Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də “Masallı – Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib.

Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının çəkisi və rolu artmaqdadır. Bölgələrimizdə bu sahənin inkişafı istiqamətində icra olunan layihələr Azərbaycanda həm də ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi məsələsinə böyük dərəcədə töhfə verir. Son illərdə yaradılan müasir müəssisələrdən biri də “Masallı – Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsidir. Bu cür müəssisələrin yaradılması ölkəmizin ümumi iqtisadi inkişafına da töhfə verir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda ümumi daxili məhsulunun böyük hissəsini qeyri-neft sektoru təmin edir ki, bu da ölkədə aparılan iqtisadi şaxələndirmə siyasətinin nəticəsidir. Qeyri-neft sektorunun inkişafında şübhəsiz ki, son illərdə həyata keçirilən aqrar islahatlar mühüm rol oynayır. Bu da Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına verdiyi önəmi bir daha təsdiqləyir.

Hazırda yüksək məhsuldarlığın təmin edilməsinə, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına, kənd təsərrüfatının gəlirli sahələrinin inkişafına, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkilinə və ərzaq təhlükəsizliyinə nail olunmasına dövlət səviyyəsində yüksək diqqət göstərilir. Bu məsələlər aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Bu çərçivədə çəltik tədarükünün stimullaşdırılması, əhalinin bu sahəyə marağının daha da artırılması xüsusi əhəmiyyətə malikdir. Ümumilikdə, son illərdə cənub bölgəsində, o cümlədən Masallı rayonunda ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına diqqət artırılıb.

NUHÇIXAN xəbər verir ki, müəssisənin direktoru Ağamirzə Kərimov dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verdi. Yeni yaradılmış müəssisəsinin ümumi ərazisi 1 hektar, tikinti sahəsi isə 600 kvadratmetrdir. Müəssisənin inşasına 2017-ci ilin noyabrında başlanılıb. 2018-ci ilin sentyabr ayında inşaat işləri tam başa çatdırılıb. Bu istehsalat sahəsinin aylıq emal gücü 300 ton, düyü qurutma gücü isə 900 tondur.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

Dövlətimizin başçısı çəltik emalı müəssisəsində yaradılan şəraitlə tanış olub.

Müəssisənin nəzdində hazır məsul anbarı və satış mərkəzi tikilib. Gələcəkdə çəltik saxlanılması üçün xüsusi bunkerlərin tikintisi nəzərdə tutulub. Emal edilən düyünün daxili bazarın tələbatına uyğun olaraq satışı üçün müxtəlif şirkətlərlə danışıqlar aparılıb. Bundan başqa, “Made in Azerbaijan” brendi kimi məhsulun xarici bazarlara çıxışı ilə əlaqədar sənədləşmə işləri davam etdirilir. Burada 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin gücünün 2 dəfə artırılması və işçilərin sayının 40 nəfərə çatdırılması nəzərdə tutulub.

“Masallı- Nemətləri” MMC-nin çəltik təsərrüfatının ümumi sahəsi isə 60 hektardır. Təsərrüfatda yeni texnologiyaların tətbiqi ilə çəltik əkini sahələrinin hazırlanması bir neçə mərhələdə həyata keçiriləcək. Onların arasında şumun frez və disklə yumşaldılması, ləklərin içinin lazerli qreyderlə hamarlanması, toxumların germetik vannalarda yetişdirilməsi, 48 saat müddətində qapalı yerlərdə saxlanılması, kasetlərə aqreqatla səpilməsi daxildir. Bundan başqa, toxumların xüsusi hazırlanmış şitilxanalarda saxlanılması, şitillərin əkinə hazırlanması və kiçik texnikalar vasitəsilə əkilməsi də həyata keçiriləcək. Burada yeni texnika və metodlardan istifadə etməklə məhsuldarlıq orta hesabla bir hektara 40-50 sentner – əvvəlkindən 2 dəfə çox olacaq. Müəssisə şitiləkən traktorla və digər texnikalarla təchiz edilib.

Ərazidə 400 tonluq anbar da inşa olunub. Cari ildə rayon ərazisində ümumilikdə 301 hektar çəltik sahəsi əkilib. 25 hektar sahə isə Koreya Respublikasından gətirilmiş “Daydon” markalı texnikalar vasitəsilə ən müasir texnologiya əsasında əkilib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Lider tv ilə Naxçıvan Televiziyasının əməkdaşlığı başlayıb - VİDEO

21-03-2019-18-42 Xəbərlər

Lider tv ilə Naxçıvan Televiziyasının əməkdaşlığı başlayıb - VİDEO

Artıq bir neçə gündür ki, Naxçıvan televiziyasında hazırlanan filmlər və veriliş...

"Saat Meydanı" Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb - FOTOLAR

21-03-2019-17-28 Rəsmi

"Saat Meydanı" Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb - FOTOLAR

Əhalinin rahatlığının təmin olunmasında və turizm infrastrukturunun inkişafında ...

Naxçıvanda yeni məscid inşa olunur - FOTOLAR

21-03-2019-16-20 Rəsmi

Naxçıvanda yeni məscid inşa olunur - FOTOLAR

Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, di...

Naxçıvanda sabaha olan hava proqnozu

21-03-2019-15-50 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 22-nə gözlənilən hava proqnozu açıqlanıb....

Naxçıvanın Novruz ənənəsi CBC Televiziyasında - VİDEO

20-03-2019-20-42 Xəbərlər

Naxçıvanın Novruz ənənəsi CBC Televiziyasında - VİDEO

Azərbaycanın tanınmış CBC Televiziyası rus dilində "Eto Azerbaydjan"  (Bu Azərba...

Naxçıvanda rəngarəng bayram günləri yaşanır - VİDEO

20-03-2019-20-10 Xəbərlər

Naxçıvanda rəngarəng bayram günləri yaşanır - VİDEO

Naxçıvanda bayram tədbiri davam edir.

Pirotexniki vasitələr məhv edilib - FOTOLAR

20-03-2019-18-50 Xəbərlər

Pirotexniki vasitələr məhv edilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇI...

Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir

20-03-2019-18-16 Xəbərlər

Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvanqalada keçirilən Novruz şənliklərində muxtar re...

Şahbuz kənddə yeni badam bağı salınıb

20-03-2019-17-42 Xəbərlər

Şahbuz kənddə yeni badam bağı salınıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Şahbuzkənd sakini Rəfiqə Məmiyeva öz a...

Ötən günün mənzərəsi - VİDEO

20-03-2019-11-14 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

20-03-2019-10-30 Xəbərlər

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Bayram yarmarkası davam edir

19-03-2019-21-00 Xəbərlər

Bayram yarmarkası davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda  m...

“Ölkəmizi tanıyaq” tur-aksiyasının birici mərhələsi başa çatıb

19-03-2019-20-02 Xəbərlər

“Ölkəmizi tanıyaq” tur-aksiyasının birici mərhələsi başa çatıb

NUHÇIXAN xəbər verir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şagirdlər ...

Gömrük əməkdaşları üçün növbəti kurs təşkil edilib

19-03-2019-19-23 Xəbərlər

Gömrük əməkdaşları üçün növbəti kurs təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında əhalinin keyfiyyətli id...

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR

19-03-2019-19-03 Rəsmi

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR

Ölkə Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqın...

Novruza həsr edilən sərg

19-03-2019-18-56 Xəbərlər

Novruza həsr edilən sərg

NUHÇIXAN xəbər verir ki, “Novruz gəldi, yaz gəldi” adlı rəsm sərgisi açılıb. Açı...

Kəngərli rayonunun yaranmasından 15 il ötür - VİDEO

19-03-2019-17-00 Xəbərlər

Kəngərli rayonunun yaranmasından 15 il ötür - VİDEO

Kəngərli rayonu Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 19 mart 2004-cü...

Naxçıvan Musiqi Kollecinin tələbəsi Qran Pri mükafatına layiq görülüb

19-03-2019-15-44 Xəbərlər

Naxçıvan Musiqi Kollecinin tələbəsi Qran Pri mükafatına layiq görülüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində R. Behbudov adına Dövlət Mahnı Teatrında...

Naxçıvanda bir qrup məhkum azad edildi - FOTOLAR

19-03-2019-15-23 Xəbərlər

Naxçıvanda bir qrup məhkum azad edildi - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, özlərinin və ailə üzvlərinin Naxçıvan Muxtar Respublika...

Ali təhsil ocağında Novruz bayramı qeyd edilib

19-03-2019-11-29 Xəbərlər

Ali təhsil ocağında Novruz bayramı qeyd edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda  “Milli bayramımız – N...

Naxçıvan şəhərindəki "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində Novruz şənlikləri keçirilir - YENİLƏNİB-2 - FOTOLAR

19-03-2019-11-10 Xəbərlər

Naxçıvan şəhərindəki  "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində Novruz şənlikləri keçirilir - YENİLƏNİB-2 - FOTOLAR

Martın 19-da Naxçıvan şəhərindəki "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksin...

“Naxçıvan” Universitetində Novruz şənliyi keçirilib

19-03-2019-10-31 Xəbərlər

“Naxçıvan” Universitetində Novruz şənliyi keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində  Novruz şənliyi keçirilib. T...

Ocağınız gur yansın!

19-03-2019-00-00 Xəbərlər

Ocağınız gur yansın!

Od çərşənbəsi mərasim, ayin, etiqad və şənliklərin zənginliyi ilə seçilir

KİVDF-nin 10 illik yubileyi qeyd edilib - YENİLƏNİB 2 - FOTOLAR

18-03-2019-22-26 Xəbərlər

KİVDF-nin 10 illik yubileyi qeyd edilib - YENİLƏNİB 2 - FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitəl...

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi”nə yekun vurulub

18-03-2019-21-00 Xəbərlər

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi”nə yekun vurulub

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi” çərçivəsində Batabat Astrofizika Rəsədxan...

Sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib

18-03-2019-20-29 Xəbərlər

Sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Naxçıvanda Beynəlxalq Poeziya Günü qeyd edilib

18-03-2019-19-57 Xəbərlər

Naxçıvanda  Beynəlxalq Poeziya Günü qeyd edilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Beynə...

Naxçıvan Dövlət Universitetində bayram konserti

18-03-2019-19-26 Xəbərlər

Naxçıvan Dövlət Universitetində bayram konserti

Naxçıvan Dövlət Universitetində (NDU) Novruz bayramı tədbirlərinin yekunu olaraq...

Çanaqqala savaşı Naxçıvanda anılıb - FOTOLAR

18-03-2019-18-22 Xəbərlər

Çanaqqala savaşı Naxçıvanda anılıb - FOTOLAR

NUHÇIXAN xəbər verir ki  Naxçıvanda Çanaqqala zəfərinin 104-cü ildönümü təntənəl...

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasına yeni sədr seçilib - FOTOLAR

18-03-2019-17-59 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasına yeni sədr seçilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının y...