Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan statistika

Bu barədə Naxcivantv.az-a Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, Muxtar respublikada iqtisadi və sosial sahələrdə həyata keçirilən məqsədyönlü tədbirlər ümumi inkişafa təkan vermiş, istehsal və xidmət sahələri yaradılmış, yeni iş yerləri açılmış, əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada sabitlik təmin edilmiş, əhalinin həyat və məişət şəraiti yaxşılaşmışdır. Bütün bunlar isə əhali artımına dinamik təsir göstərmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikasında 1995-ci ilin sonuna nisbətən əhalinin sayı 31,6 faiz artaraq 1 yanvar 2016-cı il tarixə 444 min nəfərdən çox olmuşdur. Müqayisə olunan dövrdə 1 yaşadək uşaq ölümlərinin azalması da əhalinin dinamik artımına müsbət təsir göstərmişdir. Əgər 1995-ci ildə muxtar respublikada hər 1000 diri doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 20-dən artıq idisə, 2015-ci ildə bu göstərici 1,5 olmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikasında 1 yaşadək ölən uşaqların sayı Fransa, Almaniya, Avstriya, Belçika, Finlandiya, Yunanıstan, İsveçrə, Niderland, Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Estoniya, Latviya, Litva, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro kimi ölkələrdəki müvafiq göstəricidən azdır.

Naxçıvanda əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı, yeni yaşıllıq zolaqlarının salınması, ekoloji təmiz içməli su təminatı və digər bu kimi tədbirlər mühüm demoqrafik göstərici olan ömür uzunluğunun artımına ciddi təkan verir. Belə ki, 1995-ci ildə muxtar respublikada ömür uzunluğu 69 yaş,  o cümlədən kişilərdə 65,3 yaş, qadınlarda isə 72,5 yaş təşkil edirdisə, 2015-ci ilin yekun nəticələrinə görə bu göstərici 78,2 yaş, o cümlədən kişilər üçün 76,2 yaş, qadınlar üçün isə 80,2 yaş səviyyəsində olmuşdur. Naxçıvan Muxtar Respublikasında qeyd alınmış ömür uzunluğu göstəricisi Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Estoniya, Latviya, Litva, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro kimi Avropa ölkələrində qeydə alınan göstəricidən artıqdır. Son 15 ilin statistikası göstərir ki, Avropa ölkələri üzrə ömür uzunluğu orta hesabla 3 yaş artdığı halda, Naxçıvan Muxtar Respublikasında bu göstərici 7,2 olmuşdur. Qeydə alınmış bu göstəricilər muxtar respublikada insan amilinə verilən dəyərin bariz nümunəsidir.

 

www.naxcivantv.az