü olan (0:1, 3:0) “Qarabağ” qrupa vəsiqə qazanıb.

– Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv avrokuboklarda heç vaxt qrupdan çıxa bilməyib. Komanda 9 səfər oyunundan yalnız 2-də qalib gəlib. “Qarabağ” Ukraynanın “Dnepr” (2014/2015) və Yunanıstanın PAOK (2016/2017) komandalarını 1:0 hesabı ilə məğlub edib.

– “Qarabağ” cari avrokubok mövsümündə səfərdə yalnız 2 qol vursa da, yalnız “Şerif”ə uduzub.

Komandalar arasında əlaqə

– “Qarabağ”ın futbolçusu Simeon Slavçev 2014 – 2018-ci illərdə müqavilə üzrə “Sportinq”ə məxsus olub. Lakin bolqarıstanlı yarımmüdafiəçi Lissabon təmsilçisinin əsas komandasına qarşı oyun keçirməyib və əsasən icarəyə verilib.

– “Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak kapitanı olduğu “Legia”nın heyətində “Sportinq”ə qarşı yarısı 1/16 finalda (2011/2012), yarısı isə qrup mərhələsində (2016/2017) olmaqla, 4 oyuna çıxıb.

– “Sportinq”in hücumçusu Lük Kastanyos Hollandiyanın “Tvente” komandasının heyətində “Qarabağ”a qarşı oynayıb. Hollandiyalı forvard Avropa Liqasının 2014/2015 mövsümünün pley-off mərhələsinin cavab oyununda Ağdam təmsilçisinə qol da vurub. O, evdəki görüşdə hesabı açsa da, matç 1:1 hesabı ilə yekunlaşıb və evdə qolsuz heç-heçə edən “köhlən atlar” ilk dəfə qrupa düşüblər.

Baş məşqçilər

– 2004/2005 mövsümündə “Sportinq”i UEFA Kubokunun finalına çıxaran Joze Pezeyru bu ilin yayından yenidən komandanın sükanı arxasına keçib. 58 yaşlı portuqaliyalı mütəxəssis İspaniyanın “Real Madrid” komandasında sabiq baş məşqçi Karluş Keyruşun köməkçisi olub, Avropanın və Yaxın Şərqin bir sıra komandasına rəhbərlik edib. Həmçinin, o, Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi olub. Pezeyru sonuncu dəfə 2016/2017 mövsümündə “Braqa”da işləyib.

– Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 46 yaşlı mütəxəssis məşqçi işində “Qarabağ”da lövbər salıb. Qurbanov bu ilin avqustunda Ağdam komandasının sükanı arxasında 10 illiyini qeyd edib. Qurbanov bu müddətdə ardıcıl 5 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. O, 2017-ci ilin noyabrından paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edir.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

14-11-2018-13-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanı...

Новости Нахчывана - ВИДЕО

14-11-2018-10-47 Xəbərlər

Новости Нахчывана - ВИДЕО

Агентство «НУХЧЫХАН» представляет важные события, прошедшие в Автономной Республ...

Ötən günün mənzərəsi - VİDEO

14-11-2018-09-14 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Badminton üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlanıdırılıb

13-11-2018-19-58 Xəbərlər

Badminton üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlanıdırılıb

NUHÇIXAN xəbər verir ki, ali və orta ixtisas təhsili müssisələrinin qız tələbələ...

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili bir sıra müəssisələrdə olub

13-11-2018-19-29 Xəbərlər

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili  bir sıra müəssisələrdə olub

NUHÇIXAN xəbər verir ki, Norveç krallığının Azərbaycandakı səfirliyinin müvəqqət...

Tələbələr “Kəhrəba” Fermer Təsərrüfatında olublar

13-11-2018-17-11 Xəbərlər

Tələbələr “Kəhrəba” Fermer Təsərrüfatında olublar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və Aqrok...

Dövlət İmtahan Mərkəzinin növbəti konfransı Naxçıvan şəhərində keçirilib

13-11-2018-16-23 Xəbərlər

Dövlət İmtahan Mərkəzinin növbəti konfransı Naxçıvan şəhərində keçirilib

NUHÇIXAN xəbər verir ki, DİM tərəfindən “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İ...

Qayğıya ehtiyacı olan şəxslərə sovqatlar verilib

13-11-2018-15-38 Xəbərlər

Qayğıya ehtiyacı olan şəxslərə sovqatlar verilib

NUHÇIXAN xəbər verir ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional  İnform...

Dövlət qulluqçuları seminarda iştirak edib

13-11-2018-14-31 Xəbərlər

Dövlət qulluqçuları seminarda iştirak edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvanda sabaha olan hava proqnozu

13-11-2018-13-31 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanı...

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinin Naxçıvana səfəri davam edir

13-11-2018-12-45 Xəbərlər

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinin Naxçıvana səfəri davam edir

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Nakhchivan news - VİDEO

13-11-2018-10-38 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb

13-11-2018-10-20 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Ötən günün mənzərəsi - VİDEO

13-11-2018-09-57 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Tələbələr arasında tennis yarışı keçirilib

12-11-2018-18-35 Xəbərlər

Tələbələr arasında tennis yarışı keçirilib

NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xi...

İki məktub

12-11-2018-17-55 Xəbərlər

İki məktub

Sahil Tahirli yazır Naxçıvanın tarix və mədəniyyətinin geniş tədqiqi və öyrən...

Naxçıvanda “Xəmsə” Milli İntellektual Oyunu keçirilib

12-11-2018-16-58 Xəbərlər

Naxçıvanda “Xəmsə” Milli İntellektual Oyunu keçirilib

Bu gün “Gənclik Mərkəzi”ndə “10-17 noyabr-Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

12-11-2018-16-25 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov N...

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı başa çatıb

12-11-2018-16-03 Xəbərlər

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı başa çatıb

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən və iki gün davam edən...

Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvana səfər edib

12-11-2018-14-59 Xəbərlər

Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvana səfər edib

NUHÇIXAN xəbər verir ki, Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqət...

Naxçıvanda sabaha olan hava proqnozu

12-11-2018-13-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Müasir dağ kəndi-Nursu

11-11-2018-15-30 Xəbərlər

Müasir dağ kəndi-Nursu

Orda bir kənd var, uzaqda. Çadırdaş ətəyində, Toğluqayanın, Səngərtəpənin, Motal...

Naxçıvanda sabaha olan hava proqnozu

11-11-2018-13-52 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə – XI yazı

11-11-2018-10-58 Xəbərlər

Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə – XI yazı

Müzəffər Nəsirli Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat           ...

Payız suvarma mövsümü mütəşəkkilliklə keçirilir

11-11-2018-09-59 Xəbərlər

Payız suvarma mövsümü mütəşəkkilliklə keçirilir

Son illər Babək rayonunda əkin sahələrinin suvarma suyu ilə təmin olunması, əhal...

Cəmşid Naxçıvanskinin ev-muzeyi ziyarət olunub

11-11-2018-09-02 Xəbərlər

Cəmşid Naxçıvanskinin ev-muzeyi ziyarət olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Nuh yurdu” qəzeti red...

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

10-11-2018-18-14 Rəsmi

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

Noyabrın 10-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfat...

Naxçıvanda sabaha olan hava proqnozu

10-11-2018-17-53 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanı...

Təhsil haqqını ödəyə bilməyən tələbələrin ərizə qəbuluna başlanılıb

10-11-2018-17-31 Xəbərlər

Təhsil haqqını ödəyə bilməyən tələbələrin ərizə qəbuluna başlanılıb

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən  tə...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında konfrans olub

10-11-2018-16-41 Xəbərlər

Naxçıvan Muxtar Respublika Xəstəxanasında konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinolog...