Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Rusiya XİN: Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq

Rusiya belə hesab etmir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi bu regionda planlaşdırılan “konstitusiya referendumu” keçirilməsindən asılı ola bilər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti məlumat yayıb.

Məlumatda deyilir: “Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Biz bunu əsas götürürük ki, Dağlıq Qarabağın statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə müəyyən edilməlidir. Bu halda biz hesab etmirik ki, münaqişənin dinc yolla tənzimlənməsinin gedişi adıçəkilən “konstitusiya referendumu”nun keçirilməsindən asılı ola bilər”.

 

www.naxcivantv.az